Əsir düşən əsgərlərin anaları: "Məktuba inanmırıq..."

Əsir düşən əsgərlərin anaları: "Məktuba inanmırıq..."Bu gün BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-nin yaydığı məlumatda deyilir.

Modern.az-ın əməkdaşı əsir hərbçilərin ailələri ilə əlaqə saxlayaraq, BQXK tərəfindən onlara hansı məlumatların çatdırıldığını öyrənməyə çalışıb.

Əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib ki, hələlik oğlundan məktub almayıb:

"Mənə oğlumla görüşdüklərini bildirdilər. Hüseyn məktub yazıb, amma onun məktubu hələ bizə verilməyib. Əsirlərin vəziyyəti ilə bağlı yaxın zamanda məlumat verəcəklərini qeyd etdilər. Oğluma görə çox narahatam".

Əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova yazılan məktuba inanmadığını söyləyib:

"Nümayəndə heyəti oğlumla görüşüb. Dedilər ki, yaxın günlərdə sizə oğlunuzla bağlı məlumat verəcəyik, amma onların sağlıq durumu haqda heç nə demədilər. Aqşinin bizə məktub yazdığını bildirdilər. Mən məktuba inanmıram. Şərait yaradılsın, oğlumla görüntülü danışım. Bunun üçün bir çox yerə müraciət etmişəm".

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Bu yaxınlarda onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1125   Tarix: 19 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əmək müqaviləsinə dəyişiklik: İşçilərin bilməli olduğu hüquqlar

"Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa

16:00 236
.

Yay istirahəti üçün Avropanın ən idealşəhəri - Gəzinti və çimərlik bir arada

Yay istirahəti üçün həm tarixi abidələri kəşf etmək, həm də təbiətin qoynunda dincəlmək istəyənlər üçün Avstriyanın paytaxtı Vyana ideal seçimlərdən biri hesab olunur. Şəhər zəngin memarlığı, geniş parkları və Dunay sahilindəki istirahət məkanları ilə turistlərin sevimli istiqamətlərindən biridir. b

20:45 17
.

Trampın İran planında Bin Salman amili

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampı İrana qarşı hərbi eskalasiyaya dair son təhdidlərini reallaşdırmamağa inandıra bilib. xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Ağ Ev və Pentaqon iranlıları

10:52 181
.

Misirdə 5,3 ballıq zəlzələ

Misirin Əl-İsmailiyyə şəhərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 03:00-da baş verib. Yeraltı təkanlar təkcə Misirdə deyil, həmçinin İordaniya, Livan, Fələstin və İsraildə də his

10:25 180
.

Saakaşvili özünü Odisseylə müqayisə etdi

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanada Kristofer Nolanın yeni filmi olan "Odisseya"nı izlədiyini bildirib. xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazaraq özünü Odisseylə müqayisə edib. Onun sözlərinə görə, Odisseyin taleyi onun taleyinə bənzəyir v

12:32 242
.

Azərbaycan artıq Mərkəzi Asiyanın strateji qərar platformasında

"Qlobal geosiyasi və geoiqtisadi düzənin sürətlə dəyişdiyi, beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşdığı indiki mərhələdə Mərkəzi Asiya dünyanın diqqət mərkəzində olan regionlardan birinə çevrilib. Uzun illər əsasən enerji resursları və əlverişli coğrafi mövqeyi ilə seçilə

15:08 167
.

ChatGPT söhbətləriniz Chrome vasitəsilə gizli ələ keçirilə bilər - XƏBƏRDARLIQ

Təxminən 100 min nəfərdə quraşdırılmış genişlənmə dərhal doqquz populyar süni intellekt xidmətində sorğu və cavabları hiss etmədən ələ keçirirmiş. Google Chrome brauzeri üçün süni intellekt əsaslı çat-botlarla işi yaxşılaşdırmaq üçün alət kimi mövqe tutan populyar brauzer genişlənməsi gizli istifadəç

19:45 112
.

Ekspert: Moskva artıq müharibəni öz ərazisində hiss edir

"Ukraynanın son dövrlərdə Rusiyanın dərinliklərinə, o cümlədən Moskva və digər iri şəhərlərə endirdiyi zərbələr müharibənin xarakterini əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəllər döyüşlər əsasən cəbhə xətti ilə məhdudlaşırdısa, indi Rusiya cəmiyyəti də müharibənin artıq təhlükəsiz hesab oluna

16:09 197
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

11:02 237
.

TOP MP3