ŞAD XƏBƏR! - Bu şəxslərə 1500 manat pul veriləcək
Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.
BiG.AZ xəbər verir ki, sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1 500,0 (bir min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750,0 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilsin.
2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə:
2.1. Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,9 milyon (iki milyon doqquz yüz min) manat vəsait ayrılsın;
2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;
2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1493 Tarix: 26 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
13 il axtarışda olan azərbaycanlı BAKIYA GƏTİRİLDİ
Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib. Bu barədə -a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiha
19:30 68 Kir Starmer Qətərdədir
Böyük Britaniyanın Baş naziri Kir Starmer Fars körfəzi ölkələrinə səfəri çərçivəsində Qətərin paytaxtı Dohadadır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb. Qeyd olunur ki, o, həmçinin Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynə də səfər edəcək. Səfərlər çərçivəsind
21:45 1 Zavod çörəkləri niyə tez quruyur? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda zavod çörəklərinin son vaxtlar alındıqdan qısa müddət sonra, təxminən 2-3 saat ərzində quruması istehlakçılar tərəfindən müşahidə olunur. Əvvəllər daha uzun müddət yumşaqlığını saxlayan çörəklərin indi tez sərtləşməsi gündəlik alış-veriş zamanı diqqət çəkən məsələlərdən birinə çevrilib
15:59 247 Məktəbdə valideyni döyən müəllim CƏZALANDIRILDI
Biləsuvarda təhsil müəssisəsində insident olub. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Xırmandalı kəndində yerləşən orta məktəbdə baş verib. Orada çalışan 44 yaşlı müəllim Afiq Axundov ilə Fariz (adlar və soyad şərtidir - red.) adlı valideyn arasında mübahisə olub. Qida satışı olan hissədə mübahis
14:13 321 Azərbaycanda 40 saatlıq iş norması sadəcə kağız üzərində qalır - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Azərbaycanda əmək qanunvericiliyinə əsasən həftəlik 40 saatlıq iş norması müəyyən edilsə də, reallıqda bu norma işləmir. İşçilər gündə 10-12 saat, həftə ərzində isə 60-70 saat çalışır və bu artıq ənənə halını alıb. Əmək müqaviləsində nəzərdə tutulmayan əlavə işlərin işçilərə gördürülməsi də geniş yayılı
14:55 261 "İldə iki-üç dəfə çıxış edib pulunu alır" - Qalmaqala aydınlıq gətirdi
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ətrafında qalmaqallar bir neçə gündür səngimək bilmir. Bir çox əməkdaş işdən çıxarıldığını, bəziləri qonorar almadığını deyərək, şikayət dolu paylaşımlar edib. Axşam.az-ın məlumatına görə, teatrın direktoru, Xalq artisti Yusif Eyvazo
16:09 227 Zelenski təsdiqlədi: "Yaxın Şərqdə İran dronlarını məhv etmişik"
Zelenski Ukraynanın Yaxın Şərqdə İran dronlarını məhv etdiyini təsdiqləyib. Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna lideri açıqlama yayıb. "Hərbi mütəxəssislərimizi, xüsusən də tutucu dronlar üzrə ekspertləri və elektron müharibə mütəxəssislərini Yaxın Şərqə göndərdik. Bəzi ölkələrə tutuc
21:30 1 Trampı tənqid edən aktyor "hərbi cinayətkar" elan edildi
Ağ evin kommunikasiya direktoru Stiven Çunq, ABŞ prezidenti Donald Trampı tənqid etdiyinə görə amerikalı aktyor Corc Klunini "hərbi cinayətkar" elan edib. xarici mediaya istinadən xəbər verir ki, məmur bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. Çunq qeyd edib ki
18:15 147 "İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir..."
"İmtahan suallarının real həyatla uyğunluğunun artırılması olduqca vacib məqamdır". "Qafqazinfo" "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-prakti
12:14 274