Boşqabdakı zəhər - Dünyanın ən təhlükəli qidaları

Boşqabdakı zəhər - Dünyanın ən təhlükəli qidalarıXırtıldayan qabığı və cəlbedici dadı səbəbindən həm uşaqların, həm də böyüklərin sevimli yeməklərindən sayılan kartof fri kafe və fastfud restoranlarında geniş şəkildə təqdim olunur, həmçinin ev şəraitində də hazırlanır. Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu məhsulun müntəzəm istifadəsi sağlamlığa ciddi zərər verə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əsas təhlükə yalnız çox miqdarda bitki yağında deyil. Kartof yüksək temperaturda qızardıldığı zaman akrilamid adlı maddə yaranır.

Alimlər hesab edir ki, bu maddənin orqanizmdə həddindən artıq toplanması sinir sisteminə mənfi təsir göstərə və ciddi xəstəliklərin yaranma riskini artıra bilər.

Kartof fri həmçinin çoxlu yağ, duz və sürətli karbohidrat ehtiva etdiyindən olduqca kalorili qida hesab olunur. Bu cür qidaların tez-tez qəbul edilməsi piylənmə, ürək-damar problemləri, yüksək qan təzyiqi və maddələr mübadiləsinin pozulması ilə nəticələnə bilər.

Həkimlər fastfud restoranlarında istifadə olunan yağların dəfələrlə qızdırılmasının vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Təkrar istifadə olunan yağlarda zərərli birləşmələr əmələ gəlir və bu da məhsulun keyfiyyətini aşağı salır.

Bu səbəbdən ev şəraitində sobada az miqdarda yağla bişirilən kartof daha təhlükəsiz alternativ hesab edilir. Bundan başqa, qril tərəvəzlər və yağın içində tam qızardılmadan hazırlanan ev kartofları da daha faydalı seçimlər arasında göstərilir.

Mütəxəssislər kartofun həddindən artıq qızardılıb tünd qəhvəyi rəng almasının qarşısını almağı tövsiyə edirlər. Çünki ən çox zərərli maddə məhz yanmış və çox qızarmış qabıq hissəsində toplanır. Həmçinin təzə yağdan istifadə etmək və yağı həddindən artıq qızdırmamaq vacib sayılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 706   Tarix: 13 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sonsuzluğun əsas səbəbləri açıqlanıb: "Qadınlar daha gec ailə qururlar"

"Müasir dövrdə sonsuzluğun artmasının səbəbləri daha çox iki əsas faktorla əlaqələndirilir. Birinci səbəb qadınların sosial həyatda daha aktiv iştirak etməsidir. Çünki hazırda evlilik yaşı əvvəlki illərlə müqayisədə 5-10 il irəliləyib. Artıq qadınlar daha çox 30 yaşdan sonra ailə qururlar"

11:46 206
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

14:14 284
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

17:45 55
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

18:15 1
.

"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"

"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona

13:26 148
.

Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma

14:05 167
.

"Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü

Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu

17:12 93
.

"Hərənin arxasında, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim

17:39 75
.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 205
.