İftar süfrəsi üçün maraqlı reseptlər

İftar süfrəsi üçün maraqlı reseptlərAxşam.az iftar süfrəsi üçün maraqlı reseptlər təqdim edir:

Biyanalı şorba

Ərzaq:

2 dəstə boyana (razyana)
6-7 ədəd alça turşusu
0,5 stəkan yumru düyü
3 xörək qaşığı kərə yağı
duz, istiot, 4 stəkan qaynadılmış su

Hazırlanması:

İlk öncə göyərtini təmizləyib, yuyub doğrayın. Qazana yağı və xırda doğranmış soğanı tökün. Qovurduqdan sonra suyu əlavə edin. Bir dəfə qaynadıqdan sonra içərisinə düyünü əlavə edin. 4 dəqiqə qaynadıb göyərtini, alça turşusu, duz və istiotu əlavə edin. Düyü bişəndə sobadan götürüb, süfrəyə verə bilərsiniz. Qatıq və ya nar şərabla yeyilir.

Toyuqlu çökərtmə

Ərzaqlar:

3 parça toyuq filesi

Sous üçün:

1 yemək qaşığı mayonez
3 yemək qaşığı duru yağ
1 çay qaşığı kəklikotu
1 çay qaşığı qırmızı bibər
Yarım çay qaşığı qaraistiot
1 ədəd balaca rəndələnmiş soğan

Kartof qızartması üçün:

4-5 ədəd kartof
Duru yağ və duz

Qatıq sosusu üçün:

1 kasa qatıq
1-2 diş əzilmiş sarımsaq və duz

Üzəri üçün 2-3 yemək qaşığı ərinmiş yağ, 1 çay qaşığı qırmızı istiot

Hazırlanması:

Toyuq ətini uzunsöv doğrayın. Bir kasada marinad etmək üçün lazım olan ərzaqları qarışdırın. Əti onunla qarışdırıb, üzərini streçlə bağlayıb 2 saat soyuducuda saxlayın.

Kartofları uzunsov doğrayıb, duzlayıb və yağöda qızardın. Digər tavaya yağı töküb toyuğu da qızardın. Boşqaba kartofu əlavə edin, üzərinə sarımsaqlı qatıq tökün. Üstünə isə bişmiş toyuğu tökün. Kərə yağını qızdırıb içinə qırmızı bibər töküb toyuğunü stünə səpin.

Çiçek tatlısı

Ərzaq:

100 qr. kərə yağı
1 ədəd yumurta
Yarım stəkan pudra şəkəri
Yarım stəkan duru yağ
1 paket qabartma tozu
1 paket vanilin
Apardığı qədər un

Şərbət üçün:

2,5 stəkan şəkər tozu
3 stəkan su
1 dilim limon

Peşenyeləri batırmaq üçün mannı yarması

Hazırlanması:

Əvvəlcə su, şəkər tozu və limon şirəsini qatıb şərbəti hazırlayın. Xəmir üçün undan başqa bütün ərzaqları qarışdırın. Sonra az-az un tökün və ələ yapşmayan yumşaq xəmir edin. Xəmirdən kiçik formada götürün üzərini bıçaqla kəsin, mannı yarmasına batırıb sobaya qoyacağınız qaba düzün. 180 dərəcə isidilmiş sobada 35-40 dəqiqə bişirin. Bişdikdən sonra bir az soyudub, üzərinə şərbəti əlavə edin.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 922   Tarix: 17 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

05.11.2026 380
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

VƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!

Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz

05.11.2026 262
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 269
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

05.11.2026 250
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

05.11.2026 332
.

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb

Sumqayıtda aptekdən 35 min manat oğurlanıb. DİN-dən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs müxtəli

05.11.2026 218
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

05.11.2026 421
.