Hantavirus daha da yayıla bilər - ÜST-dən həyəcanverici XƏBƏRDARLIQ

Hantavirus daha da yayıla bilər - ÜST-dən həyəcanverici XƏBƏRDARLIQÜmumdünya Səhiyyə Təşkilatı MV Hondius kruiz gəmisində baş verən ölümcül hantavirus yayılmasından sonra ölkələri mümkün yeni yoluxmalara hazır olmağa çağırıb. Təşkilat bildirir ki, virusun inkubasiya dövrünün uzun olması səbəbindən qarşıdakı həftələrdə əlavə halların aşkarlanması mümkündür.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Madriddə keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda daha böyük miqyaslı epidemiyanın başladığını göstərən əlamətlər yoxdur. Bununla belə, vəziyyətin dəyişə biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, virusun inkubasiya müddəti altı-səkkiz həftəyə qədər davam edə bilər və buna görə də yeni yoluxmalar sonradan üzə çıxa bilər.

ÜST xüsusilə yüksək risk qrupuna daxil olan şəxslərin ciddi nəzarətdə saxlanılmasını tövsiyə edib. Təşkilat mümkün təmasda olmuş şəxslər üçün 42 günlük karantin və daimi müşahidə aparılmasını məsləhət görür.

Fransız sərnişinin vəziyyəti ağırdır

Narahatlıq 65 yaşlı fransız qadının vəziyyətinin ağırlaşmasından sonra daha da artıb. MV Hondius gəmisində yoluxduğu bildirilən qadında ağır ürək-ağciyər çatışmazlığı inkişaf edib və o, reanimasiya şöbəsinə yerləşdirilib.

Həkim Ksavye Leskür bildirib ki, pasiyentin əlavə sağlamlıq problemləri də var. Hazırda qadın süni tənəffüs və qan dövranını dəstəkləyən cihazlara qoşulub.

MV Hondius gəmisində nə baş verib?

MV Hondius Argentinadan Kabo-Verde istiqamətində hərəkət edirdi. Gəmidə baş verən yoluxma nəticəsində Niderlanddan olan ər-arvad və Almaniya vətəndaşı həyatını itirib.

ÜST indiyədək hantavirusun And variantı ilə bağlı doqquz yoluxma halını təsdiqləyib. Yoluxanlar arasında ABŞ və Fransa vətəndaşları da var.

İspaniya Səhiyyə Nazirliyi isə karantinə yerləşdirilmiş 14 ispaniyalı arasında bir nəfərdə virusun təsdiqləndiyini açıqlayıb. Həmin şəxsdə yüngül tənəffüs simptomları və aşağı hərarət müşahidə edilsə də, vəziyyətinin stabil olduğu bildirilib.

Yeni yoluxmalar niyə gözlənilir?

Tedros Adhanom Qebreyesus qeyd edib ki, gəmidə ilk yoluxma halı hələ aprelin 6-da qeydə alınıb və bu müddətdə sərnişinlər arasında çoxsaylı yaxın təmaslar olub.

Hantavirus adətən vəhşi gəmiricilər vasitəsilə yayılır. Lakin And ştammı nadir hallarda insandan insana da keçə bilir. Mütəxəssislərin sözlərinə görə, bu variant yüksək ölüm riski ilə seçilir və bəzi hallarda ölüm göstəricisi 20-40 faiz arasında dəyişir.

Bununla yanaşı, ÜST hazırda COVID-19 miqyaslı yeni pandemiya təhlükəsinin olmadığını vurğulayır. Təşkilat bildirir ki, ölkələr koronavirus dövründən sonra hazırlanmış xüsusi protokollar əsasında təmasda olan şəxsləri izləyir və vəziyyətə nəzarət edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 594   Tarix: 13 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sonsuzluğun əsas səbəbləri açıqlanıb: "Qadınlar daha gec ailə qururlar"

"Müasir dövrdə sonsuzluğun artmasının səbəbləri daha çox iki əsas faktorla əlaqələndirilir. Birinci səbəb qadınların sosial həyatda daha aktiv iştirak etməsidir. Çünki hazırda evlilik yaşı əvvəlki illərlə müqayisədə 5-10 il irəliləyib. Artıq qadınlar daha çox 30 yaşdan sonra ailə qururlar"

11:46 206
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

14:14 284
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

17:45 55
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

18:15 1
.

"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"

"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona

13:26 148
.

Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma

14:05 167
.

"Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü

Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu

17:12 93
.

"Hərənin arxasında, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim

17:39 75
.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 205
.