Otelə göndərilən azərbaycanlı qızlar polisə zəng etdi...
İnsan alverində təqsirləndirilən Qubadlı rayon sakini, 1962-ci il təvəllüdlü Məsdan Dadaşovanın məhkəməsi başa çatıb.
BiG.AZ Globalinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Məhkəmədə bildirilib ki, Məsdan Dadaşova 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayının ortalarınadək Sumqayıtdan Könül, Günel və Günay adlı 3 qızı aldadaraq yaşadığı Türkiyənin Aksaray şəhərinə aparıb. O, həmin qızları Türkiyədə gəlirli işlə təmin edəcəyini bildirərək aparıb və onları kirayə tutduğu evdə yerləşdirib. Qızların sənədlərini ələ keçirən Məsdan daha sonra onları hədələyərək və çıxılmaz vəziyyətə salaraq fahişəliyə məcbur edib və müxtəlif şəxslərlə görüşərək pul qarşılığında cinsi əlaqədə olmağa məcbur edib. Məsdan Dadaşov insan alveri əməllərini özünün yaşadığı pansionatda da davam etdirib və qızları müştərilərlə orada da görüşdürüb.
Qızlardan ikisi daha sonra Məsdan tərəfindən otelə göndərilərkən oradan polisə zəng edib. Onlar insan alveri qurbanı olduqlarını bildiriblər və polisin köməkliyi ilə Türkiyədən Azərbaycana deportasiya ediliblər. Digər qız isə Məsdanın yanında qalıb və onun təşkilatçılığı ilə hər gün azı 4 nəfərlə görüşərək cinsi əlaqədə olub. Lakin həmin qız da sonradan Azərbaycana qayıdıb və Məsdanın əməlləri barədə məlumat verib.
Bundan sonra Məsdan Dadaşov barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və daha artıq şəxsə qarşı törədildikdə) maddəsi ilə iş açılıb. O, ötən ilin mart ayında tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmü ilə M.Dadaşov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına hökm edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1144 Tarix: 25 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev yeni icra başçısı təyin etdi
Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Naxcıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb
04.08.2026 271 Xalq artistinin hovuz şəkilləri tənqidə səbəb oldu
Xalq artisti Şahnaz Haşımova sosial şəbəkədə paylaşdığı foto ilə izləyicilərinin tənqidinə tuş gəlib. Qaynarinfo xəbər verir ki, müğənni istirahət mərkəzlərindən birində hovuzda dincələrkən şəkil çəkdirərək sosial şəbəkə hesabında paylaşıb. Paylaşım izləyicilər arasında birmənalı qarşılanmayıb. Onları
04.08.2026 472 Rəcəb Rəhimli vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikas
04.08.2026 223 Seuta böhranı Aİ-də fikir ayrılıqlarını üzə çıxardı
İspaniyanın Seuta şəhərində yaranmış miqrant böhranı fonunda Avropa İttifaqının birlik nümayiş etdirə bilmədiyi bildirilir. xəbər verir ki, bu fikri Associated Press (AP) agentliyinə açıqlamasında Fransa maliyyə qrupu Natixis-in Asiya-Sakit okean və Yaxın Şərq üzrə baş iqtisadçısı Alisiya Qarsiya-Herrer
04.08.2026 172 Yaşamaq üçün ən ideal ölkə açıqlandı
2026-cı ildə köçmək üçün dünyanın ən əlverişli ölkələrinin reytinqi açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, Qlobal Köçmə İndeksinə əsasən, siyahıya Baltikyanı ölkə olan Estoniya başçılıq edir. "Rumavi" tərəfindən hazırlanan Qlobal Köçmə İndeksi 192 ölkəni 24 fərqli meyar üzrə qiymətləndirib
04.08.2026 177 Prezidentdən Naim Cahidzadə ilə bağlı iki SƏRƏNCAM
Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikas
04.08.2026 244 "İkinci Yer"in izləri tapıldı
Alimlər Yerdən təxminən 49 işıq ili uzaqlıqda yerləşən ekzoplanetdə atmosferin mövcudluğuna dair mühüm dəlillər əldə ediblər. Tədqiqatçılar hesab edirlər ki, LHS 1140b adlı planet həyat üçün əlverişli şəraitə malik ola biləcək ən maraqlı namizədlərdən biridir. "Qafqazinfo" xəbər verir ki, "Supe
04.08.2026 139 Avqustun 15-dən qatarlar "Nizami"-"28 May" arasında işləməyəcək - Video
Avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start verilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, 10-11 aylıq tikinti müddətində qatarlar "Nizami"28 May" arasında fəaliyyə
04.08.2026 287 "AzerGold" QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
"AzerGold" QSC tərəfindən "Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması" layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim və mediatur təşkil olunub. Səhmdar Cəmiyyətinin fəaliyyətinin 10 illiyi çərçivəsində keçirilən tədbirdə ölkənin aparıcı onlay
04.08.2026 200