"Qarabağ"ın sabiq hücumçusu: "Çempionluğu çoxdan təmin ediblər"
"Qarabağ" çempionluğu çoxdan təmin edib".
Bunu "Report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Rauf Əliyev Ağdam klubunun Premyer Liqadakı şansları ilə bağlı danışarkən deyib.
Bu il karyerasını başa vuran 34 yaşlı hücumçu "Qarabağ"ın ən yaxın izləyicisindən 8 xal öndə olduğunu xatırladaraq, bu mübarizədə onları rəqibsiz hesab edib: "Qarabağ" hazırda ikinci pillədəki "Sabah"ı xeyli qabaqlayır. İnanmıram ki, "Sabah" onlara çata bilsin. Görünən odur ki, "Qarabağ" bu mövsüm də çempion olacaq. Bundan sonra da bütün diqqətini Premyer Liqaya yönəldə biləcək".
Həm "Qarabağ", həm də "Neftçi"nin formasını geyinmiş Əliyev bu komandalar arasında fevralın 27-də çempionatın XXIV turunda keçiriləcək qarşılaşmaya da münasibət bildirib: "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində "Gent"dən aldığı zərbənin təsirini hiss edəcək. Ancaq onlar dəfələrlə belə situasiya ilə üzləşiblər. Avrokubokda hansısa böyük kluba məğlub olduqdan sonra çempionatda qələbə qazanıblar. Bu üzdən həm çempionatdakı liderliyini, həm də neçə ildir "Neftçi" önündəki üstünlüyünü nəzərə alsaq, Ağdam klubu yenə favoritdir".
Gənc mütəxəssisin fikrincə, "Qarabağ"ın ən böyük üstünlüyü zəngin heyətə malik olmasıdır: "Qarabağ"da elə heyət formalaşıb ki, orada ehtiyat qüvvə söhbəti yoxdur. Hamısı keyfiyyətli futbolçudur. Onların indiki ehtiyat qüvvəsinə fikir verin – Qara Qarayev, Maksim Medvedev, Yassin Benzia və digər yeni transferlər. "Neftçi" önündə də onlar çıxış edəcəklər. Bu üzdən belə oyunçulara ikinci heyət üzvü deməzdim".
O, yenə də "Azersun Arena"dakı qarşılaşmanın ev sahibləri üçün asan keçməyəcəyini düşünür: "Bu komandalar arasındakı oyunlar həmişə maraqlı olub. Yenə gərgin mübarizə gözləyirəm. Məncə, "Neftçi" rəqibinə müqavimət göstərə biləcək. "Qarabağ" üçün rahat olmayacaq. Şansları bərabər sayıram".
Qeyd edək ki, Rauf Əliyev 2006-2013-cü illərdə "Qarabağ"ın, 2014/2015 mövsümünün ikinci, 2019/2020 mövsümünün isə ilk yarısını "Neftçi"nin heyətində keçirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 513 Tarix: 25 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
07.11.2026 180 "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
07.11.2026 133 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
07.11.2026 172 HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
07.11.2026 194 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır
07.11.2026 186 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı
Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır
07.11.2026 236 Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir
Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma
07.11.2026 173 Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet
00:29 81 Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"
"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak
07.11.2026 147