Azərbaycanda ana ölümü niyə azalmır? - Həkim xətası, yoxsa...

Azərbaycanda ana ölümü niyə azalmır? - Həkim xətası, yoxsa...Rəşad Sultan: "Ana ölümlərinin çoxu bölgələrdə, rayonlarda baş verir, çünki..."

Azərbaycanda daha bir ana ölümü qeydə alınıb. Bu dəfə Lənkəranda. Belə ki, Lənkəran rayonunun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva aprelin 7-də gecə saatlarında qanaxma ilə Lənkəran Perinatal Mərkəzə çatdırılıb və təcili əməliyyat olunub.

Keysəriyyə əməliyyatı zamanı 8 aylıq olan uşaq götürülüb. Lakin 28 yaşlı Gülnarın həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, G.Fərzəliyeva Liman şəhərinə gəlin köçüb. Onun 9 yaşlı bir oğlu var və bu, ananın ikinci hamiləliyi olub. Hazırda 8 aylıq körpə küməcdə saxlanılır. Belə faciəvi hallardan qaçmaq niyə mümkün olmur? Bu daha çox səhiyyəmizin səviyyəsi ilə bağlıdır, yoxsa gənc qadınların səhlənkarlığı ilə? Dünya ölkələrindəki göstəricilərlə müqayisədə vəziyyət necədir?

Qeyd etmək yerinə düşər ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) builki hesabatında bildirilir ki, dünyada hər iki dəqiqədən bir qadın doğuş zamanı və ya hamiləlik zamanı ölür, bu rəqəmlər 2015-ci ildən dəyişməyib, bəzi regionlarda isə daha da pisləşib. ""Ana ölümü meylləri" hesabatı son illərdə qadınların səhhətində narahatlıq doğuran tendensiyaları ortaya qoyur, çünki ana ölümü dünyanın demək olar, hər bir regionunda ya artıb, ya da durğunlaşıb", - sənəddə vurğulanır. 2000-ci ildən 2020-ci ilə qədər milli, regional və qlobal səviyyədə ana ölümünü izləyən hesabat 2020-ci ildə dünyada təxminən 287 min, 2016-cı ildə isə təxminən 309 min ana ölümü olduğunu göstərir. Təşkilat qeyd edib ki, 2016-cı ildən 2020-ci ilə qədər BMT-nin səkkiz regionundan ikisində - Avropa və Şimali Amerikada (17%), Latın Amerikası və Karib hövzəsində (15%) ana ölüm nisbəti artıb. BMT-nin məlumatına görə, 2020-ci ildə bütün ana ölümlərinin təxminən 70%-i Afrikanın Saxara səhrasından cənuba doğru ölkələrində baş verib. Ölümün əsas səbəbləri kimi güclü qanaxma, yüksək qan təzyiqi, hamiləliklə bağlı infeksiyalar, təhlükəli abortdan yaranan fəsadlar və hamiləlik zamanı ağırlaşa bilən əlavə xəstəliklər (HİV/QİÇS və malyariya) göstərilib. ÜST dünya ictimaiyyətini ana ölümünü azaltmaq üçün qlobal hədəflərə doğru irəliləyişi sürətləndirməyə çağırır, çünki 2030-cu ilə qədər bir milyondan çox qadının öləcəyi proqnozlaşdırılır.

Azərbaycanda bu sahədə problemlərin olması ilə bağlı ötən ilin yekunu olaraq səhiyyə qurumları da narahatlıqlarını ifadə ediblər. 2022-ci ilin 11 ayı ərzində respublikada doğuşayardım xidmətinin vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyində TƏBİB-in nümayəndələrinin iştirakı ilə müştərək kollegiya iclası keçirilib. Tədbirdə dövlət və özəl doğuşayardım tibb müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak ediblər. Qeyd edilib ki, səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri olan ölkəmizdə icbari tibbi siğorta tətbiq edilməsinə baxmayaraq, Səhiyyə Nazirliyinın mütəxəssisləri tərəfindən baş vermiş ana ölümlərinin təhlilləri nəticəsində doğuşayardım xidməti sahəsində bir sıra nöqsan və çatışmazlıqların olduğu müəyyən edilib. İclasın yekununda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün zəruri olan texniki tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Mama-ginekoloq Rəşad Sultan mövzu ilə bağlı "Yeni Müsavat"a bu sahədə olan problemlərdən danışıb:

"Konkret Lənkəranda baş verən hadisə ilə bağlı, bilmədiyim xəstə haqqında danışmaq düzgün olmaz. Bilmirik, xəstə hansı diaqnozla yatıb, qanaxmanın səbəbi nədir. Doğrudan da qanaxmadan vəfat edib, bunları bilmirik. Ümumiyyətlə isə ana ölümlərinin bir nömrəli səbəbi elə qanaxmalardır. Amma bu, o demək deyil ki, bütün analar qanaxma olan kimi ölməlidir. Əlbəttə, bunun qarşısını almaq üçün də həm fərdi, həm də sistemli şəkildə həyata keçirilə bilən tədbirlər var. Qanaxma zamanı təcili cərrahi müdaxilə tələb edir. Eyni zamanda yanaşı müalicə tələb edir. Qan köçürmə, plazma köçürmə, maye köçürmə və reanimasiyanın təşkili. Beləliklə, bu tip ölümlərin və ağırlaşmaların qarşısını almaq üçün 2-3 faktor var. Əskiklik varsa da, onları bu faktorların təşkilində axtarmalıyıq. Bunlar hansı faktorlardır? Misal üçün, qeyd edilir ki, ana Perinatal Mərkəzdən uzaq yaşayıb, deməli birincisi xəstənin çatdırılması məsələsində problem ola bilər. Ondan da əvvəl risk faktorunun müəyyən edilməsidir. Əgər bu xəstədə risk faktoru bilinən bir ağır vəziyyət olubsa, təhlükəli vəziyyət olubsa, o, əvvəldən Perinatal Mərkəzə köçürülsəydi, daha düzgün olardı. Yəni hamilə qadınlarda birinci məsələ risk faktorunun müəyyən edilməsidir. İkinci əsas məsələ, ola bilsin çatdırılmada axsama olub. Misal üçün, bir yerdə doğuşa alınıb, sonra qanaxma başlayıb, başqa yerə çatdırmağa çalışırlar. Burada çatdırılmada axsamalar ola bilər. Fikir verirsinizsə, ana ölümlərinin çoxu bölgələrdə, rayonlarda olur. Ona görə bu faktor önəmlidir. Eyni zamanda Perinatal Mərkəzdə cərrahi müdaxilə nə dərəcədə vaxtında və nə dərəcədə keyfiyyətli yerinə yetirilib. Bunu bilmədən danışmaq doğru deyil".

Ginekoloq qeyd edib ki, müdaxilə edən cərrahların peşəkarlığı da önəm daşıyır:

"Əlbəttə, yaxşı cərrahlarımız var. Vaxt məsələsinə və müdaxiləyə diqqət etmək lazımdır. Araşdırmanı bu istiqamətdə aparmaq lazımdır. Üçüncüsü, tutaq ki, cərrahi müdaxilə edildi, qanaxma da dayandırıldı. Bu əsnada və bundan sonrakı dövrdə qan köçürülmə effektiv şəkildə tədarük olunubmu. Qan vaxtı-vaxtında gətirilibmi, qan əvəzedicilər, plazma, maye vaxtında köçürülübmü? Bu da olduqca önəmlidir. Bundan sonrakı isə reanimasiyanın təşkilidir. Bu ən ağrılı yerlərimizdən biridir. Ölkəmizdə peşəkar reanimasiya mütəxəssisləri barmaqla sayılacaq qədərdir. Onların köməyinə çatan avadanlıqlar nə dərəcədədir, lazım olan analizlərin təşkili, analiz edən laboratoriya, reanimasiya avadanlıqları lazımdır. Yəni qan əvəzedicilərin köçürülməsi və keyfiyyətli reanimasiyanın təşkilinə məsuliyyətsiz yanaşılmamalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 786   Tarix: 11 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Həyat çətinləşəndə ​​cəsur insanlar nə edirlər? - Kraliçanın II Elizabetin sözləri

Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin cəsarət və dözümlülüklə bağlı ona aid edilən fikirlər yenidən geniş maraq doğurub. Bir çoxları bu sözləri həyatın ən ağır anlarında belə ümidini itirməməyə çağıran universal mesaj kimi qiymətləndirir. Qaynarinfo xəbər verir ki, "Times of India"

03.08.2026 147
.

Azərbaycanda qadın vətəndaşın 5100 manat pulunu mənimsəyib - İDDİA

Azərbaycanda qadın vətəndaşın 5100 manat pulunu mənimsəyib. Bunu -a müraciət edən Günel Məmmədova.(ad və soyad şərtidir -red) bildirib. Günel Məmmədova qeyd edib ki, Məmmədova Ləman Xaliq qızından 1 ildir ki, pulunu geri ala bilmir:. "İyul ayının 4-ü ona 35.77 qram qızıl vermişəm. Ləman Məmmədov

03.08.2026 262
.

Paşinyanın yeni müddəti başladı - fərman imzalandı

Ermənistan prezidenti Vaaqn Xaçaturyan hazırkı Baş nazir Nikol Paşinyanın yenidən təyin edilməsi barədə fərman imzalayıb. xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb. Bəyanatda deyilir: "Ermənistan prezidenti Nikol Paşinyanın ölkənin Baş naziri təyin edilməsi haqqında fərman imzalayıb"

03.08.2026 260
.

Rusiya Ermənistanla tarixi əlaqələrə diqqət çəkdi

Rusiya Ermənistanla dostluq münasibətlərini qorumaq istəyir. xəbər verir ki, bu barədə Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Vasilyev RİA Novosti agentliyinə bildirib. O, iki ölkə xalqlarının əsrlər boyu bir-biri ilə bağlı olan "həyat və taleyinə"

03.08.2026 191
.

Bakının bu qəsəbəsində su olmayacaq

Bu gün Bakının Hövsan qəsəbəsinin bəzi ərazilərində su olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, magistral su xəttinin qəzalı hissəsinin təmir-bərpa işləri ilə bağlı Hövsan qəsəbəsinin bəzi ərazilərinə gün ərzind

03.08.2026 266
.

Yay istirahəti üçün Avropanın ən idealşəhəri - Gəzinti və çimərlik bir arada

Yay istirahəti üçün həm tarixi abidələri kəşf etmək, həm də təbiətin qoynunda dincəlmək istəyənlər üçün Avstriyanın paytaxtı Vyana ideal seçimlərdən biri hesab olunur. Şəhər zəngin memarlığı, geniş parkları və Dunay sahilindəki istirahət məkanları ilə turistlərin sevimli istiqamətlərindən biridir. b

03.08.2026 163
.

Bakıda daha bir FACİƏ: 19 yaşlı oğlan 18-ci mərtəbədən yıxılıb öldü

Bakıda daha bir nəfər hündürmərtəbəli binadan yıxılıb. xəbər verir ki, hadisə Binəqədi rayonu, C.Xəndan küçəsi ev 42-də qeydə alınıb. Orada yaşayan xalasıgilə qonaq gələn, 2007-ci il təvəllüdlü Kənan Ömər oğlu İbrahimli 18-ci mərtəbədən yıxılaraq ölüb. Araşdırma aparılır. Qeyd edək ki, Nizami rayonund

03.08.2026 190
.

İbrahim Tatlısəs övladlığa götürdüyü qızını evləndirir: Toy tarixi AÇIQLANDI

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses bu dəfə şəxsi həyatındakı xoş hadisə ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin Bodrumdakı evində mənəvi qızı Didem Carusunun elçilik mərasimi keçirilib. O, sadə və səmimi mərasimdə Didemi iş adamı Orkan Çömlekçiyə verib. Ail

03.08.2026 184
.

Zaqatala sakini arvadını və özünü bıçaqladı, biri öldü

Abşeronda dəhşətli cinayət törədilib. xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Zaqatala sakini Tərlan İbrahimov yaşadığı evdə 1978-ci il təvəllüdlü həyat yoldaşını və özünü bıçaqlayıb. Nəticədə kişi ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron Prokurorluğ

03.08.2026 221
.

TOP MP3