Bakıda gənc oğlan hamilə arvadını bıçaqladı: "Əgər kişisənsə..." - Şok olayın təfərrüatı

Bakıda gənc oğlan hamilə arvadını bıçaqladı: "Əgər kişisənsə..." - Şok olayın təfərrüatıBakının Nizami rayonunda 1994-cü il təvəllüdlü Elnur qeyri-rəsmi yaşadığı arvadı Əsməri (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

BiG.AZ bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 11 dekabr 2021-ci ildə baş verib.

Həmin gün, gecə saat 1 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində olan Elnurla kirayədə yaşadığı Əsmərin arasında mübahisə baş verib.

Münaqişə zamanı 23 həftəlik hamilə vəziyyətdə olan Əsmərin qollarından tutaraq ona zor tətbiq etməklə yerə yıxıb. Sonra onu anası Baharın gözləri qarşısında boğmağa çalışıb.

Aktiv müqaviməti və anasının müdaxiləsi ilə Əsmər Elnurdan yayınıb və qaçmağa çalışıb. Elnur həmin otaqda masanın üzərində olan bıçağını götürüb və onun qaçmasının qarşısını alıb. Qadını saçından tutaraq özünə tərəf çəkib və bıçaqla qarın, döş qəfəsi nahiyyələrinə güclü zərbələr vurub.

Əsmər hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

"Təsadüfən tanış olduq"

İstintaq orqanı tərəfindən Elnurun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Əsmərlə təxminən 2019-cu ildə Bakı şəhərində təsadüf nəticəsində tanış olub:

"Aramızda normal münasibət yarandığından 2021-ci il aprelin 29-dan oktyabrın 18-nədək qeyri-rəsmi olaraq nikah münasibətlərində olmuşuq. Həmin dövrdə şəxsiyyət vəsiqəmi itirdiyimdən Əsmərlə rəsmi olaraq nikaha daxil ola bilmədim. Buna baxmayaraq, birlikdə faktiki olaraq ər-arvad münasibətlərində yaşadıq. Həmin dövrdə Əsmər ilə münasibətlərimiz tam qaydasında olub".

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 18-də rəsmi nikah bağlayıb və birlikdə kirayədə yaşamağa davam ediblər: "Həmin dövrdə "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "moyka"da işləmişəm, Əsmər isə işləməyib".

"Qızla mesajlaşdığımı gördü"

Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, noyabrın 26-da evdə olarkən mobil telefonda domino oyunu zamanı tanımadığı qızla mesajlaşıb: "Əsmər həmin mesajları gördü, mənə irad tutdu. Buna görə mübahisə etməyə başladıq. Bir neçə saat ərzində mübahisədən sonra evdən getməyimi istədi.

Bu sözlərin qarşılığında Əsmərdən mənə bir həftə vaxt verməsini, ondan sonra evdən gedəcəyimi və ayrılacağımı bildirdim.

Bu hadisədən sonra münasibətlərimiz pozuldu. Lakin evin kirayəsini hələ vermədiyim üçün Əsmərə kirayəpulunu verdikdən sonra evdən çıxacağımı bildirdim. Sonra münasibətlərimiz bir qədər düzəldi və evdən çıxmadım".

"Əsmər mənə "kişi ol" dedi"

Elnur deyib ki, Əsmərin anası Bahar da ara-sıra baş çəkmək üçün yaşadıqları evə gəlib:

"Dekabrın 9-da Bahar və Əsmərlə onun bacısı Vəsiləgilə getdik. Onlarda olarkən qaynanama 80 manat verdim və dekabrın 10-da Əsmərlə birlikdə gedərək yaşadığımız evə yolka ağacı almağı xahiş etdim. Daha sonra Əsmərlə birlikdə yaşadığımız evə döndük. Bir qədər sonra qayınanam da bizim yaşadığımız evə gəldi.

Ertəsi gün qayınanam Bahar və Əsmər yolka almaq üçün "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən bazara getmişdlərlər. Mən həmin vaxt işdə idim.

Əsmər anasının telefonundan mənə zəng etdi. "Nə üçün mənimlə birlikdə mağazaya gedib yolka seçimində mənə köməklik göstərmədin, pozğun qadınlara vaxt ayıra bilirsən, mənə vaxt ayırmırsan, kişi ol, ə" dedi. Qışqıra-qışqıra nalayiq ifadələr də işlətdi. Mən də ona nalayiq sözlərlə cavab verdim. "Axşam evə gəldikdə, danışacağıq" deyib telefon danışığını bitirdim".

"Xoş olmayan mesaj yazdı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, axşam saat 22 radələrində dostu Əzizlə birlikdə yaşadıqları evə gedib: "Əzizlə evə getməkdə məqsədim istilik sisteminin suyunun 1 gün əvvəl yaranmış nasazlıq səbəbi ilə evə dağılmasına görə islanmış xalçanı götürərək moykaya aparmaq idi.

Dostumla xalçanı apardıqdan təxminən bir saat sonra yaşadığımız ünvana yaxın kafelərdən birində çay içdik. Bu zaman Əsmər mənə xoş olmayan mesaj yazdı. Yenə telefonda mübahisə etməyə başladıq. Əsmər gah mənə boşanmaq istədiyini, gah da istəmədiyini bildirdi. Ona boşanmaq istəyirsə, bu fikri ilə razılaşdığımı dedim".

"Söyməməyi tələb etdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 11-də gecəyarısı evə gəlib: "Evdə Əsmərin anası Bahar məni mənzilin digər otağına çəkdi, barışmağımızı xahiş etdi. Ailəmizin dağılmasını istəmədiyini, mənim getməyimə razı olmadığını dedi.

Əsmər qonaq otağından mənə nalayiq ifadələr işlədərək anası ilə onu yolka ağacı almağa göndərdiyimi, evdən çıxmalı olduğumu, məndən boşanmaq istədiyini bildirdi. Hər dəfə Əsmərdən söyüş söyməməyi tələb etdim. Onsuz da əşyalarımı yığıb evdən getmək niyyətində olduğumu bildirdim".

"Vurmayan kişi deyil"

Elnur qeyd edib ki, Əsmər söyüş söyməkdə davam edib: "Onun sözlərindən əsəbləşdim. Qonaq otağına keçib yaxasından tutdum. Sakitləşməyi, söyüş söyməməyi bildirdim. Əks təqdirdə ona öldürəcəyim barədə xəbərdarlıq etdim. Əsmər də "öldürməyən kişi deyil" dedi.

Otaqda stolun üzərində olan mətbəx bıçağını götürdüm. Əsmərə təkrar əgər səsini kəsməsə, söyüş söyməyə davam etsə, bıçaqla vuracağımı söylədim. Əsmər yenə də "vurmayan kişi deyil" deyə təkrarladı. Bu an bıçaqla onun boyun nahiyəsindən vurdum.

Əsmər qaçmaq istədi, mənə əl-qol atmağa başladı. Növbəti bıçaq zərbəsini vurmaq istədim. Amma o, evin qapısına tərəf qaçdı. Mən isə arxadan Əsmərin saçından tutaraq geriyə çəkdim və ona bir dəfə də bıçaqla zərbə vurdum".

"Həyətdən Şərab evi"nin qarşısına getdim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Əsmər onun əlindən çıxaraq çölə qaçıb: "Mən də onun arxası ilə bloka çıxdım. Əsmər üzbəüz qonşunun qapısını döydü və oradan çıxan 2 nəfər oğlan məni Əsmərdən aralayaraq uzaqlaşdırdı. Bıçağı əlimdən aldılar.

Əsməri üzbəüz qonşunun evinə saldılar. Mən isə həyətə düşdüm, siqaret çəkməyə başladım. Yaxın ünvanda yaşayan bacanağım da gəldi. Əsmərin qanının dayanmadığını bildirdi. Nizami rayon Polis İdarəsinin yaxınlığında olan "Şərab evi"nin qarşısına getdim. Orada polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparıldım".

"Peşman olmuşam"

Təqsirləndirilən şəxs deyib ki, Əsməri öldürmək niyyəti olmayıb: "Hadisə zamanı Əsməri otaqda stolun üzərində olan böyük bıçaqla yox, kiçik bıçaqla vurmuşam. Sadəcə nalayiq ifadələrin təsirindən əsəbləşdim və hadisəni törətdim. Hadisənin baş verməsinə, belə bir vəziyyətə çatmasına səbəb Əsmərin mənə, valideynlərimin, ailə üzvlərimin ünvanına işlətdiyi söyüşlər olub. Bir anlıq özümü idarə edə bilmədim.

Neçə bıçaq zərbəsi vurduğumu xatırlaya bilmirəm. Bıçaq zərbələri vurarkən Əsmərin hamilə olduğunu bilirdim. Törətdiyim əmələ görə peşmanam".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Elnur 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1128   Tarix: 05 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

TOP MP3