Bakıda qadın kafedə tanış olduğu kişini evinə gətirdi, keçmiş əri isə... - Şok təfərrüat

Bakıda qadın kafedə tanış olduğu kişini evinə gətirdi, keçmiş əri isə... - Şok təfərrüatBakının Sabunçu rayonunda 1993-cü il təvəllüdlü Eldəniz şəxsi münasibətlər zəminində Əmiri (adlar şərti verilib - red.) qətlə yetirib.

BiG.AZ bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, Eldəniz 19 yanvar 2022-ci ildə saat 22 radələrində qeyri-rəsmi nikah münasibətində olduğu Lalənin evində olarkən qadının rəsmən boşanmış olduğu əri Əmir binanın qarşısına gəlib.

Əmir keçmiş arvadının övladları ilə birlikdə yaşadığı mənzilə yad kişi dəvət etməsindən əsəbləşib və uca səslə Eldənizin, Lalənin və Lalənin oğlu Vüqarın ünvanına nalayiq ifadələr, söyüşlər işlədib.

Eldəniz söyüşləri qəbul edə bilmədiyi üçün binanın qarşısına düşüb. Həyətdə Əmir onun üzərinə gəlib, mübahisə edib və nalayiq söyüş işlədib.

Bundan hiddətlənən Eldəniz Əmirin üz nahiyəsinə yumruq zərbəsi vurub. Onun müqavimətinin qırıldığını görüb, yerdən taxta parçası götürərək uzanmış vəziyyətdə olan Əmirin alın nahiyəsinə zərbə vurub. Daha sonra hadisə yerindən qaçıb. Əmir isə təcili tibbi yardım əməkdaşlarının müşayiəti ilə 3 saylı şəhər klinik xəstəxanasına aparılıb.

Stasionar müalicə olunmasına baxmayaraq Əmir 24 yanvar 2022-ci ildə aldığı ağır xəsarət nəticəsində müalicə olunduğu xəstəxanada ölüb.

İstintaq orqanı tərəfindən Eldənizin barəsində Cinayət Məcəlləsinin (qəsdən sağlamlığa zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

"Dini kəbin kəsdirdik"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eldəniz ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Lalə ilə 2020-ci ilin iyun ayında iaşə obyektlərinin birində tanış olmşb:

"Onun həyat yoldaşından rəsmi qaydada boşandığını, uşaqları ilə birlikdə yaşadığını bildim. Xasiyyətlərimiz uyğun gəldiyinə görə yaxın münasibətlərimiz yarandı. Qarşılıqlı sevgi əsasında dini kəbin kəsdirdik, ər-arvad kimi yaşamağa başladıq.

Lalənin övladları da məni qəbul etdi. Hətta ən yaxın və doğma adam kimi mənə isinişdilər. Uşaqların bütün qayğılarını öz üzərimə götürdüm. Faktiki ata kimi onları himayəmə aldım".

"Problemləri birgə həll etmişik"

Təqsirləndirilən şəxs qeyd edib ki, özü həm Xaçmazdə, həm də Bakıda yaşayıb: "Bakıda olarkən təbii ki, ailəm kimi bildiyim Lalə və övladları ilə birlikdə qalmışam. Ər-arvad kimi bütün qayğıları, problemləri birgə həll etmişik.

Lalənin yaxşı münasibətdə olduğu bütün qohum və tanışları da məni onun həyat yoldaşı kimi qəbul edib. Lalənin keçmiş əri Əmirlə heç vaxt rastlaşmamışam. Lakin Lalə onun barəsində danışıb.

Ümumi söhbətlərdən həmin şəxsin narkotik aludəçisi, cinayətə meylli və davakar bir insan olduğunu, əvvəllər onu döyüb, işgəncə verdiyini, barəsində dəfələrlə polis tərəfindən araşdırma aparıldığını bilmişəm".

"Oğluna "Qubalı kişini göndər həyətə" deyə çığırdı"

Eldəniz qeyd edib ki, yanvarın 19-da saat 21.30-da Laləgildə olarkən həyətdən səs-küy, söyüş səsləri eşidib:

"Həmin vaxt Lalənin oğlu Vüqar, qızı Ləman, qardaşı qızları Səlimə və Xumar da evdə idilər. Lalə keçmiş ərinin həyətdə səs-küy saldığını, onu və uşaqları əxlaqsız ifadələrlə söyərək biabır etdiyini, bütün qonşuların da bunu eşitdiyini bildirdi.

Əmirin əxlaqsız ifadələrini şəxsən özüm də eşitdim. Lalənin oğlu Vüqar eyvana çıxdı. Əmir Vüqarı görən kimi ona "ay peysər, evdəki Qubalı kişini göndər həyətə" deyə çığırdı.

Vüqar isə qonşulardan xəcalət çəkərək dərhal evə girdi. Amma Əmir uca səslə ən nalayiq söyüşlər işlətməkdə, artıq birbaşa məni və Laləni söyməkdə, aşağılamaqda davam etdi.

Əmirin ünvanıma dediyi əxlaqsız ifadələrə, söyüşlərə görə çox əsəbləşdim. Artıq dözə bilmədim, qeyrətimə sığışdırmadım. Bu səbəbdən həyətə düşdüm".

"Yumruğun təsirindən yerə yıxıldı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt Əmirin əlində təxminən bir metr uzunluğunda uzunsov taxta parçası ilə dayandığını görüb:

"Yaxınlaşıb təxminən 1,5 metr məsafədə onunla üzbəüz dayandım. Ona ictimai yerdə olduğunu, nalayiq ifadələr işlətməməyi dedim. Məni tanımadığı halda nə üçün ünvanıma bu qədər ağır söyüşlər, əxlaqsız ifadələr işlətdiyini soruşdum.

Əmir dediklərimə məhəl qoymadı, söyləri davam etdirdi. Bu biabırçı vəziyyətə son qoymaq üçün Əmirin üstünə getdim. Həmin anda o, sağ əlini belinin arxa tərəfinə apardı. Əlini bıçağa, ya da üstündə ola biləcək hansısa silaha atdığını düşündüm. Həm Əmiri qabaqlamaq üçün, həm də mənim və Lalənin ünvanına, dövlətə və bayrağa ünvanladığı söyüşlərə dözməyərək onun üz nahiyəsinə yumruqla vurdum. Əmir yumruğun təsirindən yerə yıxıldı və dərhal qalxdı".

Eldənizin ifadəsinə görə, bundan sonra Əmirin əlində olan taxta parçasını alıb və onun alın nahiyəsinə bir zərbə vurub: "Zərbənin təsirindən Əmir yerə sərildi, uzanıqlı vəziyyətdə qaldı. Taxta parçasını yerə atdım, daha evə çıxmayaraq həmin ərazidən uzaqlaşdım. Sonra da Gəncə şəhərinə getdim".

"Barışmaq, bağışlamaq istəmir"

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Əmiri bir daha görməyib: "Gəncədə olarkən Lalə mənə zəng vurdu, Əmirin xəstəxanada olduğunu, araşdırma aparıldığını bildirdi və polisə təslim olmağımı məsləhət gördü. Mən də razılaşdım. Bakıya qayıdaraq Lalə ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gedərək təslim oldum.

Hadisəni olduğu kimi danışdım. Baş vermiş hadisəyə görə çox təəssüflənirəm, peşmançılıq keçirirəm. Heç bir halda mərhumun ölməsini istəməzdim.

Mərhumun anası ilə barışmağa cəhdlər etmişəm. Amma məni qəbul etmir və barışmır. Hüquqi varisin bütün ədavəti əslində Lalə ilə olduğundan məni bağışlamaq istəmir".

"Qızın onların evində qalmasını istəmirdi"

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində mərhumun anası Solmaz tanınıb. O bildirib ki, oğlu Əmir 2004-cü il tarixdə əmisi qızı Lalə ilə ailə həyatı qurub:

"Həmin evlilikdən 2006-cı ildə oğlu Vüqar, 2015-ci ildə qızı Ləman doğuldu. Onlar ailə qurduqdan sonra bir müddət Bayıl qəsəbəsində kirayə mənzildə yaşadılar. Təxminən 2007-ci il tarixdən etibarən Bakıxanov qəsəbəsinə köçdülər.

Əvvəllər Əmir və Lalə mehriban dolanırdılar. Ailələrində heç bir mübahisə və narazılıq olmurdu. Son 3-4 ildə onların ailəsində mübahisələr yaranmağa başladı. Bunun səbəbi isə Lalənin qardaşı qızı Səliməni yaşadığı mənzilə gətirərək orada saxlaması, həmin qızın əxlaqsız hərəkətlər etməsi və bütün bunlardan oğlum Əmirin xəbər tutması idi.

Əmir Səlimənin bu hərəkətləri barədə məlumat aldıqdan sonra qızın onların evində qalmasını istəmədi. Bununla bağlı Laləyə etirazını bildirdi. Lalə isə bu söz-söhbətlərin yayılmasında Əmiri günahlandırırdı".

"Uşaqlarla görüşə imkan vermirdi"

Solmaz qeyd edib ki, bundan sonra onların münasibətləri pozulub, daim mübahisə etməyə başlayıblar:

"28 fevral 2020-ci ildə Sabunçu rayon Məhkəməsinin qərarı ilə onlar rəsmən boşandılar. Uşaqlar Lalənin himayəsinə verildi. Həmin vaxtdan Əmir Bakıxanov qəsəbəsindəki mənzildən çıxdı, Əsli adlı qadınla ailə qurdu və onun evində yaşamağa başladı. Lalə isə iki övladı ilə birlikdə Bakıxanov qəsəbəsindəki evdə qaldı.

Lakin ayrıldıqdan sonra Lalə uşaqları Əmirə göstərmirdi. Əmir hər dəfə onun yaşadığı mənzilə gedərək övladları üçün darıxdığını desə də, Lalə buna əhəmiyyət vermirdi".

"Vəziyyətinin yaxşı olmadığını bildirdilər"

Hüquqi varisin sözlərinə görə, yanvarın 19-da, təxminən saat 22 radələrində dəfələrlə Əmirə zəng edib və harada olması ilə maraqlanmaq istəyib: "Lakin zənglərimə cavab vermədi. Buna görə çox narahat oldum, digər oğlum Eldara zəng vurdum, Əmirin zənglərə cavab vermədiyini bildirdim.

Təxminən bir neçə dəqiqə sonra Eldar mənə tanımadığım bir nömrə verdi. Həmin nömrənin polis əməkdaşına məxsus olduğunu, mənimlə danışmaq istədiklərini bildirdi. Dərhal həmin nömrəyə zəng etdim. Özünü Sənan kimi təqdim edən şəxs Əmirin döyüldüyünü, təcili tibbi yardım maşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına aparıldığını bildirdi.

Məndən Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gəlməyimi xahiş etdi. Mən də Əmirin arvadı Əsli ilə polis bölməsinə getdik. Bölmə rəisi Əmirin Eldəniz adlı şəxs tərəfindən döyüldüyünü dedi, həmin şəxsi tanıyıb-tanımadığını soruşdum. Mən tanımadığımı bildirdim.

Əsli ilə birlikdə 3 saylı şəhər kliniki xəstaxanasına getdik. Əmirin huşsuz vəziyyətdə reanimasiya şöbəsində olduğunu, onun başında, gözündə, üzündə və bədənin müxtəlif nahiyələrində bir sıra xəsarətlər olduğunu öyrəndim.

Həkimlərdən oğlumun vəziyyəti ilə maraqlandım. Əmirin vəziyyətin yaxşı olmadığını, hazırda süni nəfəs cihazına qoşulduğunu bildirdilər".

"Başını beton parçasına çırpdığını dedilər"

Solmaz qeyd edib ki, yanvarın 24-də təxminən saat 12 radələrində xəstəxanada olarkən həkimlər ona Əmirin öldüyünü bildiriblər: "Eldənizi əvvəllər tanımamışam. Əmirlə onun arasında hər hansı düşmənçilik və ya ədavət olub-olmaması barədə heç bir məlumatım yoxdur.

Oğlum vəfat etdikdən sonra hadisə olan ünvanda yaşayan insanlardan hadisənin necə baş verməsi ilə maraqlandım. Məlum oldu ki, həmin gecə Eldəniz, Lalə və Vüqar birləşərək oğlum Əmiri döyüblər, sonra onu sürüyərək binanın arxasına aparıb, döyməyə davam ediblər.

Oğlum tam huşsuz vəziyyətdə olduqdan sonra isə gətirərək binanın qarşısına atıblar. Bundan sonra Vüqar polisə zəng edib və Əmirin binanın qarşısında huşsuz vəziyyətdə olduğunu bildirib.

Həmçinin Əmirin həyətdə heç bir nalayiq ifadə işlətmədiyini, Eldənizin əlində olan taxta parçasını özü ilə evdən gətirdiyini öyrəndim.

Eşitdiyimə görə, Əmirin qonşusu Sahib Eldənizin evdə olduğundan xəbərdar olub, bu barədə ona məlumat verib. Eldəniz də öz evində başqa kişinin olduğunu bilib və bunun səbəbini soruşmaq üçün həmin ünvana gəlib.

Sahibdən başqa Seymur adlı qonşu da hadisə yerində olub. Eldənizin taxta ilə Əmiri vurduğunu, sonra isə başını yerdə olan beton parçasına çırpdığını dedilər".

"Məni biabır edib"

Cinayət işi üzrə şahid qismində ifadə verən Lalənin sözlərinə görə, oğlu Vüqar dünyaya gələnə kimi Əmir çox mehriban, sakit təbiətli bir insan olub:

"Oğlum doğulduqdan sonra isə onun xasiyyəti dəyişdi. Artıq evə gəlməməyə, evdə olarkən daim mübahisə etməyə, dava-dalaş salmağa başladı. Qaynanam Solmaz da mənimlə yola getmirdi. Əsas səbəb o idi ki, qaynanam vaxtilə Əmirə öz bacısı qızını almaq istəyib. Qayınatamsa Əmirə məni aldı.

Mübahisə və münaqişələr dözülməz vəziyyətə gəldiyinə, zərərli vərdişləri olan Əmirin dəfələrlə məni döyüb, işgəncələr verdiyinə görə boşanmaq üçün məhkəməyə müraciət etdim.

28 fevral 2020-ci ildə Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə rəsmən boşandıq. Uşaqlar mənim himayəmə verildi. Mənimlə nikahda olduğu müddətdə Əmir faktiki başqa bir qadınla da ər-arvad kimi yaşayıb.

Boşandıqdan sonra da Əmir mənə rahatlıq vermirdi. Dəfələrlə yaşadığım evə gələrək məni müxtəlif şəkildə təhdid edib, məni dəfələrlə döyərək xəsarətlər yetirib. Bütün qonşular arasında əxlaqsız ifadələrlə söyərək məni biabır edib".

"Övladlarıma atalıq edirdi"

Lalə bildirib ki, təxminən 2021-ci ilin əvvəllərində ictimai iaşə obyektlərinin birində Eldənizlə tanış olub: "Aramızda yaxın münasibət yarandı. Sonra onu övladlarımla da tanış etmək qərarına gəldim.

Eldəniz mənə və övladlarıma qarşı çox mehriban idi. Daim bizim qeydimizə qalır, bütün ehtiyaclarımı ödəyir, övladlarıma ata kimi yanaşırdı. Övladlarım da onu ata kimi qəbul edir, çox sevirdilər. Keçmiş ərim Əmirdən görmədiyim qayğını, nəvazişi bir ər kimi Eldənizdə gördüm. Ər-arvad kimi xoşbəxt yaşamağa başladıq.

Eldəniz Bakıda olarkən ər kimi mənimlə qalırdı. Bu müddət ərzində biz dini kəbin də kəsdirdik. Ətrafımdakı bütün qohum-əqrabama Eldənizi təqdim etmişəm. Hər kəs Eldənizi həyat yoldaşım kimi qəbul edib".

10 il cəza

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Eldəniz 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Eldəniz apellyasiya şikayəti verib. O, şikayətində zərərçəkmiş şəxsin onun ünvanına nalayiq sözlər işlədərək təhqir elədiyini, onu cinayətə təhrik etdiyini, birlikdə yaşadığı qadına fiziki təzyiqlər göstərdiyini, əməlinin daha yüngül maddəyə tövsif edilməli olduğunu göstərib.

Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv olunmasını, cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş edib.

Eldənizin vəkili tərəfindən də apellyasiya şikayəti verilib. Vəkil təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edilməsini, ona müvafiq maddələrin sanksiyasında müəyyən edilən aşağı həddən az cəza təyin edilməsini xahiş edib.

Hökmdən narazı qalan hüquqi varis tərəfindən də apellyasiya şikayəti verib. Hüquqi varis şikayətində təqsirləndirilən şəxsin onun oğlunu qabaqcadan əlbir olan bir qrup şəxsin iştirakı ilə qəsdən öldürməklə həyatdan mərhum etdiyini, həmin cinayətin törədilməsində Lalənin də iştirak etdiyini göstərib.

Hüquqi varis Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinməsini, Lalənin isə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini istəyib.

Tərəflərin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə onların şikayətlərini təmin etməyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2105   Tarix: 05 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

07.11.2026 204
.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

07.11.2026 164
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 188
.

Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,

07.11.2026 169
.

Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ

Türkiyə Meteorologiya Baş İdarəsi həftəsonu ölkə ərazisində təsirli olacaq soyuq və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Türkiyə mətbuatına istinadla bildirir ki, proqnoza əsasən, havanın temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Qara dəniz sahillərində intensiv yağış, ölkəni

07.11.2026 223
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

00:07 29
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

00:13 0
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

00:11 10
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

07.11.2026 171
.