Restoranların "əl yandıran" iftar menyuları - İnsaf dinin yarısıdır…

Restoranların "əl yandıran" iftar menyuları - İnsaf dinin yarısıdır…Bakıda fəaliyyət göstərən bəzi restoranların təklif etdiyi iftar menyuları əl yandırır. Müşahidələr göstərir ki, "Ramazan kampaniyası" adı altında müştəri cəlb etməyə çalışan bir çox restoranların qiymətləri həddindən artıq bahadır və müştərilərin haqlı narazılığına səbəb olur.

Modern.az mövzunun aktuallığını nəzərə alaraq, iftar menyusu təklif edən restoranlardakı qiymətlərlə maraqlanıb.

Məsələn, Bakının Səbail rayonunda yerləşən restoranlardan birində iftar menyusu 1 nəfər üçün orta hesabla 45 manatdır. 4 nəfərlik ailə iftar etmək istəsə, minimum 180 manat ödəməlidir.

Bakının məşhur restoranlarından olan "Özsüt"də iftar menyusu bir nəfər üçün 29-35 manat arasında dəyişir. "QoçƏt" restoranlarında isə iftar menyusu 35 manata təklif edilir. Menyulara isti yeməklər, şorba, salat, müxtəlif məzə, meyvə şirəsi, çay və şirniyyat daxildir. Digər restoanlarda da qiymətlər təxminən eynidir, lakin bəzi iaşə obyektində isə bir nəfərin iftar açması üçün 80-90 manat tələb olunur. Buna nümunə olaraq "Günaydın" restoranını göstərə bilərik. Adıçəkilən restoranda bir nəfərin iftar menyusu 85 manatdır. Birmənalı qarşılanmayan təklif restoranın sosial media hesablarında yerləşdirilib.

Məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov vurğulayıb ki, süni qiymət artımı bazarın bütün seqmentlərində görülür:

"Hər gün Azad İstehlakçılar Birliyinə 6-7 zəng gəlir. Məhsulun taxçadakı qiyməti ilə çıxışdakı qiyməti fərqlənir. Çıxışdakı qiymət baha olur. Dünən bir şikayətçi zəng vurmuşdu. Mən bu zəngə görə, Nizami rayonu 129-da yerləşən "Qrandmart"a getdim. İstehlakçının dediyi malı aldım, şəklini çəkdim. Məhsulun taxçadakı qiyməti 5 manat 19 qəpik idi. Çıxışda isə məndən 5 manat 89 qəpik aldılar. Kassa çekini saxlamışam. Bu yaxınlarda İqtisadiyyat Nazirliyinə müraciət edəcəyəm. Eləcə də Ramazan süfrələri 90 faiz təhrif olunur. Vəziyyət niyə belədir? Hökumət elə bir iş aparıb ki, biznes qurumlarının təhlükəsiz obrazı yaranıb. Biznes qurumundan məmurun rüşvət alması birmənalı olaraq sonlanıb. Biz də onun tərəfdarıyıq ki, heç kim biznes qurumundan rüşvət almasın. Çünki həmin vəsait istehlakçıdan çıxır. Bu səfər biznes qurumları özləri bir-birinə problem yaradır".

Restoranların "əl yandıran" iftar menyuları - İnsaf dinin yarısıdır…Birlik sədri qeyd edib ki, hazırda biznes qurumları vəziyyətdən sui-istifadə edir:

"Məndə məlumat var ki, şəbəkələrdən biri istehsalçılardan mal alıb, pulunu vermir. Mal gətirənlər səsini çıxara bilmirlər. Qorxurlar ki, şəbəkədən çıxarlar. Bu kimi bir neçə amil var. Hansı ki, başqa ölkələrdə, o cümlədən, Türkiyədə və dəgir ölkələrdə Nazirlər Kabinetinin qaydaları var. Həmin qaydalar bu işləri tənzimləyir. Demək istəyirəm ki, əslində hökumətin iqtisadi siyasətini biznes qurumları sabotaj edib. Onlar toxunulmazlıqdan istifadə edir və ağıllarına gələn qiyməti tərtib edirlər. İnsanlar bir restorana girib, belə halla qarşılaşdıqda bəzən məcburən vəziyyətlə uyğunlaşır. Qonaqla restorana gedəndə məcbur oturmalı olurlar. Vəziyyətdən sui-istifadə edirlər. Mən sizin saytınız vasitəsilə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarında Dövlət Nəzarəti Xidmətinə müraciət edərək, bu qurumu ciddi monitorinqlər aparmağa çağırıram. İctimai təşkilatların iştirakı ilə şəffaf monitorinqlər aparılsın. Məlumdur ki, biznes qurumlarının qoyduğu qiymətə müdaxilə etmək olmaz. Lakin biznes obyektləri vəziyyətdən sui-istifadə etməli deyillər. Onların biznes etikası olmalıdır. Çox təəssüf ki, müqəddəs Ramazan ayında sui-istifadə hallarına rast gəlirik. Dükanlarla, şəbəkələrlə bağlı qiymətə təsir edən, başqa amillər də var. Mal gətirənə pulun qaytarılması ilə bağlı müəyyən qaydalar olmalıdır. Lakin Nazirlər Kabinetinin bununla bağlı qaydası yoxdur".

İlahiyyatçı Hacı Surxay isə deyir ki, Ramazanda insanlara müəyyən qədər güzəştlər edilməlidir:

"Ramazan ayı rəhmət və bağışlanma ayıdır. Bu ayda insanlar bir-birilərinə yardım etməlidir. İnsanlar öz pullarından Allah yolunda xərcləməlidir. Ehtiyacı olan insanlar qida ilə təmin olunmalıdır. Bu, Ramazanın əsas tələblərindən biridir. Ramazan ayının əvvəli rəhmət, ortası bağışlanma, sonu cəhənnəmdən xilas olmaqdır. Bütün bu yaxşılıqların kökündə insani dəyərlər dayanır. Ramazan ayında restoranlarda baha qiymətlər tətbiq olunursa, insanlar öz ciblərinə uyğun seçim etməlidir. Varlı insan ola bilər ki, restoranda iftar süfrəsi açsın. Əlbəttə, restoranda da, bazarda da qiymətlərdə güzəştlər edilməlidir. İnsanların rəğbətini qazanmaq lazımdır. Qiymətləri bahalaşdırmaqdansa, savab qazanmaq olar. Amma düşünürəm ki, hər kəs öz cibinə uyğun davranmalıdır".

Restoranların "əl yandıran" iftar menyuları - İnsaf dinin yarısıdır…İlahiyyatçı bildirib ki, Ramazan ayında qiymət məsələsinə həssas yanaşmaq lazımdır: "İftar menyusuna bu qədər pul verməkdənsə, kasıbları qida ilə təmin eləsən, daha yaxşı olar. Hədislərdə qeyd olunur ki, "Allah yolunda bir xurma verənə, o xurma cənnət yolu açar".

Hər bir insan Allah yolunda nəsə etmək istəyirsə, birinci ehtiyacı olanların qarnını doyurmalıdır. Allah rəsulu buyurur ki, "özü tox olub, qonşusu ac olan məndən deyil". Ramazan ayı bərabərlik ayıdır. Kasıbla varlının bərabərliyidir. Hər insan oruc tutmaqla acların, susuzların qeydinə qalır və onu hiss edir. Əgər insan zəngindirsə, çoxlu süfrələr açsın, kasıbları çağırıb, onları doyursun. Belə süfrələrin başında ehtiyacı olan insanlar olmalıdır. Mənim düşüncəm belədir ki, açılan süfrəyə ehtiyacı olan insanları dəvət etmək lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1411   Tarix: 12 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

TOP MP3