Ermənistanda əsir götürülmüş Azərbaycan hərbçisinə zorakılıqla bağlı beynəlxalq təşkilatlar məlumatlandırıldı
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı törədilən işgəncə ilə bağlı məlumat yayıb.
XİN-nin yaydığı məlumatda deyilir:
"Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.
Ermənistan tərəfindən etnik zəmində zorakılığın növbəti nümunəsi olan sözügedən vəziyyət ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar müvafiq olaraq məlumatlandırılıblar.
Ermənistan tərəfindən əsirlərə qarşı nümayiş etdirilən sözügedən zorakılıq 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.
Aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı və lazımi qiymət verməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 868 Tarix: 13 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlla Puqaçova brendini itirdi
Rusiyanın Xalq artisti Alla Puqaçova uzun illər sahib olduğu "Baronessa fon Orbah" əmtəə nişanını itirib. Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, avqustun 2-də brendin qeydiyyat müddəti başa çatıb. Sənətçi 22 min rubl (təxminən 472 manat
03.08.2026 229 Həyat çətinləşəndə cəsur insanlar nə edirlər? - Kraliçanın II Elizabetin sözləri
Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin cəsarət və dözümlülüklə bağlı ona aid edilən fikirlər yenidən geniş maraq doğurub. Bir çoxları bu sözləri həyatın ən ağır anlarında belə ümidini itirməməyə çağıran universal mesaj kimi qiymətləndirir. Qaynarinfo xəbər verir ki, "Times of India"
03.08.2026 1 Üzən məzənnəyə keçid üçün Azərbaycan hazırdırmı?
"Azərbaycanda üzən məzənnəyə tam keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının quruluşu, neft-qaz gəlirlərindən asılılıq, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu sistemdə Mərkəzi Bank zəruri hallard
03.08.2026 225 Klub tarixinin ən gənc oyunçusu "Mançester Yunayted"də debüt etdi: ümumi soyunma otağına buraxılmadı
Cey-Cey Qabrielin "Mançester Yunayted"də debütü mövsümöncəsi "Atletiko"ya qarşı oyunda baş tutub. -ın xarici mediaya istinadla xəbərinə görə, rəsmi oyun olmasa da, gənc hücumçu klub tarixinə düşüb: 15 yaş 299 günlüyündə "Qırmızı şeytanlar"ın əsas komandasında oynayan ə
03.08.2026 177 Əmək müqaviləsinə dəyişiklik: İşçilərin bilməli olduğu hüquqlar
"Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa
03.08.2026 260 38° isti olacaq
Avqustun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26 isti, gündüz 31-3
03.08.2026 198 Qırmızı dənizdə gərginlik artır: Ər-Riyad hərbi əməliyyata hazırlaşır
"Guardian" nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Bildirilir ki, əməliyyat təkcə hava və dəniz zərbələrini deyil, həm də Yəmənin mərkəzi hissəsində quru hücumunu əhatə edə bilər. Məlumata əsasən, Ər-Riyad bu addımı Qırmız
03.08.2026 193 Tanış olmaq adı ilə kişini soydu - BAKIDA KURYOZ OĞURLUQ
Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. xəbər verir ki, zərərçəkən polisə müraciət edərək içərisində 900 manat, bank kartları və şəxsi sənədləri olan pul kisəsinin talandığını bildirib. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən, əvvəllər analoji cinayətə görə məhku
03.08.2026 119 İbrahim Tatlısəs övladlığa götürdüyü qızını evləndirir: Toy tarixi AÇIQLANDI
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses bu dəfə şəxsi həyatındakı xoş hadisə ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin Bodrumdakı evində mənəvi qızı Didem Carusunun elçilik mərasimi keçirilib. O, sadə və səmimi mərasimdə Didemi iş adamı Orkan Çömlekçiyə verib. Ail
03.08.2026 112