"Televiziya cəmiyyətin əxlaqının pozulmasında rol oynayır"

"Televiziya cəmiyyətin əxlaqının pozulmasında rol oynayır""Bu gün televiziya kanallarında əyləndirmə mexanizmləri var, amma klassikanın ictimailləşməsi, klassikanın bizim milli dəyərimizə çevrilməsi baxımından müəyyən boşluqlar var".

BiG.AZ "report"a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov komitənin aprelin 14-də keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

"Hesab edirəm ki, Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslər sırasında yer alan AMEA-nın Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli bu sahəyə öz töhfəsini vermiş olacaq", - o vurğulayıb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı isə söyləyib ki, bu gün bəzən televiziya kanalları cəmiyyətin dağılması, parçalanması, milli əxlaqın, dəyərlərin sıradan çıxmasında mənfi rol oyanır.

O bildirib ki, televiziyalar müəyyən qədər ölkənin rəsmi və ideoloji sisteminin keşiyində dayanmağa çalışsalar da, efirdə şou proqramlar üstünlük təşkil edir və bu da narahatlıq doğurur:

"Televiziya vaxtilə cəmiyyətin inkişafında nə qədər rol oynayıbsa, hazırda cəmiyyətin əxlaqının pozulmasında, milli-mənəvi dəyərlərin dağılmasında o qədər rol oynayır. Bu baxımdan İTV özünü nisbətən qoruya bilir".

S.Rüstəmxanlı eyni zamanda bir çox təşkilatlarda ictimai şuraların yaratmaq dəbindən də danışıb:

"Amma təəssüf ki, bunun çoxu söz olaraq qalır. Yəni ictimai şuranın rəyi ya nəzərə alınmır, ya da rəyləri əsassız olduğundan fikir verilmir. İctimai şuraların nə üçün yaradılması məsələsi parlament səviyyəsində müzakirə olunmalıdır. İTV-nin Yayım Şurasına seçiləcək namizədlər rəylərinin diqqətə alınması məsələsinə önəm verməlidirlər. Müəyyən verilişlərlə bağlı fikirləri olduğu təqdirdə televiziya rəhbərlərinə qəbul etdirməyə çalışmalıdırlar".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva S.Rüstəmxanlıya cavab olaraq bildirib ki, yayım şurası ictimai şuradan fərqlənən qurumdur:

"Çünki yayım şurasının səlahiyyət və statusları da üstündür. Çünki yayım şurasının üzvlərini Milli Məclis təsdiq edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 691   Tarix: 14 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 327
.

Dişləri fırçalayanda bu üç səhvi etməyin

Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri

05.11.2026 238
.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 233
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

05.11.2026 221
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 269
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

05.11.2026 224
.

60 yaşdan sonra dostların sayı niyə azalır?

Yaş artdıqca dost çevrəsinin kiçilməsi həmişə ünsiyyət qurmaqda çətinlik çəkməklə bağlı olmur. Uzun illər başqalarının qayğısına qalmaq, emosional yorğunluq və daha mənalı münasibətlərə üstünlük vermək də buna səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 60 yaşdan sonra bəz

05.11.2026 219
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

05.11.2026 237
.

Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah

05.11.2026 241
.