"Xoflanma, sənə düşmən deyiləm" – Elgizdən Nağıyevaya

"Xoflanma, sənə düşmən deyiləm" – Elgizdən NağıyevayaAparıcı Elgiz Əkbər bir müddət əvvəl onun verilişini tərk edən, hüquqşünas Şəfiqə Nağıyeva ilə bağlı açıqlama verib.

OLAY yazır ki, bu barədə "Elgizlə izlə" proqramında danışan aparıcı ad çəkmədən vəkil haqda bunları söyləyib:

"Bir nəfər var. Onunla küsülü deyiləm, ona hər zaman yaxşı olmuşam. Bir Allah şahiddir ki, hər zaman dəyərini, qiymətini bilmişəm. Ümumiyyətlə, bütün qonaqlara hörmət etmək borcumdur. Tibb, hüquq, mədəniyyət və sairə sahələrdə öz sözünüzü demiş insanlarsız. Burada əyləşən insanlar elə belə adamlar deyil. Ona isə həddindən artıq hörmət etmişəm. Nə istəyibsə, etmişəm, bir insanın digərinə göstərməli olduğu hörməti əsirgəməmişəm. Sonra anlaşılmazlıq oldu, mənə düşmən kəsilib. Hər yerdə arxamca olmayan şeyləri danışır. Hamısı qulağıma çatır. Mən sənə nə etmişəm? Çox kədərlənirəm. Sözün var, üzümə denən. Sənə "get" deməmişəm, oldu, keçdi. Bu nəyə lazımdır? Çox gülməli şeylər baş verir, məni çox üzür. Sənə heç bir pisliyim dəyməyib, yaxşılıqdan başqa nəsə etməmişəm. Söhbətimiz olmayıb, davamız düşməyib. Bir-birimizi təhqir etməmişik, acı söz deməmişik. İndi oldu da. Ömrümüzün axırına qədər bir yerdə olmalı deyilik ki.

Hər şeyin bir sonu var. Lakin hər yerdə adam tutmusan. Mən bunları gözəl başa düşürəm, uşaq deyiləm. İyirmi ilə yaxındır ki, səhnədəyəm. Bunlar mənə keçməz. Sənə qarşı heç bir kinim yoxdur. Mən də inciyə bilərəm. Lakin pislik arzulayım, başqa fikirlər formalaşdırım. Bu olmaz. Özü də bilirsən ki, həmin adamlar gəlib mənə çatdıracaq. Lakin sadəcə gülürəm. Səbrli davranıram, hər şeyin həddi var. Birinci Allahını bil. Hər halda böyüksən, mənə yol göstərməlisən. Sən mənə məsləhət verməlisən. Nəzərə alsaq ki, dindən danışırıq, deyirsən ki, namaz qılıram, Allahın quluyam. Amma bununla onlar düz gəlmir. Danışmağa qalsa... Mənim ağzımı yummaq olar? Mən isə bunu etmirəm. Çünki hələlik səbr edirəm. Bu gün gəlsin, onu ayaq üstə qarşılayaram, hörmət edərəm. Düşmən deyiləm ki. Niyə məni düşmən gözündə görürsən? Mən sənə nə etmişəm? Lap açıq, ictimai şəkildə de ki, bu adam mənə belə pisliklər edib. Neçə il sən bu proqramda əyləşmisən, olduğun verilişlərdə başlayırsan ki, filan şey belə oldu. Tutaq ki, biz nəsə şou etmişik. Elə şounun ən böyük nümayəndəsi sən idin. Burada əyləşirdin. İndi nə oldu? Başlayırsan arxamca belə şeylər danışmağa. Yenə də mən səni düşmən gözündə görmürəm, dostuq. Biz heç vaxt bir-birimizin xətrinə dəyməmişik, hörmət etmişik. Hətta neçə dəfə görüşdük də. Bunlar yaxşı şeylər deyil. O adamlar ki var... Həmin məsələ də lazım deyil. Yenə də deyirəm, göydə Allah var. Mən ondan çox qorxuram, kiminsə qəlbinə dəymərəm. Nəsə olsa da, həmin insanın könlünü alıram ki, qarğış etməsin. Sabah gəl, səni gül-çiçəklə qarşılayaram. Mən ona görə çox adamı incitmişəm. Ramazan ayıdır, başqa cür qəbul etməsinlər ki, kimisə müzakirəyə çıxardıram. Mənə sual verildi, dedim ki, küsülü olduğun insan yoxdur? Bir nəfər var, özü məni düşmən gözündə görür. Mən də deyirəm ki, sənə düşmən deyiləm, harada görsəm, yenə hörmət edəcəm.

Lakin sən xoflanma! Demək istəyirəm ki, düşünmə, sənə pis münasibət göstərirəm, səni özümə düşmən kimi görürəm. Allah etməsin, mən öz sözümü dedim ki, vəziyyət belədir. Vacibdir ki, bir verilişdə olaq? Biz yenə dostuq. Mən sənə get demişəm, ya qadağa qoymuşam? Mən yazıq nə dedim ki? Özün-özündən, heç nədən getdin. Deyir ki, məni tək qoydun. Başa düşürəm ki, o da məni çox istəyir, onu gözəl bilirəm. Adam çox istədiyindən qısqanclıq olur. Ömrümdə həmin adamdan pis nəsə danışmışam? Ancaq yaxşı sözlər demişəm. Çox uzatmaq istəmirəm. Bildirmək istəyirəm ki, onu çox istəmişəm. Mərd hərəkətlərini görmüşəm, mərdlikləri var. Biz uzun müddət, dörd ilə yaxın bir əməkdaşlığımız oldu, iki il pandemiya dövründə əməkdaşlıq etdik. Yenə də həmin Elgizəm, kinim yoxdur. Ramazan ayı ərəfəsində hamını barışdırıram. Məsələn, dünən Elza Seyidcahanla Mətanət Əsədovanı barışdırdım. Bu gündə iki adamı barışdıracam. Mən də deyirəm ki, onunla küsülü deyiləm, istəyirsən, verilişdən sonra zəngləşək görüşək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1698   Tarix: 20 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 178
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 143
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

05.11.2026 241
.

Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb. "Trend"ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun "Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasınd

05.11.2026 261
.

Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah

05.11.2026 241
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

05.11.2026 237
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.