Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfederasiya sədrinin müavini Musa Mirzəyev çıxışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan misilsiz Qələbədən, Ordumuzun Vətən müharibəsində keçdiyi şanlı döyüş yolundan danışıb.
Vurğulanıb ki, Zəfərimiz dövlətimizin gücünü və xalqımızın iradəsini bütün dünyaya bir daha nümayiş etdirməklə yanaşı, gələcək nəsillər üçün də əsl vətənpərvərlik, birlik və mübarizlik nümunəsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həyatın yenidən canlanması qazanılmış Qələbənin yaratdığı imkanların real nəticəsidir.
Akademiyanın rektor vəzifəsini icra edən Fərid Babayev çıxışında qazanılmış parlaq Qələbədən, xalqımızın tarixində əhəmiyyətindən söz açıb, bu möhtəşəm Zəfərin Vətən sevgisinin, milli birliyin və ədalətin təntənəsi olduğunu, sarsılmaz iradəni və qəhrəmanlığı təcəssüm etdirdiyini diqqətə çatdırıb.
Tədbir Akademiyanın tələbələrinin təqdimatında "Hədəfdə Zəfər" bədii kompozisiyası ilə davam edib. Kompozisiyada Azərbaycanın şanlı Zəfər tarixi, Vətən müharibəsində xalqımızın birliyi və qəhrəmanlığı, şəhidlərimizin əziz xatirəsi bədii ifadəsini tapıb.
Qeyd edək ki, Konfederasiyanın Zəfər Gününə həsr olunmuş tədbirlər proqramı çərçivəsində AHİK-in, üzv və tabe təşkilatların əməkdaşları parlaq Qələbə ilə başa çatan Vətən müharibəsindən bəhs edən "44" bədii filmini də izləyiblər.(report)













BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 132 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentlə şəhid anası arasında səmimi dialoq
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə şəhid anası arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
06.11.2026 363 Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq
Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mülki və ya ticarət işləri üzrə xaricd
06.11.2026 285 İlham Namiq Kamal xalqı Zəfər Günü münasibətilə təbrik etdi
Xalq artisti İlham Namiq Kamal 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bayram münasibətilə sosial şəbəkə hesabında video paylaşıb. O, çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbədən danışıb və Ali Baş Komandanı, hərbçilər
12:20 169 Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Türkiyə Meteorologiya Baş İdarəsi həftəsonu ölkə ərazisində təsirli olacaq soyuq və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Türkiyə mətbuatına istinadla bildirir ki, proqnoza əsasən, havanın temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Qara dəniz sahillərində intensiv yağış, ölkəni
16:37 6 Sabah da yağış yağacaq
Noyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanı
13:24 156 FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira
16:34 29 Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı
Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu
12:50 251 "Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində
Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu
10:47 200 Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,
16:40 0