Ən yaxşı müəllimlər hansı universitetlərdə ÇALIŞIR...

Ən yaxşı müəllimlər hansı universitetlərdə ÇALIŞIR...Hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu təhsil müəssisələrində 200 minə yaxın tələbə təhsil alır, 15 minə yaxın professor-müəllim heyəti fəaliyyət göstərir.

Son 10 ildə universitetlərdə tələbələrin sayı 50 faizə yaxın artsa da, qeyd olunan müddətdə universitetlərin professor-müəllim heyətinin sayında elə də diqqətçəkən artım olmayıb. Belə ki, əgər 10 il öncə Azərbaycan universitetlərində professor-müəllim heyətinin sayı 14 min 650 nəfər idisə, cari ilin əvvəlinə olan məlumata görə, bu rəqəm 14 min 939 nəfər olub.

Universitetlərdə tədris prosesində müəllimlərin yalnız kəmiyyəti deyil, keyfiyyəti də önəmli faktordur. Ali təhsil müəssisəsinin reytinqinə təsir göstərən amillərdən biri də məhz müəllimlərin bilik səviyyəsidir.

Bəs ən yaxşı müəllimlər hansı universitetlərdə çalışır?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, eləcə də Azərbaycan İlahiyyat İnstitutunda fəaliyyət göstərən müəllimlərin daha yüksək səviyyəli olduğunu düşünür.

"Ümumiyyətlə, hər bir universitetimizdə fəaliyyət göstərən yaxşı, vicdanla və məsuliyyətlə işini yerinə yetirən müəllimlərimiz var. Ona görə də, konkret olaraq hansısa universitetdə belə müəllimlərin olduğunu söyləmək mümkün, həm də düzgün deyil. Əlbəttə ki, universitetlərin seçimində maaşın rolu böyükdür. Hansı universitetlərdə maaş yüksəkdirsə, müəllimlər daha çox ora meyl göstərir. Hesab edirəm ki, bu gün UNEC, ADNSU, həmçinin İlahiyyat İnsitutunda fəaliyyət göstərən müəllimlər yüksək səviyyəli olmaları ilə seçilirlər. Hesab edirəm ki, bu universitetlərin müəllimləri digər universitetlərin müəllimlərindən daha çox seçilir".

Deputat, həmçinin müəllimlərin maaş məsələsində də toxunub:

"Bu gün əməkhaqqının yüksək olmasına görə müəllimlər daha çox İqtisad Universitetində fəaliyyət göstərməyə can atırlar. Çünki onlara elmi araşdırmalara və xaricdəki məqalələrinə görə əlavə vəsait ödənilir. Buna görə də, müəllimlər daha çox orada işləməyə üstünlük verirlər. Qeyd etdiyim kimi, İlahiyyat İnstitutunda da bizim yaxşı müəllimlərimiz var. Orada maaşın yüksək olması, eləcə də, sahənin spesifikliyi bu prosesə öz müsbət təsirini göstərir".

C.Məmmədovun sözlərinə görə, hazırda ölkəmizdə təhsilin vəziyyəti heç də ürəkaçan deyil:

"Hesab edirəm ki, universitetlərimizin mütləq əksəriyyətində vəziyyət o qədər də yaxşı deyil. Təhsilin məzmununda və keyfiyyətində çox ciddi problemlər var. Biz hələ də məzmunla və keyfiyyətlə bağlı ciddi uğurlara nail ola bilmirik. Bəzi universitetlərdə ümumiyyətlə təhsil mühiti yoxdur. Bu gün valideynlərin, imkanı olan insanların çoxu çalışır ki, övladlarını təhsil almaları üçün xaricə göndərsinlər. Bu baxımdan bizim qarşımızda çox mühüm vəzifələr durur. Bunlar təhsilin keyfiyyətini və məzmununu artırmaq, eyni zamanda da müəllimlərin maaşını yüksəltməkdir. Bizim elə universitetlərimiz var ki, orada müəllimlərin maaşı 400-500 manatdır. Hesab edirəm ki, müəllimin 400-500 manata dərs deməsi və bizim ondan keyfiyyətli təhsil gözləməyimiz kifayət qədər sual doğuran məsələdir. Ona görə də, biz bu məsələlərin həll edilməsi üçün əlimizdən gələni etməliyik".

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova isə ADA universiteti ilə bağlı müsbət fikirdədir:

"Azərbaycanda fərqlənən bir çox universitet var. Məsələn, ADA, UNEC, BANM kimi bir neçə universitet daha çox diqqət çəkir. Konkret ADA-nı müzakirə etməli olsaq, görərik ki, bura kifayət qədər güclü təhsil verir. Əminəm ki, təhsilin keyfiyyəti orada yaxşı müəllimlərin fəaliyyətinin nəticəsindədir. Digər universitetlərdə də belədir".

Ekspert düşünür ki, maddi rifahın yaxşı müəllimlik fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur: "Amma bunu əlaqələndirmək olmaz ki, digər universitetlərdə aşağı maaş verilirsə, deməli, oranın müəllimləri yaxşı deyil. Maddi rifah olmadan və yüksək maaş almadan da, çox yaxşı müəllimlik fəaliyyətini həyata keçirən insanlar var. Bunu inkar etmək olmaz. Bu, digər müəllimlərə haqsızlıq olardı. Əlbəttə , maaşın yüksək olması və maddi rifahın yaxşı olması əsas motivasiyalardan biri ola bilər. Ümumilikdə isə Azərbaycan universitetləri və ali təhsil müəssisələrinin səriştəyə əsaslanan təhsil verməsinə çox böyük ehtiyac olduğunu düşünürəm. Təəssüf ki, bu barədə elə də müsbət fikirlər söyləyə bilməyəcəm".

Təhsil eksperti Kamran Əsədov isə Bakı Dövlət Universiteti, ADA, Xəzər və Mingəçevir Universiteti, Bakı Ali Neft Məktəbi barədə müsbət fikirdə olduğunu deyib.

"Etiraf edək ki, Azərbaycanda bütün müəllimlər H-indeksini, eyni zamanda beynəlxalq reytinqlərini düzəltməkdə maraqlıdırlar. Azərbaycan ali təhsil müəssisələrinin heç də hamısı əmək bazarının tələbinə və müasir standartlara cavab verən kadr hazırlamır. Amma biz birmənalı şəkildə Bakı Dövlət Universiteti, ADA, Xəzər və Mingəçevir universitetləri ilə bağlı müsbət fikirlərimizi qeyd edə bilərik. Belə ki, professor-müəllim heyətinin beynəlxalq reytinqlərdə, digər indeksli jurnallarda və tədqiqatlarda baxdıqda görürük ki, Bakı Dövlət Universitetindən daha çox məqalələr var. Eyni zamanda ADA Universitetindən danışa bilərik ki, beynəlxalq reytinqi kifayət qədər yaxşıdır. Həmçinin orada neqativ hallarla bağlı hər hansı informasiya yoxdur. Beynəlxalq tədbirlər keçirirlər və tələbələrlə iş yüksək səviyyədədir. Biz təbii ki, Xəzər Universiteti ilə bağlı öz müsbət fikrimizi deyə bilərik. Tələbələr orada müəllimlərin fəaliyyəti ilə əlaqədar razılıqlarını bildirir və eyni zamanda həmin universitetdə əmək bazarının standartlarına cavab verən kadr hazırlığı keçirilir. Region universitetlərindən isə xüsusi olaraq Mingəçevir Dövlət Universitetini qeyd edə bilərəm. Demək olar ki, Mingəçevir Dövlət Univesitetindən olan bütün tələbələrdən ictimaiyyət razıdır. Bu, onu göstərir ki, həmin universitet son illər ərzində düzgün kadr islahatı həyata keçirir. Tələbə, müəllim və rektor münasibətləri yaxşı səviyyədədir. Həmçinin ADA və Bakı Dövlət Universitetinin Qazax filialı var. Bu məzunlar iş tapmaqla bağlı müsbət danışırlar. Müəllim və tələbə münasibəti yüksək səviyyədə olan universitetlərdən biri də, Bakı Ali Neft Məktəbidir".

Ekspertin fikrincə, ali təhsil müəssisələrində hər il maaş artımı olur:

"Maaş məsələsindən danışdıqda isə hər il müəllimlərin maaşı artır. Məsələn, Bakı Dövlət Universitetində bir neçə il ardıcıl əməkhaqqı artırılıb. Eyni zamanda biz İqtisad Universitetində də əməkhaqqının artımını müşahidə edirik. Düşünürəm ki, ali təhsil müəssisələrimizin ciddi şəkildə restarvasiyaya ehtiyacı var. Xüsusilə Neft və Sənaye Universiteti, Pedaqoji Universiteti yenilənməlidir. Çünki bu universitetlərin məzunlarına əmək bazarında daha çox ehtiyac var. Amma biz bu universitetlərin məzunlarının müəllimlərin işə qəbul imtahanında və yaxud digər müsabiqələrdə nəticələrinin o qədər də qənaətbəxş olmadığını görürük. Hesab edirəm ki. Azərbaycan ali təhsil müəssisəslərinin ciddi akkreditasiyaya ehtiyacı var. Akkreditasiydan keçən zaman şəffaf və ədalətli olmaq lazımdır. Bu gün bizim tələbələr Azərbaycanın əmək bazarı standartlarına uyğun kadr olmadıqda gedib xaricdə təhsil alırlar. Bu da ölkədən vəsait axınıdır. Fikrimcə, bu gün heç də bütün universitetlərlə bağlı müsbət fikir bildirmək olmaz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2161   Tarix: 01 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fərhat Göçərdən illər sonra ETİRAF: Ağlayaraq ayrıldım

Türkiyənin tanınmış müğənnisi Fərhat Göçər illər əvvəl cərrahlıq peşəsindən ayrılmasının səbəbini açıqlayıb. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi "Cemre ilə TBT" proqramında həkimlikdən musiqiyə keçid dövründə yaşadığı çətinliklərdən danışıb. Göçər bildirib ki, tibb fakültəsin

04.11.2026 410
.

2027-ci ildə gözlənilən inflyasiya səviyyəsi açıqlandı

"Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflyasiya 2027-ci ildə 5.9% səviyyəsində qərarlaşacaq". xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbayca

04.11.2026 341
.

Yamal 20 yaşınadək futbolçular arasında Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu oldu

"Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Kilian Mbappenin təxminən on ildir qorunan rekordunu keçib. "Barselona"nın ispaniyalı qanad oyunçusu Lamin Yamal, 20 yaşınadək oyunçuların vurduğu qollar üzrə Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. 2026/27 mövsümünün dördüncü turund

04.11.2026 346
.

Avropa İttifaqı ölkələrində 3 milyon işsiz var

Avropa İttifaqına üzv ölkələrdə 2016-cı ildə 3,9 milyon nəfər gənc işsizlərin sayı sentyabr ayında 3 milyona düşüb. Eyni dövrdə Türkiyədəki gənc işsizlərin sayı isə 1.1 milyondan 783 min nəfərədək azalıb. Bununla bağlı Türkiyə mediasına istinadən bildirib. Aİ-yə üzv ölkələr arasında ən çox gənc işsi

10:36 186
.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 182
.

ABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar

ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd

10:45 194
.

İntensiv yağış yağacaq

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

14:06 81
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 159
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

12:14 148
.