92 yaşlı media maqnatı qəfil nişanını qaytardı

92 yaşlı media maqnatı qəfil nişanını qaytardıAvstraliya əsilli amerikalı media maqnatı Rupert Mördok beşinci həyat yoldaşı olacaq Enn Lesli Smitlə nişanını pozub.

BiG.AZ xəbər verir iki, bu barədə "Vanity Fair" məlumat yayıb.

92 yaşlı iş adamı martın 20-də 66 yaşlı Enn Lesli Smitə cəmi iki həftə əvvəl evlilik təklifi etdiyini açıqlayıb. Onların 2023-cü ilin yayına planlaşdırılan toyu ləğv edilib.

Mördok nişanı pozmasının səbəblərini şərh etməyib. Ona yaxın mənbələr səbəbin gəlinin dini baxışları olduğunu iddia edir.

Enn Lesli Smit keçmiş diş həkimi və 2008-ci ildə vəfat edən məşhur Amerika kantri müğənnisi və televiziya xadimi Çester Smithin dul arvadıdır. O, Mördokla 2022-ci ildə Los-Ancelesdə 200 digər qonaqla onun üzüm bağını ziyarət edərkən tanış olub. Nişan Müqəddəs Patrik günündə baş tutub, martın 14-də media maqnatı sevgilisinə brilyant üzük hədiyyə edib.

Qeyd edək ki, Rupert Mördok dünyanın ən böyük media maqnatlarından biridir. O, dünya üzrə yüzlərlə media orqanının daxil olduğu "News Corp Holdinq"in sahibidir.

Mördokun şirkətinə "The Wall Street Journal" və "New York Post"un Amerika nəşrləri, Britaniyanın "The Sun" və "The Times", "Fox News" və "Sky News Australia" telekanalları daxildir.

İş adamı 11 mart 1931-ci il tarixində anadan olub və ilk dəfə 1956-cı ildə evlənib. Ümumilikdə isə onun dörd həyat yoldaşı olub. Sonuncusu olan 66 yaşlı keçmiş top-model Kerri Holl ilə 2022-ci ilin iyununda boşanıb.

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1085   Tarix: 05 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu da Gülay Zeynallının MAKİYAJSIZ HALI - FOTOLAR

Müğənni Gülay Zeynallı yeni görüntüləri ilə gündəmə gəlib. xəbər verir ki, müğənni İnstaqram hesabında paylaşım edib. Görüntülərdə Gülay makiyajsız halı ilə diqqət çəkib. Onun təbii görünüşü izləyicilərin marağına səbəb olub. Həmin fotoları təqdim edirik:

20.09.2026 553
.

Nübar bu kanalda çalışacaq

Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft

30.09.2026 270
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20.09.2026 548
.

Rüfət bu yolla arıqlayır

Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir

20.09.2026 361
.

Uzun illərdən sonra efirə qayıdır

Aparıcı Ceyran Rəhimova uzun fasilədən sonra efirə qayıdır. "Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Aparıcı çəkiliş meydançasından fotosunu paylaşaraq "Tezliklə" yazıb. Axşam.az-ın məlumatına görə, C.Rəhimova yeni mövsümdə Space TV-də efir

23.09.2026 452
.

"Taşacak bu deniz"in aktrisası boşandı

Türkiyəli aktrisa Deniz Baysal və müğənni Barış Yurtçu boşanıb. Axşam.az xəbər verir ki, "Taşacak bu deniz" serialında "Esmə" obrazını canlandıran aktrisa ilə musiqiçi bu gün keçirilən məhkəmə iclasında 7 illik evliliklərini rəsmən sonlandırıblar. Təxminən 10 dəqiqə davam edən məhkəm

26.09.2026 256
.

Həyat yoldaşını bu sözlərlə təbrik etdi

Aktyor Taleh Yüzbəyov həyat yoldaşı, bloger Xatirə Yüzbəyovanı doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Taleh sosial media hesabında ailə fotosunu paylaşaraq həyat yoldaşına duyğusal sözlər ünvanlayıb. "Bu həyatda hamıya onunla yol yoldaşı olacaq adam lazımdır. Onunla bütü

26.09.2026 279
.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18.09.2026 465
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19.09.2026 302
.