Rövşanə bu dəfə Nagehanı qəzəbləndirdi
Son günlər verilişinə çağırdığı qonaqlarla qalmaqal yaşayan aparıcı Rövşənə Ağasəfqızının sözü influenser Nagehan Abdullayeva ilə çəp gəlib.
OLAY yazır ki, Ağasəfqızı "Space səhər" proqramında qonaq etdiyi Nagehanı qəzəbləndirib.
Buna səbəb isə Abdullayevanın "Mən azərbaycanlı bəylə evləndiyim üçün populyarlığım artdı. İnstaqramda türk gəlin görməmişəm" sözlərinə "Orada yoxdur da. Hamı çıxıb özünü ərə getməklə məşhur etmir" cavabı olub.
Abdullayeva "Xahiş edirəm sözlərinizə diqqət edin. Mən özümü ərə getməklə populyarlaşdırmamışam. Zatən instaqramda müəyyən qədər gündəmə gəlmişdim. Sonra izdivac verilişinə çıxdım" , - deyərək, özünü müdafiə edib.
Ağasəfqızı isə yenə də öz fikrində qalıb. Bundan sonra "Deməyim odur ki, instaqram və ərə getməklə yadda qalmaq bir işdirmi" sualını ünvanlayıb.
Nagehan "Siz elə danışırsız ki, mən şokdayam. Əminəm ki, izləyicilərim də reaksiyalarını gizlədə bilmirlər. Siz niyə bu qədər ərə getməyə ilişmisiz?" sözləri ilə qəzəblənib.
Rövşanə ondan işinin məğzini izah etməsini istəsə də, Abdullayeva aparıcıya sərt cavab verib:
"Sizin işinizin məğzi nədir? İnsanları əzib, tənqid etmək? Davamlı olaraq "ərə getmək" deyirsiz. Bu, xoşagəlməzdir. Mən ona görə cavab vermək istəmirəm. "Ərə getmək" deyə tutdurubsuz. Təhsilli insanam, nə olub ki? Mən burada ailə həyatımı düzgün göstərdiyim üçün sevilmişəm. Ailə həyatımı niyə davam etdirə bilmirəm ki? Ömrümün sonuna qədər evli qalacağam deyə bir şey yoxdur. Təbii ki, Fəridə fikir ayrılıqlarımız ola bilər. Heç kimin sığortalanmayıb. Bunu da düzgün edərik. İki uşağımız var, onlardan biri qızdır".
Qeyd edək ki, R. Ağasəfqızı ötən həftələrdə efirində Əməkdar artistlər Nigar Şabanova və İlkin Əhmədovla qalmaqal yaşayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1705 Tarix: 18 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 206 Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?
Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti
05.11.2026 380 Güclü külək əsir
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22
05.11.2026 224 VƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!
Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz
05.11.2026 262 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
05.11.2026 269 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
05.11.2026 250 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində
05.11.2026 332 Sumqayıtda aptekdən 35 min manat oğurlanıb
Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli
05.11.2026 218 Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA
Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli
05.11.2026 421