Marsda Gün batımı - FOTO
NASA-nın Marsdakı kosmik gəmisi "Curiosity" "Qırmızı Planet"də heyrətamiz gün batımının görüntülərini çəkib.
BAKU.WS xəbər verir ki, fevralın 2-də qeydə alınan sonuncu görüntüdə Günəşin Marsda enməsi və işıq şüalarının buludları işıqlandırması əks olunub.
Alacaqaranlıq kimi tanınan bu gün batımı işıqları ilk dəfə Qırmızı Planetdə belə aydın şəkildə çəkilib.
Lentə alınan görüntülərin Marsdakı buludların daha yaxşı araşdırılmasını təmin etdiyi bildirilib.
Məlumata görə, Mars buludlarının əhəmiyyətli bir hissəsi su buzundan ibarətdir və adətən 60 kilometrdən yuxarıda mövcud olmur.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










