"Togg"dan istifadə edən türkiyəli nazir: "Kifayət qədər rahat və təhlükəsizdir"
"Togg" avtomobili kifayət rahat və təhlükəsizdir".
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu "TGRT Haber"in efirində deyib.
O bildirib ki, "Togg"dan istifadə etmək insana zövq verir:
"Bu gün də studiyanıza bu avtomobillə gəldim".
Nazir yerli istehsal avtomobildən həvəslə istifadə etdiyini söyləyib.
Qeyd edək ki, "Togg" Türkiyənin ilk yerli elektromobilidir.
"Togg"un istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Bundan bir il sonra qonşu ölkənin beş aparıcı şirkəti - "Anadolu Group" (19 %), "BMC" (19%), "Root Group" (19%), "Turkcell" (19%), "Zorlu Holding" (19%) və "TOBB" (5%) - bir araya gələrək elektromobilin istehsalına başlamaq üçün birgə müəssisə yaradıb. İki ildən sonra isə Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda dəyəri 22 milyard lirə və yaxud 1 milyard ABŞ dollarından çox olan zavodun inşasına başlanılıb. Tikintisində 9 700 nəfərin iştirak etdiyi müəssisə 2022-ci ildə istismara verilib və ötən il oktyabrın 29-dan burada "Togg"un kütləvi istehsalına başlanılıb.
Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobil istehsal olunması nəzərdə tutulub. Bu isə 4 300 nəfərin işlə təmin olunması deməkdir. 2030-cu ilə qədər isə illik istehsal gücü bir milyon ədədi keçəcək.
Artıq "Togg"un satışına start verilib. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın sözlərinə görə, vətəndaşların 95%-i yerli elektromobili bəyənir. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikli avtomobillərlə rəqabət aparacaq.
Bu il martın əvvəlindən "Togg"un T10X modeli üçün ilkin sifariş prosesinə başlanılıb. İlk saatlardan model üçün 22 150 sifariş qəbul olunub.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 566 Tarix: 15 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
05.11.2026 168 Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı
Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin
05.11.2026 280 Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah
05.11.2026 241 Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 206 iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?
Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə
05.11.2026 238 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 178 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
05.11.2026 269 Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
05.11.2026 250 Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
05.11.2026 237