Türkiyə PA: "Seçkilərin təxirə salınması gündəlikdə deyil"

Türkiyə PA: "Seçkilərin təxirə salınması gündəlikdə deyil""Türkiyədə seçkilərin təxirə salınması gündəlikdə deyil".

"Report" NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

O bildirib ki, hazırda prioritet baş vermiş zəlzələnin təsirlərinin aradan qaldırılmasıdır:

"Zəlzələ nəticəsində itkilərimiz oldu. Hazırda onlarla məşğuluq. Dövlət – millət vəhdəti nəticəsində problemlərimizi həll edəcəyik".

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində azı 44 218 nəfər ölüb.

Zəlzələ ilə əlaqədər seçkilərin vaxtının təxirə salınacağı iddia edilir.

Xatırladaq ki, seçkilərin mayın 14-də keçirilməsi planlaşdırılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 623   Tarix: 25 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-nin 25 ştatı yeni tariflərə görə Tramp Administrasiyasını məhkəməyə verib

Demokratların rəhbərlik etdikləri ABŞ-nin 25 ştatından ibarət koalisiya idxal mallarına yeni tariflərin tətbiq edilməsi ilə əlaqədar Prezident Donald Tramp Administrasiyasına qarşı iddia qaldırıb. -ın DW nəşrinə istinadla verdiyi məlumata görə, iddiaçı ştatlar 60 tərəfdaş ölkədən idxal olunan və ümum

04.08.2026 170
.

Pilot uçuşdan sonra saxlanıldi: indi ölüm cəzasıilə üzləşib: çantasında nə tapılıb?

Testlər göstərib ki, kişi uçuş zamanı bira anda bir neçə növ narkotik istifadə edib. İndoneziyada 39 yaşlı pilotun əl baqajında 70 min dən çox ekstazi həbi tapıldıqdan sonra həbs edilib. Müstəntiqlərin sözlərinə görə, kişi yalnız narkotik daşımayıb, həm də beynəlxalq uçuş zamanı onların təsiri altınd

04.08.2026 216
.

Yeniyetməni telefondan uzaqlaşdırmağın 3 üsulu

"Bir də beş dəqiqə"! - demək olar ki, hər valideynin eşitdiyi bu cümlə axşamları evdə gərginliyə səbəb ola bilir. 12-17 yaşlı yeniyetmələrə qoyulan sərt qadağalar isə əksər hallarda etiraz və gizli müqavimətlə nəticələnir. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, qadağalarda

04.08.2026 225
.

TikTok və Instagram videoları miqrant böhranını dərinləşdirdi

Sosial şəbəkələrdə yayılan paylaşımlar Mərakeşlə İspaniya arasındakı sərhədi keçməyin asanlaşdığı barədə təsəvvür yaradaraq on minlərlə miqrantın Şimali Afrikadakı İspaniya anklavı Seutaya axınına səbəb olub. xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb. Məlumata görə, prose

04.08.2026 177
.

Şahbuzda 3 ballıq zəlzələ oldu

Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 11:54-də baş verən zəlzələnin maqnitudası 3 olub. Yeraltı təkanlar 7 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədə

04.08.2026 188
.

Danimarka Şahzadəsi 11 ay hərbi xidmət keçəcək

Danimarka Şahzadəsi İzabella orduda hərbi xidmətə başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Danimarkanın "BT" qəzeti məlumat yayıb. Məlumata görə, Şahzadə İzabella Slagelsedəki Antvorskov kazarmasına gəlib və o, 11 ay müddətində alayda hərbi xidmət keçəcək. Nəşr əlavə edi

04.08.2026 170
.

Rəcəb Rəhimli vəzifəsindən azad olundu - YENİ TƏYİNAT

Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikas

04.08.2026 223
.

Talibana qarşı yeni cəbhə açıldı - Keçmiş əfqan general silaha sarıldı

ABŞ və NATO tərəfindən dəstəklənmiş keçmiş əfqan generalı Sami Sadatın rəhbərlik etdiyi "Birləşmiş Əfqanıstan Cəbhəsi" Taliban rejiminə qarşı hərbi əməliyyatlara başladığını elan edib. General Sadat bildirib ki, məqsədləri "Əfqanıstanı azad etmək və hakimiyyəti xalqa qaytarmaqdır"

04.08.2026 213
.

Bəhruz Quliyev: Talibanı devirmək təkcə hərbi yolla mümkün deyil

"Son günlər müxtəlif informasiya mənbələrində ABŞ və NATO-nun dəstəyi ilə Taliban hakimiyyətinə qarşı yeni əfqan müqavimət qüvvələrinin formalaşdırılması barədə iddialar yayılır. Bu məlumatların əksəriyyəti hələlik rəsmi təsdiqini tapmasa da, Əfqanıstan ətrafında yeni siyasi və hərbi prosesləri

04.08.2026 219
.

TOP MP3