Almaniyalı alim İsveçdə ermənipərəst jurnalistin iddialarını alt-üst edib

Almaniyalı alim İsveçdə ermənipərəst jurnalistin iddialarını alt-üst edibİsveçrənin almandilli "Neue Züricher Zeitung" (NZZ) qəzeti bu il aprelin 4-də jurnalist Andreas Rüşün (Andreas Rüesch) "Qafqazda güc oyunu: Ermənistan hərbi hücuma məruz qalacağından qorxur" adlı məqaləsini nəşr edib.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, NZZ kimi aparıcı mətbu nəşrdə "tarixi faktların və reallıqların qərəzli formada ermənilərin xeyrinə birtərəfli təhrif edilməsi ilə əlaqədar almaniyalı tanınmış alim, Qafqaz regionunun tədqiqatçısı Mixael Raynhard Hess qəzetin redaksiyasına etiraz məktubu göndərib.

Nəşrin internet səhifəsində yerləşdirilən məktubda M.Hess uzun illər apardığı mətbuat təhlilləri əsasında yazır ki, "Cənubi Qafqazda vəziyyətin "keyfiyyətli mətbuat orqanları" tərəfindən Ermənistanın mənafeyi naminə birtərəfli və tam şəkildə təhrif edilməsi davam etməkdədir".

İsveçrəli jurnalist A.Rüş məqaləsində Ukrayna müharibəsinin Ermənistanla Azərbaycan arasında mövcud vəziyyətin ermənilərin əleyhinə dəyişməsinə gətirib çıxardığını iddia edir:

"Özünün səbəbkarı olduğu müharibəyə başı qarışan Rusiya əvvəlki kimi Ermənistan üçün ənənəvi hərbi patronaj rolunu oynaya bilmir. Alternativ enerji tədarükü axtarışında olan Qərb dövlətlərinə kasıb və Rusiyadan asılı olan Ermənistan heç nə təklif edə bilmir. Bununla belə, iqtisadi və hərbi vasitələri tükənən Ermənistan indi diqqətini diplomatik siyasi manevrlərə yönəldərək öz mövqeyini beynəlxalq, xüsusilə Qərb mətbuatı vasitəsilə yeritməyə çalışır. Burada ermənilərin köməyinə Qərb mətbuatında, mədəniyyət və siyasi dairələrində kök salmış ermənipərəst baxışların dominantlığı da çatır".

A.Rüş yazısında Qarabağdakı erməni separatçılara haqq qazandırmağa cəhd etsə də, onların yaşadığı məkanı haqlı olaraq qondarma erməni dövləti "Naqorniy Karabax" kimi göstərməklə balanslı mövqe ortaya qoyur. O, məqaləsində ermənilər haqqında dolaşan çoxsaylı rəvayətə geniş yer verir. Qurban obrazında verilən ermənilərin cinayətkar olması barədə, Azərbaycanın məruz qaldığı əsl faciə barədə heç bir fikir belə dilə gətirilmir. "Digər tipik bir rəvayət isə ermənilərlə bağlı onların xristian tarixi xəritəsinin yenidən oyuna gətirilməsidir". Harada 9-cu əsrə aid bir xristian məbədi varsa, dərhal həmin yerlərin ermənilərə aid olması iddia edilir, amma bu ərazilərdə 7-ci əsrdən bəri müsəlman abidələrinin olması heç xatırlanmır.

A.Rüşün məqaləsindəki sualdoğurucu tezislərdən biri də budur ki, Azərbaycan əraziləri geri işğal etməklə kifayətlənmir, Ermənistan Respublikasının ərazisini də işğal etmək niyyətindədir. Müəllif Azərbaycan dövlətinin ərazisinin beşdə birinin Ermənistan tərəfindən 1990-cı illərdə işğal edilməsindən isə bir kəlmə belə söz açmır.

Jurnalistin "Azərbaycanın Ermənistana münasibətdə fərziyyə hesab olunan bu davranışı ilə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 1991-2000-ci illərdə işğal altında saxlanılmasına fərqli meyarlarla yanaşması" məqalənin qərəzli olmasını bir daha təsdiqləyir.

Bununla belə, A.Rüş bugünkü Ermənistan ərazilərinin müəyyən hissələrinin əvvəllər türklərə, daha doğrusu, azərbaycanlılara məxsusluğu barədə Azərbaycan tərəfinin tarixi arqumentlərini verməklə həmin ərazilərin Qərbi Azərbaycana məxsusluğunu və qədim türk adlarının olmasını etiraf etmiş olur.
Hess vurğulayıb ki, "NZZ kimi səviyyəli bir qəzet ermənilərin gerçək niyyətlər və əməlləri arasında daha dəqiq fərq qoymağı bacarmalıdır. Ermənistanın cənub ərazilərinin Zəngəzur adlandırılması və A.Rüşün məqaləsində də bunun öz əksini tapması göstərir ki, həmin ərazilərdə qədim türk adları mövcuddur. Əslində də, tarixi həqiqət ondan ibarətdir ki, 1918-ci ilədək bu yerlərdə nə erməni dövləti, nə də Cənubi Ermənistan mövcud olub. Bu ərazilər ruslar tərəfindən işğal edilənədək türklərin, daha doğrusu, azərbaycanlıların idarəsində olub".

A.Rüş "Cənubi Qafqazın tarixi ilə bağlı öz yozumunu əsaslandırmaq üçün müasir hadisələrə isnad etməyə cəhd göstərir və indi aktual olan Putin ritorikasını" misal gətirir: "Putin Ukraynanın mövcudluğunu əvvəlcə sözlə sual altına qoyurdu, sonra hərbi yolla ona son qoymağa cəhd etdi". Hess etiraz məktubunda cavab verir ki, "tarixi tam təhrif etməklə bu iddianı Azərbaycanın üzərinə qoymaq kimi birtərəfli yanaşma nümayiş etdirən müəllif məhz Ermənistanın və onun diasporunun ötən əsrin 80-90-cı illərində Qarabağın müəyyən hissəsinin Azərbaycana beynəlxalq hüquqi cəhətdən məxsusluğunu şübhə altına almaqla məhz Putin ritorikasından istifadə etmələrini dilə gətirməyib. A.Rüşün Azərbaycan və Rusiya prezidentləri arasında qəribə müqayisəsi həm də ona görə yersiz səslənir ki, ermənilər həmişə rusların, sonralar sovet imperiyasının dəstəyi sayəsində öz separatçılıq fəaliyyətlərini Azərbaycanda genişləndirə bilmişlər".

A.Rüş həyəcanla sual verir ki, "Azərbaycanın öz məqsədinə güc tətbiqi ilə nail ola bilməsinin qarşısını kim alacaqdı?" Hess cavabında deyir: "Amma Rüş bir dəfə də olsun xatırlatmır ki, ermənilərin onilliklər boyu qəddarlığı və zorakılığı nəticəsində çoxsaylı azərbaycanlı qurbanlarının olmasına baxmayaraq, heç kim Azərbaycanın köməyinə çatmamışdı". Məqsəd aydındır ki, A.Rüş tarixi faktları təhrif etməklə, Ermənistanın timsalında "yazıq" obrazı yaratmaq istəyib. A.Rüş Azərbaycan tərəfindən strateji yüksəkliklərin ələ keçirilməsi ilə bağlı öz izahını belə verir ki, "Azərbaycanın burada məqsədi əhalini terrora məruz qoymaqdır". Bununla o, faktiki olaraq, Azərbaycanı terrorçuluqda günahlandırır.

"Amma 44 günlük müharibə dövründə döyüş zonasından kənar Azərbaycanın mülki obyektlərinin Ermənistan tərəfindən hədəfə alınması və çoxsaylı qurbanların olmasını, obyektivlik naminə belə, xatırlamır", - deyə Mixail Raynhard Hess vurğulayıb.

Hess etiraz məktubunun sonunda NZZ-nin redaksiyasına bildirir ki, məqalə müəllifinin "türk" sözünü təhqiramiz damğalayıcı formada vurğulaması liberal və bütün tərəflərin hörmət bəsləməli olduğu müzakirəyə heç bir hörmət gətirmir.

Yeri gəlmişkən, Mixail Raynhard Hess bir müddət əvvəl "məlum Sumqayıt hadisələrinin 35-ci ildönümü" ilə bağlı da özünün "Facebook" səhifəsində paylaşım edib, Ermənistanın Azərbaycanla münaqişədə siyasi iddiaları üçün həmin faciəvi hadisələrindən alət kimi istifadə etdiyini vurğulayıb. Hess yazıb ki, "ermənilərin saxta tarix konstruksiyasının nümunələrindən biri o iddianın üstündə köklənib ki, "28 və 29 fevralda Sumqayıtda ermənilərin öldürülməsi onlara ərazi iddiası qaldırmaqdan başqa hər hansı seçim etməyə imkan verməyib. Belə ki, ermənilər azərbaycanlılara qarşı ərazi iddiası qaldırmaqla özlərini azərbaycanlıların təqibindən qurtarıblar". Hess paylaşımında ermənilərin və onları dəstəkləyənlərin Sumqayıt hadisələri ilə Osmanlı Türkiyəsində 1915-ci ildə baş vermiş hadisələr arasında oxşarlıq olduğu barədə iddialarına tutarlı cavablar verib.

Xatırladaq ki, ədəbiyyatşünas və tarixçi alim, Dr. Mixael Raynhard Hess "Tanklar cənnətdə. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi" (2016), "Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi" (2022), "Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı" (2020-2022) kitablarının müəllifidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 558   Tarix: 08 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təhsil İnstitutunun fəaliyyəti ilə bağlı iddialar: Dərsliklər niyə tənqid olunur?

"Sistemin daxilində kök salmış yarıtmazlığın və elmi geriliyin ən bariz nümunələrindən biri təhsilin əsas elmi qurumu sayılmalı olan Azərbaycan Respublikasının Təhsil İnstitutunun və onun rəhbəri Elnur Əliyevin fəaliyyətidir. Müstəqil ekspertlərin, mətbuatın və pedaqoji ictimaiyyətin kəskin tənqi

03.08.2026 192
.

Rusiya Ermənistanla tarixi əlaqələrə diqqət çəkdi

Rusiya Ermənistanla dostluq münasibətlərini qorumaq istəyir. xəbər verir ki, bu barədə Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Vasilyev RİA Novosti agentliyinə bildirib. O, iki ölkə xalqlarının əsrlər boyu bir-biri ilə bağlı olan "həyat və taleyinə"

03.08.2026 191
.

Üzən məzənnəyə keçid üçün Azərbaycan hazırdırmı?

"Azərbaycanda üzən məzənnəyə tam keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının quruluşu, neft-qaz gəlirlərindən asılılıq, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu sistemdə Mərkəzi Bank zəruri hallard

03.08.2026 240
.

Qırmızı dənizdə gərginlik artır: Ər-Riyad hərbi əməliyyata hazırlaşır

"Guardian" nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Bildirilir ki, əməliyyat təkcə hava və dəniz zərbələrini deyil, həm də Yəmənin mərkəzi hissəsində quru hücumunu əhatə edə bilər. Məlumata əsasən, Ər-Riyad bu addımı Qırmız

03.08.2026 197
.

Tanış olmaq adı ilə kişini soydu - BAKIDA KURYOZ OĞURLUQ

Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. xəbər verir ki, zərərçəkən polisə müraciət edərək içərisində 900 manat, bank kartları və şəxsi sənədləri olan pul kisəsinin talandığını bildirib. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən, əvvəllər analoji cinayətə görə məhku

03.08.2026 188
.

62 yaşlı Hülya Avşar çimərlikdən bikinili FOTOSU ilə diqqət çəkdi

Türkiyəli müğənni Hülya Avşar hər il olduğu kimi bu yay da tətilini Ayvalıkda keçirib. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi istirahətindən yeni fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Yayımlanan kadrlarda Hülya Avşarın çimərlikdə uşaqlarla vaxt keçirdiyi, dəniz kənarınd

03.08.2026 293
.

Bakıda daha bir FACİƏ: 19 yaşlı oğlan 18-ci mərtəbədən yıxılıb öldü

Bakıda daha bir nəfər hündürmərtəbəli binadan yıxılıb. xəbər verir ki, hadisə Binəqədi rayonu, C.Xəndan küçəsi ev 42-də qeydə alınıb. Orada yaşayan xalasıgilə qonaq gələn, 2007-ci il təvəllüdlü Kənan Ömər oğlu İbrahimli 18-ci mərtəbədən yıxılaraq ölüb. Araşdırma aparılır. Qeyd edək ki, Nizami rayonund

03.08.2026 190
.

Arvadını bıçaqlayıb özünü öldürdü - Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdə

03.08.2026 240
.

Həyat çətinləşəndə ​​cəsur insanlar nə edirlər? - Kraliçanın II Elizabetin sözləri

Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin cəsarət və dözümlülüklə bağlı ona aid edilən fikirlər yenidən geniş maraq doğurub. Bir çoxları bu sözləri həyatın ən ağır anlarında belə ümidini itirməməyə çağıran universal mesaj kimi qiymətləndirir. Qaynarinfo xəbər verir ki, "Times of India"

03.08.2026 147
.

TOP MP3