Fazil Mustafa yenidən əməliyyat ediləcək
Bu gün həkimlər Fazil Mustafanı yenidən əməliyyat edəcəklər.
BiG.AZ xəbər verir ki, bu sözləri oxu.az-a martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın həyat yoldaşı Zülfiyyə Mustafayeva deyib.
O bildirib ki, güllənin yaratdığı infeksiya səbəbindən yaraları hələ tikilməyib:
"Şükür olsun artıq infeksiya təmizlənib. Bu gün həkimlər konsultasiya edəcəklər. Əgər vəziyyət uyğun olarsa, bu gün əməliyyata girəcək. Əməliyyatda iki prosedur həyata keçiriləcək. Həm çiynindəki yara, həm də ayağındakı yaraya tikiş qoyulacaq. Evə buraxılma ilə bağlı hələlik bir qərar yoxdur".
Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z" ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdəbirini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində dörd nəfər müəyyən olunaraq saxlanılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 917 Tarix: 07 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏmək müqaviləsinə dəyişiklik: İşçilərin bilməli olduğu hüquqlar
"Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa
03.08.2026 285 Qırmızı dənizdə gərginlik artır: Ər-Riyad hərbi əməliyyata hazırlaşır
"Guardian" nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Bildirilir ki, əməliyyat təkcə hava və dəniz zərbələrini deyil, həm də Yəmənin mərkəzi hissəsində quru hücumunu əhatə edə bilər. Məlumata əsasən, Ər-Riyad bu addımı Qırmız
03.08.2026 197 Alla Puqaçova brendini itirdi
Rusiyanın Xalq artisti Alla Puqaçova uzun illər sahib olduğu "Baronessa fon Orbah" əmtəə nişanını itirib. Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, avqustun 2-də brendin qeydiyyat müddəti başa çatıb. Sənətçi 22 min rubl (təxminən 472 manat
03.08.2026 233 Bakının bu qəsəbəsində su olmayacaq
Bu gün Bakının Hövsan qəsəbəsinin bəzi ərazilərində su olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, magistral su xəttinin qəzalı hissəsinin təmir-bərpa işləri ilə bağlı Hövsan qəsəbəsinin bəzi ərazilərinə gün ərzind
03.08.2026 266 Azərbaycanda qadın vətəndaşın 5100 manat pulunu mənimsəyib - İDDİA
Azərbaycanda qadın vətəndaşın 5100 manat pulunu mənimsəyib. Bunu -a müraciət edən Günel Məmmədova.(ad və soyad şərtidir -red) bildirib. Günel Məmmədova qeyd edib ki, Məmmədova Ləman Xaliq qızından 1 ildir ki, pulunu geri ala bilmir:. "İyul ayının 4-ü ona 35.77 qram qızıl vermişəm. Ləman Məmmədov
03.08.2026 262 Turistə şəkil çəkdirməyə kömək etdi: çoxdan itkin düşən qohumunu tapdı - İnanılmaz HEKAYƏ
Turistin adi foto çəkmək xahişi Çin sakini üçün gözlənilməz ailə kəşfinə çevrilib. Qısa söhbətdən sonra iki kişi 70 ildən çox əvvəl tarixi hadisələr səbəbindən bir-birindən ayrı düşmüş qohum olduqlarını anlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, iyulun əvvəlində Çen Çze işgüzar səfərlə Yunnan əyalətin
03.08.2026 225 İyulda Yer kürəsində son 14 ilin ən aşağı temperaturu qeydə alındı
Antarktidada yerləşən "Concordia" tədqiqat stansiyasında son 14 ilin Yer kürəsində qeydə alınmış ən aşağı temperaturu - mənfi 84,1 dərəcə Selsi ölçülüb. Qaynarinfo xəbər verir ki, "Live Science" nəşrinin məlumatına görə, rekord göstərici iyulun 18-də qitənin dərinliyində, hazırd
03.08.2026 122 Azərbaycanda zəlzələ oldu
İmişlidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 21:53-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 26 km olub. Zəlzələ hiss edilməyib
03.08.2026 157 62 yaşlı Hülya Avşar çimərlikdən bikinili FOTOSU ilə diqqət çəkdi
Türkiyəli müğənni Hülya Avşar hər il olduğu kimi bu yay da tətilini Ayvalıkda keçirib. Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi istirahətindən yeni fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Yayımlanan kadrlarda Hülya Avşarın çimərlikdə uşaqlarla vaxt keçirdiyi, dəniz kənarınd
03.08.2026 293