Fidan Hacıyeva həyat yoldaşı ilə tanışlığından danışdı - VİDEO

Fidan Hacıyeva həyat yoldaşı ilə tanışlığından danışdı - VİDEO"Bülbül adına musiqi məktəbini bitirmişəm. Baxmayaraq ki, əsas dərslər musiqi idi, digər fənləri də yaxşı oxuyurdum. İngilis dilini zəif bilirdim. Müəllimim də bunu mənə deyəndən sonra məqsəd qoydum ki, ingilis dilini öyrənim. Yadıma gəlir, Rusiyadan bir müəllim gəlmişdi. Ondan özəl dərslər almağa başladım. Çox tələbkar idi və mənə ingilis dilini gözəl öyrətdi. Atam deyirdi ki, sən onsuz da musiqiçi olacaqsan, ingilis dilini nə edirsən, lazım deyil dil öyrənmək. Ona deyirdim ki, bunu istəyirəm və qarşıma məqsəd qoymuşam".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Fidan Hacıyeva "Nərgiz" dərgisinə video musahibəsində deyib. O, həyat yoldaşı Filip Neylorla necə tanış olmasından danışıb:

"Yeni il tədbiri keçirilirdi. Məni ora "Karmen"dən bir parça "Habanera"nı ifa etməyə dəvət etdilər. Çıxışım bitəndən sonra mənə bir "centlmen" (həyat yoldaşı Filipp - red.) yaxınlaşdı, İngiltərə vətəndaşı idi. Dedi ki, çox gözəl ifa etdiniz. Bu anda öyrəndiyim ingilis dili mənə lazım oldu. Nə yaxşı oldu ki, bu dildə kimləsə danışa biləcəyəm.

Filiplə tanış olandan sonra onu operaya dəvət etdim. O zamanlar isə artıq Akademik Opera və Balet Teatrının solisti idim. O ilk dəfə "Arşın mal alan" əsərində canlandırdığım "Asiya"nı ifamda eşitdi. Səhərisi gün isə mənə məktub göndərdi, dəvətə görə təşəkkürünü bildirdi. Eyni zamanda, "Asiya"nın sözlərinin bir hissəsini ingilis dilinə tərcümə etmişdi. Repertuarımda Azərbaycan bəstəkarlarının əsərləri var və onların bir hissəsini ingilis dilinə tərcümə edib, oxumuyuram. Mənə elə gəlir ki, bu dili mükəmməl öyrənməyim həyatımda, bəlkə də qismətdir ki, lazım oldu".

Qeyd edək ki, cütlüyün 3 övladı var.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1317   Tarix: 07 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şan-şöhrəti atıb qoz istehsalçısı oldu: Burak Hakkının kənd həyatı

"Dudaktan Kalbe" və "Kaybolan Yıllar" serialları ilə yaddaşlara həkk olunan Burak Hakkı illər əvvəl verdiyi qərarla şəhər həyatını geridə qoyaraq Çanakkalaya köçmüşdü. Aktyorluq karyerasını davam etdirən Hakkı ilin böyük hissəsini təsərrüfatında keçirərək üzvi kənd təsərrüfatı v

08.08.2026 406
.

Sərdar Ortaç xəstəxanaya yerləşdirilib?

Türkiyəli müğənni Serdar Ortaç səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Axşam.az xəbər verir ki, sənətçinin qatılacağı tədbirdə iştirak etməməsi onun xəstəxanaya yerləşdirilməsi ilə bağlı iddialara səbəb olub. Tədbirdə çıxış edən "Karma6" qrupunun üzvləri Ortaçın yüngül narahatlığ

08.08.2026 304
.

"Ən böyük arzum 107 yaşına kimi yaşamaqdır"

Bu il üçüncü övladını dünyaya gətirən Hollivud aktrisası Kemeron Diaz övladları ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, 53 yaşlı aktrisa bu yaşında ana olmasına belə münasibət bildirib:. "Bu gün sahib olduğum yeganə hədəf 107 yaşına qədər yaşamaqdır. 47 yaşında ilk övladımı dünyaya gətirdim

08.08.2026 305
.

"Gicgahımda güllənin soyuqluğunu hiss edirdim"

Hollivud ulduzu Bred Pitt "Esquire" jurnalına müsahibəsində həyatının çətin dövründən danışaraq, bir vaxtlar yaşamaq istəmədiyini etiraf edib. "Qafqazinfo" xəbər verir ki, aktyor anadangəlmə optimist olduğu üçün belə fikirlərin ona nadir hallarda gəldiyini, lakin bir dəfə dözülmə

11.08.2026 414
.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni sosial mediada yeni fotolarını paylaşıb. Görüntülərdə Gülay zərif, fit görünüşü və gözəlliyi ilə maraq doğurub. Fotolara çoxsaylı bəyəni gəlib. Həmin fotoları təqdim edirik:

15.08.2026 424
.

"Odissey"dən daha bir rekord - 1 milyardı keçdi

"Odissey" filmi 1,1 milyard dollar (təxminən 1 milyard 870 milyon AZN) kassa yığımı ilə tanınmış rejissor Kristofer Nolanın ən çox gəlir gətirən layihəsinə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb. Bununla da, "Odissey" 1,08

10.08.2026 347
.

Selena Qomez məhkəməyə verildi - Fırıldaqçılıqda ittiham olunur

Amerikalı müğənni və aktrisa Selena Qomez, anası Mendi Tifi və iş qadını Daniella Pierson ilə birlikdə qurduğu ruhi sağlamlıq platforması "Wondermind Global" ilə bağlı məhkəmə iddiası ilə üzləşib. xəbər verir ki, Delaver ştatında federal məhkəməyə müraciət edən beş investor Qomez və digər təsisçiləri

15.08.2026 194
.

Aktrisa ayrıldığı ərini təriflədi: "Bu nə yaraşıqlılıqdır"

Türkiyə kinosunun əfsanələrindən Türkan Şoray keçmiş həyat yoldaşı Cihan Ünalın sosial şəbəkədə paylaşdığı fotoya yazdığı şərhlə diqqət çəkib. xarici mediaya istinadən xəbər verir ki, Şoray Ünalın fotosuna "Vay, bu nə yaraşıqlılıqdır" sözlərini yazıb. Keçmiş yoldaşı isə "Təşəkkür edirəm

09.08.2026 422
.

Aygün Kazımovanın qızı İlqarə dəyişib TANINMAZ HALA DÜŞDÜ - FOTO

Xalq artisti Aygün Kazımovanın ifaçı qızı İlqarə Kazımovanın xarici görünüşü hər kəsi təəcübləndirib. xəbər verir ki, sosial mediada İlqarənin yeni görüntüləri marağa səbəb olub. Şəkildən görünür ki, Kazımova həddindən artıq çəki atıb, saçlarının rəngini dəyişdirib

16.08.2026 394
.