Azərbaycan TÜRK düşmənlərinin sevinməyinə İMKAN VERMƏDİ - Bakıdan ANLAMLI MESAJ

Azərbaycan TÜRK düşmənlərinin sevinməyinə İMKAN VERMƏDİ - Bakıdan ANLAMLI MESAJTarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub və bu günə kimi bu münasibətlər artan xətt üzrə inkişaf edib. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb.

Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda nümayiş etdirməyi bacarıblar, tarixin sınaqlarından üzü ağ çıxmağa müəssər olublar. İndi tam əminliklə deyə bilərik ki, Bakı-Ankara münasibətləri tarixinin zirvəsindədir.

Türkiyə 44 günlük Vətən müharibəsi zamanı prezident, müdafiə naziri, XİN başçısı səviyyəsində verdikləri davamlı bəyanatlarla Azərbaycana dəstəklərini ifadə etdilər, qardaşlarının yanında olduqlarını, kənar təhdidlər olacağı təqdirdə qarşılarında Türkiyəni görəcəklərini elan etmələri Azərbaycan üçün olduqca önəmli addım idi.

Amma müharibədən sonra iki qardaş ölkənin əlaqələri daha da inkişaf etdi, bir-birinə ibütün sahələrdə inteqrasiya sarıdan çox yüksək əlaqələrin qurulduğunu, diplomatik münasibətlərin pik həddə çatdırılması istiqamətində vacib qərarların verildiyini, sənədlərin imzalandığını gördük.

Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. Lakin 2021-ci il iyunun 15-də Şuşada imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlıq bağlarının növbəti təzahürü oldu. Böyük əhəmiyyətli mühüm tarixi sənəd bir daha təsdiq etdi ki, Bakı və Ankaranın bir-birinə olan etimadı, güvəni sonsuzdur və münasibətləri heç bir düşmən məkiri, planı sarsıtmaq iqtidarında deyil.

Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ də ən çox məhz Azərbaycanı sarsıtdı. Bunu istər xalqımızın qardaş Türkiyənin acısını hər saniyə öz acısı kimi yaşaması, istərsə də, dövlət başçısımızın ölkəmizdəki Türkiyə səfirliyinə gedərək başsağlığı verib, dost-qardaş ğlkənin acısına şərik olduğumuzu növbəti dəfə nümayiş etdirməsindən də gördük: "Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır".

Bu ifadələri ancaq bir-birinə inanan, güvənən, dərdini öz dərdi bilən, ağrı-acısını ğzününkü hiss edən bir dövlət xadimi qeyd edə bilərdi.
Ətraflı

Azərbaycan zəlzələdən 19 gün gedirə qalmasına baxmayaraq bu gün də istənilən formada Türkiyəyə dəstək olmaq, yaranan çətin vəziyyətdən çıxış yolları tapmaq üçün Ankaraya öz qardaş əlini uzatmaqda davam edir.

Və nəhayət, bu gün - Fevralın 25-də Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfər edərək İstanbulda Rəcəb Tayyib Ərdoğanla görüşdü.

Görüşdə İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, həmkarı Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına yenidən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verdi, xəsarət alanların tezliklə şəfa tapmasını arzuladı. Dövlətimizin başçısı bu faciədən çox kədərləndiyini və onun Azərbaycan xalqını dərindən məyus etdiyini bu sözlərlə ifadə etdi: "Türkiyədəki faciə Azərbaycan xalqını dərindən sarsıtdı".

Görüş əsnasında Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduqlarını bildirən dövlət başçımız ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd etdi, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Azərbaycanın humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırdı və qardaş Türkiyənin bu dəhşətli zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini qeyd edib.

Azərbaycan zəlzələ baş verdikdən sonra Türkiyəyə bütün istiqamətlərdə dəstək verdi, İlham Əliyev zəlzələnin dağıtdığı şəhərlərin bərpasında da iştirak edəcəyimizi səfirlik binasında olarkən də açıqlamışdı. Azərbaycan Prezidenti bu gün Türkiyəyə səfər etməklə bir daha Azərbaycan və Türkiyə dövlətləri arasında münasibətlərin qardaşlıq səviyyəsində olduğunu növbəti dəfə göstərmiş oldu.

Sirr deyil ki, bu gün Türkiyə gündən-günə güclənməklə dünyada çox fəal və önəmli aktora çevrilir. Bölgədə gedən proseslərdə də Türkiyənin təsir imkanları artır. Bu da təbii olaraq ən çox Bakını sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq. Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəli və genişdir. Əlbəttə ki, bu əlaqələr çox möhkəm tarixi və mədəni köklər əsasında qurulub. Xalqlarımız arasındakı doğmalıq, dostluq, qardaşlıq duyğuları dövlətlərarası bu əlaqələri günü-gündən daha da möhkəmləndirir. İlham Əliyevin Türkiyə səfəri bu qardaşlığın-dostluğun əbədi və sarsılmaz olduğuna növbəti mesajdır.(milli.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 921   Tarix: 26 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəmkirdə öldürülən 19 yaşlı gəncin atası: "Həkimə vaxtında çatdırılsaydı, yaşayardı"

Şəmkir rayonunun Kür qəsəbəsində 16 yaşlı yeniyetmə tərəfindən qətlə yetirilən 19 yaşlı Ramal Quliyevin atası Malik Quliyev hadisə ilə bağlı danışıb. BİG.AZ "Teleqraf"a istinadən xəbər verir ki, ata oğlunun xəstəxanaya vaxtında çatdırılmadığını bildirib:. "Oğlumu bıçaqlayıb öldürüblər

05.04.2026 482
.

Tramp İranda vurulmuş "F-15E" qırıcısının ikinci pilotunun xilas edildiyini təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp İran ərazisində vurulmuş "F-15E" qırıcısının ikinci ekipaj üzvünün uğurla xilas edildiyini təsdiqləyib. xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında paylaşım edib. "Biz onu xilas etdik! Əziz həmvətənlər, son bir neçə saa

05.04.2026 428
.

Fransada 2000 illik antik yaşayış məskəni aşkarlanıb

Fransanın Marsel şəhərinin yaxınlığında təxminən 2 00 il yaşı olan antik yaşayış məskəninin ərazisində genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır. xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb. Qeyd olunub ki, yanvar ayından etibarən başlayan işlər təxminən 4 00 kvadratmet

05.04.2026 219
.

İran köhnə raketlərlə hücuma keçir: Müdafiə sistemləri risk altında

İran ABŞ və İsrailin hava hücumundan müdafiə sistemlərinə qarşı çox sayda köhnə raketlərdən istifadə edir. xəbər verir ki, bu barədə ABŞ ordusunun polkovnik-leytenantı Daniel Devis özünün YouTube kanalında bildirib. Ekspert qeyd edib ki, İran müxtəlif nəsil raketlər və buraxılış qurğularından ibarə

10:53 240
.

Sevdiyi qızın qardaşı tərəfindən qətlə yetirilən Ramal - FOTO

Xəbər verdiyimiz kimi, Şəmkirdə 19 yaşlı Ramal Quliyev yaranan mübahisə zəminində qətlə yetirilib. BİG.AZ "Qafqazinfo"ya istinadən onun fotosunu təqdim edir. Xatırladaq ki, qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən oğlanın bacısını sevirmiş. Hadisəni törədən yeniyetmə gecə saatlarınd

05.04.2026 694
.

Ermənistandan mesaj: Qaz qərarı siyasi addımlara səbəb ola bilər

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması gözlənilməz ssenari hesab olunur. xəbər verir ki, bu barədə TASS agentliyi Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın açıqlamasına istinadən məlumat yayıb. Simonyan bildirib ki

11:22 185
.

Tramp: "ABŞ-nin İranla müharibəsi NATO üçün sınaq idi"

"ABŞ-nin İrana qarşı hərbi əməliyyatı NATO üçün sınaq xarakteri daşıyıb". TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ABC telekanalına müsahibəsində deyib. "Bunu sınaq kimi etdim. Mənə bu lazım deyil, düzdür? NATO kağızdan pələngdir, onların gəmiləri yoxdur

05.04.2026 445
.

İranda 30-dan çox universitet bombalanıb, 60 tələbə ölüb

ABŞ və İsrailin fevralın 28-də İrana hücumları başlayandan bəri 30-dan çox universitet hədəf alınıb, 60 tələbə ölüb. "Report" xəbər verir ki, bu barədə SNNTV məlumat yayıb. "30-dan çox İran universitet bombardman edilib, 60 tələbə həlak olub", - məlumatda bildirilib. Qeyd olunub ki

05.04.2026 241
.

Tramp: "İranla aprelin 7-dək razılaşma əldə olunması ehtimalı yüksəkdir"

"ABŞ ilə İran arasında aprelin 7-dək razılaşmanın əldə olunması ehtimalı yüksəkdir". xəbər verir ki, bu barədə ABŞ Prezident Donald Tramp "Axios" portalına açıqlamasında deyib. "Bunun üçün yüksək şans var, amma razılaşmaya getməsələr, orada hər şeyi partladacağam", - dey

05.04.2026 464
.

TOP MP3