"Görünür ki, bu müəllim..." - Zabit Səmədov həbs edilən məşqçidən DANIŞDI
"Zabit Səmədov" döyüş klubunun rəhbəri, Azərbaycanın dünyaca məşhur K1 döyüşçüsü, "Mauqli" ləqəbli Zabit Səmədov yeddi yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı fikirlərini bölüşüb.
AZXEBER.COM "Operativ Media"ya istinadən xəbər verir ki, Zabit Səmədov sözügedən hadisənin baş verdiyi anın videosunu məyusluqla izlədiyini qeyd edib.
Təəssüflər olsun ki, belə bir hal yaşanıb. Həmin videodakı hərəkətlər nəinki müəllimə, heç insanlığa da sığmır. Biz müəllim olaraq uşaqlara öz övladımız kimi yanaşmalıyıq. Mənim özümün döyüş məktəbim var, burada məşqçilərin hər biri müəyyən titullu və təcrübəyə malik şəxslərdir. Hazırda bizimlə çalışan müəllimlər arasında öz ölkəmizlə yanaşı, ukraynalı, rusiyalı, belarusiyalı və digər ölkələrin peşəkarları da yer alır. Bütün prosesə özüm nəzarət edirəm. Bəzən uşaqlarla məşq də edirəm. Bunları ona görə deyirəm ki, burada məsuliyyət həm də idman klubunun üzərindədir. Çünki rəhbərlik düzgün adamları seçməli, obyekti düzgün adamlara həvalə etməlidir. Məşqçilik edən adamın keçmişini, psixologiyasını, dünya görüşünü araşdırmaq həm də obyekti ona verən adamın borcudur. Valideyn də ona güvənib uşağını oraya göndərir.
Mən düşünürəm ki, bu bədbəxt hadisəyə görə müəllimdən başqa, bilmirəm indi hansı federasiyanın nəzarətində olmalı idi, amma görüntülərdən cüdo fəndlərinin yerinə yetirildiyi görünür - onlar da, obyekti icarəyə verənlər də və ümumiyyətlə günahkar kimlər varsa hamısı aşkarlanmalı, layiqli cəzalarını almalıdırlar.
Keçirilən məşqin videosundan da görünür ki, burada heç nə qaydasında deyil. Birincisi müəllim bilməlidir ki, azyaşlı uşaqlara hansı fəndləri keçmək olar, hansıları yox. Həmin fəndlər də müəyyən müddətdən sonra (məsələn, 6 ay, 1 il) tətbiq edilə bilər.
Bizim zala 5 yaşında da uşaqlar gəlir. Amma 5 yaşında uşağa döyüş məşqi keçmirik. Hər yaşa uyğun müəyyən proqramlar var. Bunlar peşəkarlar tərəfindən müəyyən edilib. Yəni, kimsə öz ağlına uyğun, körpə uşaqlara istədiyi fəndi tətbiq etməli deyil. Döyüş özü elmdir. Onu əvvəlcə nəzəri cəhətdən bilmək lazımdır ki, praktikada uğurlu tətbiq edəsən.
Müəllimləri işə götürərkən xüsusən tapşırıq veririk ki, uşaqları yükləmək olmaz. Onlar bunu bilsə də, biz kamera vasitəsilə bütün prosesə nəzarət edirik. Eyni zamanda, valideynlər həm evdən, həm də zalın gözləmə otağından uşaqların məşq prosesini canlı izləyə təklif və iradlarını bildirə bilərlər.
Həmin videodakı şəxs nə müəllimə oxşayır, nə də hərəkətləri insan hərəkətinə. Sizə onu da deyim ki, onun oraya hansı vəziyyətdə gəldiyi də məlum deyil. İnsan necə belə davrana bilər?
Bu şəxsə o zalı verən adam, ya qurum, təşkilat ona birbaşa nəzarət etməli idi. Mən oxudum ki, Cüdo Federasiyası deyib bizlik deyil. Amma bu adam videoda boks dərsi keçmir, "brasok" atır.
Bu cür hərəkətin cəzası ağır olmalıdır. Tək onun yox, onu ora yerləşdirənin də", - deyə Z.Səmədov qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2364 Tarix: 03 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇində leysan həyatı iflic etdi: 65 min nəfər təxliyə edildi
Çin hakimiyyəti ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində leysan yağışları və daşqın təhlükəsi ilə əlaqədar təxminən 65 min nəfəri təxliyə edib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, avqustun 1-də leysan yağışları əyalətin inzibati mərkəzi olan Çend
02.08.2026 334 Rektor: Qarabağ Universiteti layiqli vətəndaş yetişdirmək missiyasını daşıyır
Qarabağ Universiteti yalnız müasir və peşəkar mütəxəssislər hazırlamır, eyni zamanda layiqli vətəndaş yetişdirmək missiyasını da daşıyır. "Report"un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Gənclərin VII Yay Düşərgəsinin açılış mərasimind
02.08.2026 233 Bilgəhdə FACİƏ: 21 yaşlı oğlan dənizdə batdı
Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sulard
02.08.2026 306 "Məni hədələyirdilər" - "Arzum 999" məhkəmədə diqqətçəkən AÇIQLAMALAR VERDİ
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 99" ləqəbi ilə tanınan bloqer İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. BİG.AZ Teleqraf-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində haki
02.08.2026 480 Britaniyada xəstəxanalarda qan analizləri dayandırıldı
Böyük Britaniyada davam edən istilər səbəbindən bəzi xəstəxanalar qan analizlərinin götürülməsini müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb. Məlumata görə, yüksək temperatur qan nümunələrinin saxlanmasına və analizlərin düzgün nəticə verməsin
02.08.2026 252 ABŞ Dövlət Departamenti İspaniyanı insan hüquqlarını pozmaqda ittiham etdi
ABŞ Dövlət Departamenti İspaniyanın muxtar Seuta şəhərində baş verən kütləvi miqrant axınını "suverenliyin və insan hüquqlarının pozulması" adlandırıb. xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib. "Bu qəbuledilməz insident İspaniya hökumətini
02.08.2026 241 Ağdərədə mina partladı: İki nəfər xəsarət aldı
Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib. Bu barədə -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzami
11:30 159 "Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
İran öz infrastrukturuna potensial ABŞ-İsrail hücumlarına qarşı hərtərəfli cavab planı hazırlayıb. "Report" xəbər verir ki, bunu "Tasnim" agentliyiniə yüksəkvəzifəli İran nümayəndəsi bildirib. O, ABŞ mediasının mümkün zərbələr barədə xəbərlərini "dəlilik" adlandırıb və xəbərdarlı
02.08.2026 201 Ermənistanda yeni hökumətin formalaşması prosesi başladı
Ermənistan hökuməti yeni parlamentin ilk iclası günü istefa verib. xəbər verir ki, baş nazir Nikol Paşinyan bunu Armenpress tərəfindən yayımlanan hökumətin iclasında açıqlayıb. Onun sözlərinə görə, bu, Konstitusiyada nəzərdə tutulub. Paşinyan qeyd edib ki, parlamentin ilk iclası günü Nazirlər Kabinet
12:19 144