Narkotik və spirtli içki qəbul edərək avtomobil idarə edən sürücülər cərimələnib

Narkotik və spirtli içki qəbul edərək avtomobil idarə edən sürücülər cərimələnibAğdaşda narkotik vasitə və spirtli içki qəbul edərək avtomobil idarə edən 13 sürücü cərimələnib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edərək özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücülər müəyyən olunub.

Ötən ay ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı narkotikin təsiri altında 9, spirtli içki qəbul edib nəqliyyat vasitəsi idarə edən 4 sürücü saxlanılıb.

Araşdırma zamanı onlardan bəzilərinin sürücülük hüququnun olmadığı da məlum olub.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 997   Tarix: 07 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır - İDDİA

Anlaşılan o oldu ki, dövlət xəstəxanalarındakı Kompüter Tomoqrafiyası (KT) aparatları yoxa çıxıb. xəbər verir ki, bu barədə yazan jurnalist Elnurə Abuşova bildirib ki, həmkarımızın TƏBİB-dən aldığı rəsmi açıqlamada xəbər qismən təsdiqini tapdı:. "Yaqin özəllərə icarəyə verilib, çünki əvvəl vardı

19.06.2026 184
.

Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Media haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Qeyd edək ki, jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişi

19.06.2026 169
.

Ermənistan Fransadan helikopter alır

Ermənistan "Airbus Helicopters" şirkəti ilə 6 ədəd "Airbus H145" helikopterinin alınmasına dair müqavilə imzalayıb. xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, saziş Fransa Prezidenti Emmanuel Makronun İrəvana rəsmi səfəri çərçivəsində rəsmiləşdirili

19.06.2026 176
.

Bütün Livan yanmalıdır, məhv etmək lazımdır - Ben-Qvir

Hər bir israilli ananın tökdüyü bir göz yaşına görə min livanlı ana ağlamalıdır. Bütün Livan yanmalıdır!. xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir özünün X səhifəsində yazıb. "İsrail bütün dünyaya aydın şəkildə göstərməlidir ki, övladlarımızın qanı və vətəndaşlarımızı

19.06.2026 192
.

Putin Təhlükəsizlik Şurasını çağırdı

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Rusiyanın xarici siyasəti ilə bağlı görüş keçirib. xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Əsas məruzəni xarici işlər naziri Sergey Lavrov təqdim etdi . Görüşdə xarici işlər naziri Sergey Lavrov, həmçini

19.06.2026 162
.

Media və Yayım Şurasının yaradılması ilə bağlı layihə ilk oxunuşda QƏBUL EDİLDİ

Azərbaycanda media sahəsində vahid qurum - Media və Yayım Şurası yaradılacaq. Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanu

19.06.2026 174
.

Takaiti: Yaponiya gəmisi Hörmüz boğazından uğurla keçib

Bu gün Yaponiya ilə əlaqəli bir gəmi Hörmüz boğazından uğurla keçərək Fars körfəzinin hüdudlarından kənara çıxıb. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiti "X" sosial şəbəkəsindəki hesabında paylaşımında bildirib. Məlumata görə, sözügedən gəminin göyərtəsind

19.06.2026 168
.

Patriarxal düşüncə və qadın zorakılığı: problemin kökü haradadır?

"Son günlər televiziya kanallarından birində yayımlanan canlı efirdə qadın-kişi bərabərliyi mövzusu ətrafında ciddi müzakirələr aparılıb. Lakin müzakirə müəyyən məqamda fikir mübadiləsindən çıxaraq mübahisəyə çevrilib. Buna səbəb bəzi qonaqların patriarxal dəyərləri müdafiə edən fikirlər səsləndirməs

19.06.2026 218
.

Zaqatalada 58 yaşlı kişi qətlə yetirilib

Zaqatalada 58 yaşlı kişi qətlə yetirilib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə iyunun 19-da səhər saatlarında Qımır kəndi ərazisində qeydə alınıb. Belə ki, eyni yaşda olan həmkəndlilər arasında mübahisə ölümlə nəticələnib. Nəticədə Ələsgər Əhmədov Kamran Məhərrəmovu kəsic

19.06.2026 204
.

TOP MP3