"Toylara gedirəm, amma biznesə çevirmirəm" - Elnarə Xəlilova ilə MÜSAHİBƏ

"Toylara gedirəm, amma biznesə çevirmirəm" - Elnarə Xəlilova ilə MÜSAHİBƏÖtən həftə müğənni Elnarə Xəlilovanın rəhbərlik etdiyi "El Yaradıcılıq Mərkəzi"nin ifaçılarından birinin mahnısı işıq üzü gördü. Klipin təqdimatında Elnarə xanımla yanaşı bir çox məşhurlar da iştirak edib.

BiG.AZ xəbər verir ki, Sonxeber.az saytının müxbiri, fürsətdən istifadə edərək, Elnarə xanıma bir neçə sual ünvanlandırıb.

Sözügedən müsahibəni təqdim edirik:

- Elnarə xanım, uzun müddətdir efirlərdə yox idiz, belə bir proyektlə gündəmə səs saldız. Başqa hansı yeni layihələriniz olacaq?

- Layihələrimiz çoxdur, bəli. Proyektlərimi mütəmadi olaraq youtube kanalımda çıxarıram. Axırıncı layihəmiz tələbələrimlə birlikdə hazırladığım Yeni İl proyekti olub. Gələn həftələrdə yeni klipimin işıq üzü görəcək.Yeni klipimiz İsveçdə çəkildi. Bunu da sizin sayt vasitəsi ilə sevənlərimə çatdırmaq istəyirəm.

- Bugün təqdimatda yanınızda kifayət qədər sənət dostların var. Bəs hansı sənət dostlarınızı dəvət eləmişdiz gəlməyiblər?

- Bugün kimi dəvət eləmişdimsə hamısı gəldi. Xuramana da səs atdım dəvət eləmək üçün. O da rayona gedirdi deye heç nə demədim. Mərkəzimizin yaxın dostları hazırda yanımdadır.

"Toylara gedirəm, amma biznesə çevirmirəm" - Elnarə Xəlilova ilə MÜSAHİBƏ- İllər öncəki Elnarə xanımla indiki Elnarə xanım arasında hansı fərqlər var?

- Düşünürəm ki, çox dəyişmişəm. Yer və göy qədər fərq var. Köhnə Elnarə daha şıltaq, şən idi, amma yaş artıq öz sözün deyir. Mən həmçinin nümunəvi valideyn, pedaqoqam. İstər təlim-tərbiyə, istər geyim, əxlaq hər şeydə mən onlara nümunə olmalıyam. O vaxt özümü bəyəndirməklə məşğul idim, sonra bəyəndilər axır kı (gülür) Bəyənən bəyəndi məni evləndim, bu andan sonra məqsədim bu mədəniyyətə xidmət etməkdir. Bu mədəniyyət yaşamalıdır, öyrədilməlidir və düzgün istiqamət ötürülməlidir.

- Elnarə xanım siz duetlərlə də yadda qalmısız. Bəs kiminlə yenidən duet oxumaq istəyərdiz?

- Hazırda duet oxumaq istəyəcəyim ağlımda heç kim yoxdur. Son duetim Samirə ilə oldu, çox uğurlu olduğun düşünürəm. Mənə görə əsas duet oxumaq istədiyim şəxs yox, mətn önəmlidir. İlkin olaraq mahnının sözlərinə fikir verirəm.

- Konflikdən uzaq birisisiz, bəs olub ki kimlərisə yola vermisiz dalaşmaq istəməmisiz?

- Əlbəttə olub. Elə halda səbrli insan kimi bir, iki dəfə keçirəm. Sonra özünə zəng edib yerini göstərirəm. bildirirəm ki, sən mənim həmkarımsan, həmkar həmkarına qarşı belə hörmətsizlik, bu hərəkəti eləməz. Susdurmağı bacarıram. İmkan vermirəm məsələ böyüyüb, yayılsın.

- Küsülü olduğunuz kimsə var?

- Xeyr, Allah bağışlayandısa biz kimik ki bağışlamayaq. Mənim tək nifrət elədiyim qonşularımdı. Məcbur onlara dözməliyəm.

- Toylara gedirsiz?

- Bəli, gedirəm. Amma bunu biznesə çevirmirəm.

- Konsert verməyi düşünürsüz?

- Təbii ki. Pandemiya düşməsəydi konsert olacaqdı. Amma bu il səhnədə 25 illiyimdir. 25 ədəd mahnı proqramı ilə 25 May konsert verməyi düşünürəm.

- Müğənni olmasaydız, hansı ixtisasda özünüzü görürsüz?

- Mən pedaqoqam,istənilən fənni, biliyi tədris edə bilərəm. Bildiyini öyrətmək xüsusi bacarıq tələb edir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2236   Tarix: 22 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.