Astarada "Qırmızı kitab"a daxil olan bitkilərin kəsilməsi halları aşkarlanıb

Astarada "Qırmızı kitab"a daxil olan bitkilərin kəsilməsi halları aşkarlanıbPolis əməkdaşları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması istiqamətində Astara rayonu ərazisində keçirilən növbəti tədbirlər zamanı "Qırmızı kitab"a daxil olan bitkilərin kəsilərək daşınması və yerin təkindən qanunsuz istifadə halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı Cəlilabad rayon sakini E.Əliyevin idarə etdiyi "Ford Transit" markalı avtomobil saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerinə keçirilən baxış zamanı oradan "Qırmızı kitab"da "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aid olan 16 min 800 ədəd budaqlı danaya bitkilərinin budaqları aşkarlanıb. Həmin fakt üzrə təbiətə 4 200 manat ziyan vurulduğu müəyyən edilib. Bundan əlavə, Astara rayonu ərazisində saxlanılan "QAZ-66" markalı avtomobilin yük yerindən isə qanunsuz olaraq kəsilmiş müxtəlif növ ağacların qalıqları aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl və qarışıq süxurların daşınmasının hallarına qarşı keçirdikləri ardıcıl yoxlama-nəzarət tədbirləri nəticəsində isə təkcə son bir həftə ərzində 15 fakt aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 587   Tarix: 15 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 168
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

05.11.2026 280
.

Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah

05.11.2026 241
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 206
.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

05.11.2026 238
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 178
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 269
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

05.11.2026 250
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

05.11.2026 237
.