İlham Əliyev və İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində olublar - FOTO

İlham Əliyev və İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində olublar - FOTOAprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş nazir İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində də olublar.

AZƏRTAC xəbər verir ki, Qəbələ Qida Şəhərciyinin Baş direktoru Fuad Babayev Azərbaycan Prezidentinə və Gürcüstanın Baş nazirinə məlumat verdi.

Qeyd olundu ki, 16 hektar ərazidə yerləşən Qəbələ Qida Şəhərciyinin nəzdindəki konserv zavodu qabaqcıl Avropa texnologiyaları ilə təchiz edilib. Zavod meyvə şirəsi, limonad, qazlı və qazsız içkilər, soyuq çay və konsentrat istehsalı sahələrindən ibarətdir. Buradakı 13 istehsal xəttində 6 növ qablaşdırmada 130 adda məhsul istehsal edilir. Müəssisə ildə 360 min ton hazır məhsul istehsalı gücünə malikdir.

Saatda 10 min litr dolum sistemi vasitəsilə plastik qablaşdırmada meyvə tərkibli içkilər və soyuq çay, şirə və nektar istehsalı xətti isə saatda 20 min litr meyvə şirəsi və konsentrat istehsal etmə imkanına malikdir. Digər xətdə isə saatda 35 min litr hazır limonad və digər qazlı sərinləşdirici içkilər, qazlı və qazsız su istehsal olunur.

Müəssisədə qablaşdırma mərhələsindən əvvəl müəyyən reseptlər əsasında hazırlanmış tərkiblər laboratoriyada yoxlanılır və təsdiqləndikdən sonra istehsala göndərilir. Burada bütün istehsal prosesi tam avtomatlaşdırılıb. Qəbələ konserv zavodunda istehsal olunan məhsullar bir çox xarici ölkələrə ixrac edilir.

Məlumat verildi ki, kartof emalı müəssisəsində iki istehsal xətti fəaliyyət göstərir. Burada yarımfabrikat dondurulmuş kartof və kartof çipsi istehsal olunur. Yarımfabrikat dondurulmuş kartof istehsalı xəttinin hazır məhsul buraxılışı gücü saatda 2 ton təşkil edir. Çips istehsalı xəttinin gücü isə saatda bir ton hazır məhsuldur. Hər iki istehsal xətti tam avtomatlaşdırılmış sistem üzrə çalışır. Qəbələ rayonunda şirkətə məxsus olan 200 hektar ərazidə ildə 10 min tondan çox kartof yetişdirilir ki, bu da istehsal müəssisəsinin illik xammal tələbatını tam ödəyir. Kartof emalı müəssisəsinin istehsal etdiyi məhsullar ölkəmizdə təqdim olunmaqla yanaşı, bir sıra xarici ölkələrə də ixrac edilir. Sahələrdən yığılan kartof 6 min kvadratmetrlik ilkin soyuducu anbara yerləşdirilir. Müəssisədə, həmçinin keyfiyyətə nəzarət laboratoriyaları fəaliyyət göstərir. İstehsala göndərilməzdən əvvəl məhsulun fiziki-kimyəvi göstəriciləri yoxlanılır.

İlham Əliyev və İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində olublar - FOTOİlham Əliyev və İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində olublar - FOTOİlham Əliyev və İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində olublar - FOTOİlham Əliyev və İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində olublar - FOTOİlham Əliyev və İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində olublar - FOTOİlham Əliyev və İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində olublar - FOTOİlham Əliyev və İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində olublar - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 902   Tarix: 07 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

12:02 94
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 120
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

10:09 181
.

Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir

Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c

11:35 113
.

Dişləri fırçalayanda bu üç səhvi etməyin

Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri

05.11.2026 340
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 383
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 86
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

12:06 106
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 142
.