Məşhur milyarderi qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs edildi
"Cash App" texnologiya şirkətinin qurucusu və "Square" İT şirkətinin keçmiş rəhbəri, məşhur milyarder Bob Linin qətlində şübhəli bilinən şəxs həbs edilib.
Bu barədə "Engadget" nəşri məlumat verib.
San-Fransisko polisi şübhəlinin Emerivilldə yerləşən "Expand IT" firmasının sahibi Nima Momeni olduğunu təsdiqləyib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Momeni və Li bir-birini tanıyırdılar, qətl isə soyğunçuluq məqsədilə və ya təsadüfi olmayıb.
Məlumata görə, Li Momeniyə məxsus avtomobildə olub. İddia olunur ki, onlar arasında münaqişə hələ avtomobilin içində olarkən başlayıb və San-Fransisko küçələrində davam edib.
Nəşr qeyd edir ki, İT şirkətlərinin top-menecerlərinin qətli çox nadir hallarda baş verir.
"Yüksək texnologiya sənayesində şəxsi çəkişmələr, şübhəsiz ki, baş verir, lakin nadir hallarda zorakılığa çevrilir", - deyə jurnalistlər fikirlərini bildiriblər.
Xatırladaq ki, "Cash App" şirkətinin qurucusu Bob Li aprelin 4-də San-Fransiskoda 43 yaşında bıçaqla qətlə yetirilib. Təcili yardım iş adamını xəstəxanaya çatdıra bilsə də, Li aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, Bob Li ABŞ İT sahəsində nüfuzlu şəxs sayılırdı. O, "Cash App" və "Square" ilə yanaşı "Java" proqramçısı və "Android" mobil əməliyyat sisteminin keçmiş tərtibatçısı kimi tanınırdı.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 625 Tarix: 15 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMoskva səmasında mülki PUA-ların və yüngül təyyarələrin uçuşu məhdudlaşdırılır
İyunun 20-dən etibarən Moskva şəhəri və ətraf bir neçə vilayətin üzərində yüngül və çox yüngül təyyarələrin, həmçinin mülki pilotsuz uçuş aparatlarının (PUA) 5200 metrədək hündürlükdə uçuşlarına məhdudiyyət qoyulacaq. Bizim.Media xəbər verir ki, bu barədə "Rosaviasiya" (Rusiya Federal Hav
17.06.2026 118 Niyə təkcə fenomen olmaq uğur üçün kifayət etmir?
"Yalnız "YouTube və sosial media vasitəsilə pul qazanacağam" düşüncəsi üzərində karyera qurmaq riskli yanaşma hesab olunur. Bu sahədə uğur qazanan insanlar olsa da, onların sayı ümumi istifadəçilərlə müqayisədə olduqca azdır. Sosial mediada əldə olunan gəlirin davamlı və sabit olması is
17.06.2026 225 "Məni ayaqda saxlayan budur"
"Sevgi… Hər kəs bu müqəddəs hissi öz dünyasına, ürəyinə görə anlayır. Kimi üçün bir xoş söz, bir xoş dua sevgidir, kimi üçün isə maraq və mənfəət. Amma mənim üçün sevgi Allahın hər kəsə nəsib etmədiyi ən qiymətli nemətlərdən biridir". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqız
17.06.2026 185 İlon Maskın sərvəti 180-dən çox ölkənin dövlət büdcəsindən böyükdür
"Forbes" jurnalının məlumatına görə, amerikalı sahibkar İlon Maskın sərvəti 1,4 trilyon dollar həddini keçib. xəbər verir ki, bu göstərici onu təkcə dünyanın ən varlı şəxsi deyil, həm də maliyyə imkanları baxımından bir çox dövlətlə müqayisə oluna biləcək səviyyəyə yüksəldib. Müqayisələr göstəri
17.06.2026 137 İran artıq ABŞ-dən qorxmur və nüvə danışıqlarına qayıdır - "WSJ"
İran rəhbərliyi nüvə proqramı ilə bağlı danışıqlara qayıtmağa hazırlaşır, lakin artıq rəsmi Tehran son dövrlər "yaşadığı sınaqlardan" sonra Amerika Birləşmiş Ştatlarının addımlarından daha az ehtiyat edir. Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzet
17.06.2026 168 "ColorStorm"un Abşeron Ticarət Mərkəzində böyük mağaza və "showroom" açılışı oldu
Dekorativ boya və interyer həlləri sahəsində fəaliyyət göstərən "ColorStorm" şirkətinin Abşeron Ticarət Mərkəzində yerləşən yeni böyük mağaza və "showroom"unun açılışı uğurla baş tutub. BİG.AZ xəbər verir ki, yeni "showroom" müştərilərə dekorativ boya və örtükləri real səthlə
17.06.2026 182 Mark Rütte: Rusiya Ukrayna ilə atəşkəs barədə danışıqlara hazır deyil
Ukraynada müharibənin başa çatması üçün hər iki tərəfin danışıqlara hazır olması lazımıdr, lakin Moskva tərəfindən hələ ki belə bir hazırlıq yoxdur. "Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərini
17.06.2026 131 İran Rusiyadan yeni helikopterlər alır
"Rossiyskiye Vertolyotı" (Rusiya Helikopterləri" - "Rostex"in bir hissəsi) İranın Qızıl Aypara Cəmiyyətinə 21 "Mi-171" helikopterinin çatdırılması üçün sənədlər imzalayıb. "Yeni Sabah" xəbər verir ki, ilk partiya 2027-ci ildə sifarişçiyə çatdırılmalıdır. "Mi-171"
17.06.2026 109 "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ev dustaqlığına buraxılmayıb
Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Prosesd
17.06.2026 220