Azərbaycanlı əsgəri əsir götürən erməni meşəbəyi GÖRÜN NƏLƏR DEDİ...

Azərbaycanlı əsgəri əsir götürən erməni meşəbəyi GÖRÜN NƏLƏR DEDİ...Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən aprelin 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb. Dünən Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda şiddətli şəkildə döyülməsi, işgəncələrə məruz qalmasını əks etdirən görüntülər yayılıb.

Hazırda Ermənistanda əsir saxlanılan və ağır işgəncələrə, qeyri-insani rəfdara məruz qalan azərbaycanlı hərbçilər bu ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Polis İdarəsindən bildirilib. Hələlik, qurum məsələ ilə bağlı əlavə açıqlama yaymayıb.

Zəngəzur (Sünik) rayonunun Açanan kəndi yaxınlığında tapılan azərbaycanlını ilk görən Qafan meşəbəyliyinin əməkdaşı Ara Sukiasyan olub. Sukiasyan deyib ki, Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan, Qafan meşə təsərrüfatının və Zəngəzur biosfer kompleksinin əməkdaşlarının iştirak etdiyi azərbaycanlının axtarışı gecə boyu davam edib. "Mənə zəng edəndə artıq səhər idi, dedilər ki, tez gəl. Direktor Sasun Manukyan dedi ki, panikaya ehtiyac yoxdur, sadəcə meşə yollarında pusqu qurmaq lazımdır, azərbaycanlı burada haradasa, yaxınlıqdadırlar"- Ara Sukiasyan aravot.am- saytına bildirib. Onun sözlərindən belə aydın olub ki, qubernator hansı meşə yollarının və cığırlarının nəzarətə götürəcəklərini müəyyənləşdirib. Onlar isə axtarış üçün bir neçə istiqamətə ayrılıblar.

Ara Sukiasyan diş həkiminə getməli imiş və bunun üçün icazə alıb. Arvadının da şəxsi maşınını götürən meşəbəyi Qafana doğru istiqamət alıb: "Yola çıxdım, oradan bir kişinin keçdiyini gördüm. Həyat yoldaşımdan soruşdum ki, bəlkə bu elə o axtarılan azərbaycanlıdır? Arvadım dedi ki, bəlkə də... Maşını yavaşıtdım və onun arxasınca geri dönmək qərarına gəldim".

Meşəbəyinin sözlərinə görə, o, yolda azərbaycanlını iki maşının yanında görüb: "Onlara dedim ki, uşaqlar, bu adam azərbaycanlıdır. Onlar da soruşdular ki, sən haradan bilirsən? Telefonumda şəkli var idi. Açdım baxdıq, əmin olduq ki, axtarılan azərbaycanlıdır və dərhal əllərini kəndirlə bağladıq" Ara Sukiasyan bildirib ki, əvvəlcə azərbaycanlının haradan olduğunu soruşublar. O da cavab verib ki, farsdır. "Dedim, sən fars deyilsən və fotonu göstərdim. Bu sən deyilsənmi soruşdum? Ondan sonra dedi ki, "Azərbaycan, Azərbaycan..." Onun sözlərinə görə, əllərini bağladıqdan sonra əsgərimizin üst-başını axtarıblar. "Əlində silah yox idi, üstündə sadə otvyorka, bir neçə patron və dəftər var idi..."

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinin məsələsi barədə məlumatlıdır. BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, ailələr və müvafiq qurumlarla əlaqədədirlər: "Məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1828   Tarix: 16 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 168
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

05.11.2026 280
.

Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah

05.11.2026 241
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

05.11.2026 238
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 178
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 269
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 250
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

05.11.2026 237
.