Elməddin Cəfərov: "Afroamerikalı oğlandan xahiş etdim ki, məni batırsın"
"Bəzən tələsirik, istəyirik ki, tez edək, amma tez olsa da, yaxşı alınmır. Yemək bişməyəndə onu yemək mümkün olmur. Aktyorluq elə bir sənətdir ki, tələsmək olmaz. Tələsəndə işin keyfiyyəti də olmur. Korifey aktyorların illər əvvəl bizim haqqımızda dedikləri mənfi sözlərə əvvəl haqq qazandırmırdım. Amma bu gün o dediklərindən bəzilərini qəbul edirəm".
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Elməddin Cəfərov deyib.
Aktyor qeyd edib ki, irad tənqid formasında bildirilsə, səhvləri daha tez görmək olur:
"İllər əvvəl çəkildiyim epizodlara baxanda "bu nədir?" deyirəm. Onlar məndən 30-40 il qabaqdadırlar deyə səhvlərimizi daha yaxşı görə bilirlər. Bunu tənqid formasında desələr, əlbəttə ki, səhvlərimiz tez görərik. Amma bunu təhqir, yaxud da qərəzli şəkildə deyəndə qəbul etmirəm. Bizə irad tutan aktyorların keçmişdə səhvləri olmayıb ki? Əlbəttə ki, olub. Onların hamısına böyük hörmətim var".
"2010-cu ildən toylara aparıcı kimi getməyi özümə qadağan etdim. Həyatımdan bütün sosial şəbəkələri sildim. Hər gün beş saat vaxtım yarandı. Başladım kitab oxumağa. Bütün həyatım dəyişdi. Oxumaq bir yerdən sonra məndə xəstəliyə çevrildi. Kitab oxumasam, yata bilmirəm. Bu gün hansı kitab varsa, onu oxuyuram. Kitab oxumaq mənim həyatımı, dünyaya baxışımı dəyişdi. Sosial şəbəkəsiz həyat, həqiqətən, çox gözəldir. Sosial şəbəkədə həyatımı paylaşmadıqca daha çox yaşamağa başladım. Əvvəl nə yeyirdimsə, haranı gəzirdimsə, hamı kimi sosial şəbəkədə paylaşırdım. Bu yemək, gəzmək mənim üçündür. Bəzi şeyləri həyatımda paylaşılmaz etdim. İnsanlar üçün yox, özüm üçün yaşamağı öyrəndim", - deyə aktyor bildirib.
Aktyor bildirib ki, işləyən insan üçün istirahət mütləqdir:
"Bir neçə il istirahətsiz çalışmışdım, filmlər, seriallar çəkirdik. Yay ayında bir həftə-10 gün istirahət sayılmır axı. Ötən il çox istirahət etmişdim. Xarici ölkəyə getmişdim, sırf özümə görə. 20 ildir ki, dayanmadan işləyirəm. Bu mövsüm verilişi də bağladım. Düzdür, seriallar çəkilir, baş prodüser, layihə rəhbəri kimi nəzarət edirəm. Aktyor kimi çəkilmirəm. İnsan ard-arda çəkiləndə özünü təkrarlayır. Fasilə verəndə, istirahət edəndə insanın beyninə yeni ideyalar gəlir. Özümə söz vermişəm ki, bu il çox istirahət edəcəyəm".
O, xarici ölkədə başına gələn maraqlı əhvalatı da bölüşüb.
"Xarici ölkədə dənizdə çimirdim. Mən də dənizin dibinə, dərinliyinə getməyi çox sevirəm. Nə qədər etdimsə, duzu çox olduğundan dərinə baş vura bilmədim. Gördüm, afroamerikalı bir oğlandır, ingilis dilini-filan bilmirəm. Ümumiyyətlə, xaricdə ingilis dilində danışmıram. Azərbaycan dilində danışıram. Pulu görən kimi adam məni başa düşür. Həm də fikirləşirəm ki, pulu verən mənəm, mən niyə onun dilini bilməliyəm ki? O mənim dilimi bilsin də (gülür). Ondan xahiş etdim ki, məni suda batırsın. O zənci bir neçə dəfə məni suyun dərinliyinə saldı. Gəlib mənə qulluq edir, həm də o qədər gülür ki. Çıxdıq, gəldik, dənizin kənarında günəşlənməyə getdim. Gördüm ki, hamı gəlib bununla şəkil çəkdirir. Sən demə o, 9 nömrəli məşhur futbolçu, hücumçu Antoni Marsyaldır", - deyə aktyor bildirib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120 Özcan Dəniz hakim qarşısına çıxdı
Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət
16.09.2021 1271 "Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"
"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə
16.09.2021 3763 Beyonsun 500 milyonluq özəl günü - Fotolar
Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar
16.09.2021 2230 41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO
4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl
16.09.2021 1693 "O səs Türkiyə"nin münsifləri açıqlandı
Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq
15.09.2021 2403 Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?
Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən
16.09.2021 1870