Bölgələrin inkişafı ölkəmizi gücləndirir

Bölgələrin inkişafı ölkəmizi gücləndirirAprelin 18-də dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala və Salyan  rayonlarına  səfər etmiş və bu səfər çərçivəsində bir sıra sosial obyektlərin açılışlarında iştirak etmişlər.
Səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala Olimpiya İdman Kompleksinin, Bankə qəsəbə 2 saylı tam orta məktəbinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər və Neftçalanın Yenikənd kəndində "Azerbaijan Fish Farm" MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar. Prezident İlham Əliyev aprelin 18-də Salyanda "ASAN xidmət" mərkəzinin açılışında iştirak etdikdən sonra Azərbaycan Televiziyasına müsahibəsində regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu nəticələrindən bəhs etdi.  Neftçala və Salyan  rayonlarına təkcə bir səfər çərçivəsində atılan addımlara diqqət yetirdikdə görülən işlərin miqyasının genişliyi fonunda regionların inkişafının dövlət siyasətinin əsasında dayandığı bir daha öz təsdiqini tapır.
Dövlət başçısı İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparıldığını önə çəkərək bildirdi ki, bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir". "ASAN xidmət" sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır" söyləyən dövlət başçısı onu da əlavə etdi ki, "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Salyan rayonunda açılışı olan "ASAN xidmət" mərkəzinin sayca 25-ci mərkəz olduğunu vurğulayan dövlət başçısı bildirdi ki, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk: "Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, "ASAN xidmət" bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik."
Müsahibədə müasir tələblər səviyyəsində qurulan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edən cənab İlham Əliyev onu da qeyd etdi ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir.  Bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plana üzrə getdiyini vurğulayan cənab İlham Əliyev qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla,  barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə qurmaq, yaratmaq üçün gəlmişik.  Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir.  Artıq iki yaşayış məntəqəsində - Ağalı və Talış kəndlərində keçmiş köçkünlərin hazırda yaşadıqlarına diqqəti yönəldən  Prezident İlham Əliyev bildirdi ki,  bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük.
Neftçala və Salyan rayonlarının timsalında bu reallığı böyük inamla qeyd edə bilərik ki, cənab  İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların sosial-iqtisadi inkişafını, yenilikləri özündə əks etdirməsini diqqətdə saxlayır.  Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Eyni zamanda, səfərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır.  Atılan bütün addımların əsasında vətəndaş məmnunluğunun artırılması dayanır.

Təranə Tağıyeva – BDU, Beynelxalq munasibətlər ve iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 621   Tarix: 19 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 178
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 143
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

05.11.2026 241
.

Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb. "Trend"ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun "Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasınd

05.11.2026 261
.

Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah

05.11.2026 241
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

05.11.2026 237
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

05.11.2026 309
.