Tərtərdəki qadın məmurun qətlinin ŞOK TƏFƏRRÜATI: Səbəb namus məsələsi imiş?
Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayonunda baş verən dəhşətli qətllə bağlı yeni təfərrüat ortaya çıxıb.
BiG.AZ xəbər verir ki, bu barədə Moderator.az-a saytı yazıb.
Qeyd edək ki, qatil 1969-cu il təvəllüdlü Asəf Məmmədov (qatilin doğum tarixi bundan öncəki rəsmi və qeyri-rəsmi məlumatlarda yanlış göstərilib) 1981-ci il təvəllüdlü həyat yoldaşı Gülnar Məmmədovanı və həyətlərində usta işləyən 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevi qətlə yetirib.
Əri tərəfindən qətlə yetirilən mərhum Gülnar Məmmədovanın qohumları baş vermiş dəhşətli hadisənin bəzi təfərrüarını açıqlayıblar. Bəlli olub ki, cinayətkar izi azdırmaq və törətdiyi ağır cinayəti yüngülləşdirmək üçün öz aləmində hiyləgər bir yola əl atıb:
"Gülnar Məmmədova öz namusu, ləyaqəti, bacarığı və işində peşəkarlığı ilə seçilən bir şəxs olub. Həyat yoldaşı illərdi "Topaz"da qumar oynayıb və heç cür onu bu bəladan çəkindirmək mümkün olmayıb. Nəticədə külli miqdarda pullar uduzub və hər dəfə mərhum həyat yoldaşını gah dilə tutmaqla, bu alınmadıqda hədə-qorxu gəlməklə pul alaraq, bəzən hətta qızı-zinət əşyalarını satdıraraq, qumardakı borcunu ödəyirmiş. Üstəlik, mərhum həyat yoldaşının qardaşları da kürəkənin hərəkətlərindən boğaza yığılıblarmış və bəzən onlar da qatilin borcunu ödəmək üçün ona pul verirmişlər. Qətli gecə saat 4 radələrində törədib və yatdığı yerdə Gülnar Məmmədovanın boğazını kəsib.
Sonuncu dəfə qətldən bir həftə qabaq qatil Asəf Məmmədov Gülnar Məmmədovadan pul istəyəndə vermədiyinə görə onu ölümlə hədələyib. Asəf Məmmədov öz cinayətini ört-basdır edərək, bunu namus üstündə törətdiyini quraşdırmaq üçün heç bir günahı olmayan 1991-ci il təvəllüdlü usta Namiq Allahverdiyevi də qətlə yetirib. Halbuki həmin usta hədsiz dərəcədə kasıb bir adam olub və öldürüləndə üstündə 20 manatlıq köhnə telefon olub.
Təsəvvür edin ki, qətli törədəndən sonra Asəf uşaqlarını götürüb aparıb atasıgildə qoyub. İçki aludəçisi olan Asəf sonra gedib rayon mərkəzindəki kafelərdən birində xaş yeyib qayıdıb və həyətdə işləyən ustanı tüfənglə 2 güllə vurmaqla qətlə yetirib. Usta həyətdə tək deyilmiş. Atası ilə birlikdə imiş, onu öz atasının gözü qarşısında qətlə yetirib. Atası qaçıb camaatı köməyə çağırsa da, gec olub. İki qətl arasında təxminən 6 saat vaxt fərqi olub".
Qeyd edək ki, Tərtər İcra Hakimiyyətində baş məsləhətçi işləyən və iki ali təhsili olan Gülnar Məmmədovanın iki azyaşlı övladı - bir qızı, bi oğlu qalıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1356 Tarix: 20 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
07.11.2026 194 Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir
Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma
07.11.2026 173 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind
07.11.2026 182 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
07.11.2026 168 İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs
01:19 0 Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
00:21 80 ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb
ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini
07.11.2026 175 PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
00:19 92 Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
00:11 128