Belə videolar insanlarda qorxu və təşviş yaradır - Psixoloq

Belə videolar insanlarda qorxu və təşviş yaradır - PsixoloqSumqayıtda 7 yaşlı Fərid Bakarovun sambo məşqləri zamanı işgəncələrə məruz qalmasını əks etdirən görüntülər dünəndən bəri müzakirə mövzusu olaraq qalır. Gənc məşqçi Mehman Xəlilovun azyaşlıya qarşı qeyri-insani davranışlarının əks olunduğu video görənləri dəhşətə gətirir.

Sosial şəbəkələrdə gündəm olan kadrların yayılmasına münasibət birmənalı deyil. Şiddət kadrlarının ictimailəşməsinin doğru olmadığını düşünən bəzi vətəndaşlarin fikrincə, bu cür videogörüntülər insanlarda psixoloji sarsıntı yaradır, eyni zamanda azyaşlıların idmana qorxu hissi ilə yanaşmasına səbəb olur.

Azərbaycan Psixologiya Akademiyasının rəhbəri, BDU-nun dosenti, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev Modern.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan video insanlarda qorxu və təşviş yaradıb:

"Hesab edirəm ki, sosial şəbəkələrdə yayılmış görüntülər insanlara psixoloji baxımdan travma yaradıcı təsir göstərir. Məşqçinin düşüncəsiz və səriştəsiz hərəkətləri bir ailənin taleyinin sönməsinə səbəb olub. Bu hadisə nəticəsində insanlarda idman zallarına qarşı təşviş və qorxu, həmçinin etimadsızlıq duyğusu yaranıb".

Psixoloq belə halların qarşısını almaq üçün valideynlərin övladlarını daha təcrübəli və səriştəli məşqçilərin yanına göndərmələrini məsləhət görüb:

"Düşünürəm ki, belə halların baş verməsinin qarşısını almaq üçün valideynlər övladlarını daha təcrübəli və səriştəli məşqçilərin yanına göndərməlidirlər. Məşqçilər idman psixologiyası ilə yanaşı, uşaq psixologiyasını və psixofizioloji dözüm səviyyəsini də bilməlidir. Hesab edirəm ki, əgər bütün bunlara əməl olunsa, bu tipli hadisələrin qarşısı alınacaq".

Qeyd edək ki, aprelin 29-da Sumqayıtda 7 yaşlı uşaq idman məktəbində aldığı xəsarət səbəbindən dünyasını dəyişib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boynu qırılıb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov hadisədən sonra saxlanılıb, barəsində həbs qərarı verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1359   Tarix: 03 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 131
.

Polisin barmağını dişləyən şəxs saxlanıldı

İzmirdə 18 il 5 ay müddətinə həbs cəzası almış və 33 gündür ki, axtarışda olan oğurluq cinayətində təqsirləndirilən şəxs saxlanılarkən polisin barmağını dişləyərək yaralayıb. Bunu Türkiyə mediasına istinadən bildirib. Şəxs zərərsizləşdirilərək əlləri arxadan qandallanıb və məhkəməyə göndərilib. Onu

11:47 124
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

04.11.2026 372
.

Türkiyə əhalisinin sayı açıqlandı - Kişilər çoxluq təşkil edir

Türkiyə əhalisinin sayı bu il oktyabrın 1-nə olan məlumata görə, 86 milyon 502 min 286 nəfərə çatıb. xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) rüblük əhali statistikası ilə bağlı məlumat yayıb. Məlumata əsasən, 2025-ci ilin sonunda Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olub

04.11.2026 360
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 165
.

Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar

Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"

10:31 159
.

"Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh

04.11.2026 342
.

Vestminster Sarayı fəlakətlə üz-üzədir

Bir qrup millət vəkili İngiltərə parlamentinin yerləşdiyi tarixi Vestminster Sarayının təmir təşəbbüsünün gecikdirilməsi ilə bağlı xəbərdarlıq edib. xəbər verir ki, bu barədə informasiya parlamentarilərin hazırladığı xüsusi hesabatda yer alıb. Belə ki, deputatlar bərpa və təmir işlərinin yubadılmasını

04.11.2026 343
.

Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib

IRIS-T sistemlərinin və F-16 təyyarələri üçün sursatların Ukraynaya göndərilməsi nəzərdən keçiriləcək. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşünün nəticələrini şərh edərkən deyib. "Bizim qarşıdak

04.11.2026 337
.