Professordan sensasion faktlar: "Hazırda alimlərin əksəriyyəti ancaq cəmiyyətə və dövlətə ziyan vurur"

Professordan sensasion faktlar: "Hazırda alimlərin əksəriyyəti ancaq cəmiyyətə və dövlətə ziyan vurur"Azərbaycanda tədqiqatçıların sayı hər keçən il azalır. Bunu Dövlət Statistika Komitəsinin məlumatları sübut edir. Komitənin yaydığı rəqəmlərə əsasən, Azərbaycanda 2021-ci ildə bir milyon əhaliyə düşən tədqiqatçı sayı 834 nəfər olub. Öncəki illərdə də azalma qeydə alınıb.

Dövlət Komitəsinin əvvəlki illəri əhatə edən statistikasına diqqət edək:

2018-ci il - 956 nəfər;

2019-cu il - 871 nəfər;

2020-ci il - 849 nəfər.

Ölkəmizin elm sahəsindəki problemi yalnız tədqiqatçıların sayının az olması deyil. Tədqiqatçıların nüfuzu onların əsərlərinə, məqalələrinə edilən istinadların sayı ilə ölçülür. Bununla əlaqədar dünyada müxtəlif bazalar mövcuddur. Məsələn, "Scopus" və "Web of Science" bazalarındakı nəşrlər və onlara istinadlar bir ölkədə elmin əsas göstəricilərindən sayılır.

Beynəlxalq reytinq təşkilatları universitetlərin beynəlxalq reytinqlərini hesablayarkən əsas götürdükləri meyarlardan biri də bu sistemdəki nəşrlər və onlara istinadlardır. Dünyanın ən məşhur elmi-tədqiqat jurnallarında azərbaycanlı alimlərin adları çox az görünür.

Bəs Azərbaycanın elm sahəsindəki problemlərin kökündə nə dayanır?

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib ki, keyfiyyət nöqteyi-nəzərdən Azərbaycanda alim yox dərəcəsindədir:
"Akademik və professorlarımız yox dərəcəsindədir. Hansı biri özünü alim kimi aparır? Onlar dövlətə də, millətə də heç bir faydası olmayan alimlərdir. Yəni alimlərin çox olmasının mənası yoxdur. Mövcud üsulla, ənənə ilə yetişən alimlərin cəmiyyətimiz və dövlətimiz üçün xeyri yoxdur".

Professorun fikrincə, hazırda alimlərin əksəriyyəti ancaq cəmiyyətə və dövlətə ziyan vurur.

"Məsələn, bu yaxınlarda dissertasiya müdafiə edib, bütün mərhələlərdən keçmiş 412 nəfərin işinə imtina verilib. Bu, xalqı ələ salmaq, dövləti saymamaq, özbaşına hərəkət etməkdir. 412 nəfərə imtina verilib. Bəs yaxşı, burada məsuliyyət daşıyan heç bir elmi rəhbər, heç bir opponent yoxdurmu?

Elmlər doktoruna opponentlik edən şəxsə 814 manat birdəfəlik pul verilir. Elmlər doktorunun hər birinin dörd opponenti olur. Belə olan halda 412 nəfərin işindən imtina dövlətə ən azı bir milyon manat zərər deməkdir. Bu milyon manatı dövlət elmi müəssisəyə alim yetişdirməsi üçün ayırmışdı. Bəs elmi müəssisə niyə cəzalandırılmır? Buna baxan Elmi Şura, elmi rəhbər və ayrılan pulları yeyən opponentlər var. Belə çıxır ki, dövlətdən pulu alıb, sonra saymazyana deyirlər ki, biz istədiyimiz kimi edib, ziyanımızı vuracağıq. Deyirlər ki, daxildən ölkəni inkişaf etməyə qoymayacağıq, sizi aldadacağıq. Ən böyük ziyan alimlərdən gəlir", - deyə o vurğulayıb.

Professor qeyd edib ki, dünyanın hər bir inkişaf etmiş ölkəsi alim təbəqəsi ilə irəliləyib, alim təbəqəsi olmayan dövlət batıb:

"İnkişaf etmiş ölkələrin alim və ziyalı təbəqəsi ilə bizimkiləri müqayisə edin. Bizimkilər pul oğurlayıb, dövlətə kələk gəlirlər. 412 nəfərdən imtina olunur. Bir elmi rəhbərin səsi çıxmır. Elmi rəhbər həmin adama köməyinə görə yenə də pul alır. Get, müdafiə elə, de ki, siz düzgün qərar verməmisiniz. Gözükölgəli olduğuna görə bunu etmir. O dissertasiyanı orta məktəb imlalarını montaj edib veriblər. Pulu burdan alıblar, sonra digər instansiyada Ali Attestasiya Komissiyasında şəbəkəyə müəyyən məbləğ ödəyib, diplomlarını alıblar. Həqiqətən, dövlətə canı yanan oğlanlar və qızlar varsa, kömək etsinlər, kitabxanalarda yatan dissertasiyaları araşdıraq, hər şey gün kimi aydın olacaq. Bizə akademizmdən nə qədər xəyanət edilir".

İ.Abbasov xaricdə yazılan elmi məqalələrdə azərbaycanlı alimlərə istinadın yox dərəcəsində olduğunu söyləyib:

"Xaricdə yazılan məqalələrdə azərbaycanlı alimlərə istinad yox dərəcəsindədir. Çünki elm birinci ölkə daxilində inkişaf edir. Ölkə daxilində sənin nəşr etdiyin jurnallarda keyfiyyət yoxdursa, xaricə pul daşımağın faydası yoxdur. Xaricdə müəyyən şirkətlər, hüquqi və fiziki şəxslər fəaliyyət göstərirlər. Öz iqamətgahını Almaniyada, İspaniyada, Fransada qururlar. Bu da çox gözəl səslənir, ekzotika yaradır. Orada elan edirlər ki, "bu jurnal filan-filan xülasələndirmə və indekslərə malikdir, məqalə göndərin".

Bizim kimi üçüncü dünya ölkələri, eyni zamanda, Afrika və Orta Asiya ölkələrində elmin inkişafının aşağı olması və maliyyə maxinasiyalarının baş verməsi səbəbindən onlar aldanırlar. Daxili auditoriyanı aldatmaq üçün həmin məcmuələrə məqalə verirlər. Həmin ölkələrin jurnal təsisatçıları isə bizə gülürlər. Deyirlər ki, "bu avamlardan, bədbəxtlərdən pul qoparırıq, bunlar da elə bilirlər ki, alimdirlər". Yəni onlara bizim yazımız yox, pulumuz lazımdır. Nyu-York Akademiyasının üzvü olan alimlər var. Azərbaycanın pulunu ora tökürlər. Səni, məni aldadırlar. Akademik kimi sən nə etmisən, hansı uğurlara imza atmısan. Sənin hansısa fəaliyyətin xalqın ən azı mənəvi vəziyyətinin yaxşılaşmasına töhfə veribmi? Əlbəttə, yox. Alimimiz içdən yeyir, dağıdır. Bu ənənə davam edir. Ciddi müdaxilə olmur".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1000   Tarix: 16 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 741
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12.11.2026 171
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

09.11.2026 267
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

10.11.2026 1109
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 617
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11.11.2026 435
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

08.11.2026 318
.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

09.11.2026 352
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

08.11.2026 338
.