Məşhur modellə eşq yaşadı, Vüqar Biləcərinin ölümündə günahlandırıldı...

Məşhur modellə eşq yaşadı, Vüqar Biləcərinin ölümündə günahlandırıldı...Əslən İmişli rayonundan olan Əzimov Orxan Əzim oğlu 1987-ci il sentyabrın 9-da Bakı şəhərinin Lökbatan qəsəbəsində evin sonbeşiyi olaraq anadan olub.

1993-cü ildə Lökbatanda 106 saylı orta məktəbin 1-ci sinfinə gedib. O, 2001-ci ildən meyxana deməyə başlayıb. Ustadının Aydın Lökbatanlı olduğunu deyən Orxan 2004-cü ildə orta məktəbi başa vurub.

***

O, Azərbaycanda ən çox qadın azarkeşi olan meyxanaçılardan biri hesab olunur. Orxan Lökbatanlı müasir meyxanada qızıl dördlükdən biri hesab olunur.

O, 2004-cü və 2008-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" və "Sözüm Var" meyxana yarışmalarında iştirak edib. "De Gəlsin" realiti verilişində Ülvi Nəsirliyə məğlub olaraq yarışı dayandırıb və 4-cü yerə layiq görülüb.

***

Həmin il lökbatanlı meyxanasevərlərlə bir-birlərinə söz verirlər ki, "De gəlsin"ə qəbul edilsələr, Bakının mərkəzindən Lökbatana qədər piyada gedəcəklər. Qəbul olunandan sonra isə onlar bu vədə əməl ediblər.

***

Orxan "De gəlsin"dən sonra uzun illər çalışsa da, diqqəti cəlb edə bilməyib və meyxanaçını məşhurlaşdıran, ona pul qazandıran yeganə məkan olan toyxanalara ayaq açmağa çətinlik çəkib. Bu proses 2008-ci ilə qədər davam edib.

2008-ci ildə o, "De, gəlsin" layihəsində Vüqar Əbdülovun "Bizimkilər" komandası ilə Kərimin "Qara qartallar" komandasının qarşılaşmasında ("Bizimkilər" komandasında) diqqət çəkməyi bacarır. Bu yarışda Orxan çox uğurlu çıxışlar edir, yaddaqalan ev tapşırıqlarına imza atır.

***

Bundan sonra Orxanın uğurlar silsiləsi başlayır. Və bu uğurların təminatı olan toylarda ona tələbat artır.

***

Meyxana sənətini kişi sənəti hesab edən Orxan bu məsələyə aydınlıq gətirərək müsahibələrinin birində deyir:

"Mən bu barədə fikrimi bir neçə dəfə də efirdən demişəm, çoxlarının, elə, deyəsən, meyxanaçı Samirənin xətrinə dəymişdi. Ancaq mən yenə deyirəm ki, bu məsələyə normal baxmıram. Meyxana kişiyə məxsus sənətdir. Çünki bu sənətin içərisində deyişmə var. Çərçivəsində, hər şeyi qaydasında olan ədəbli deyişmədir. Amma bu deyişmənin içərisində əsəbdən, qəzəbdən, hirsdən adam bir-birinə hərdən elə söz deyir ki, biz kişi olaraq bunu qəbul edirik və cavabını da veririk. Məsələn, bir toyda, el şənliyində beş yüz nəfərin içərisində bir qadın çıxıb meyxana deyir, qarşı tərəf də ona cavab verir, sataşır, söz atır, deyişir. Mənim qanacağım imkan verməz ki, durum qadın xeylağına bu cür cavab verim. Toylar olan vaxtı Bakı kəndlərində meyxana həmişə toyların axırına qalıb. Saat 3, 4, 5-ə qədər çəkib. Toylar olan vaxtı mənim yadıma gəlmir ki, normal insanlar kimi saat 9-da, 10-da evə gəlim. Bunu tək mən yox, bütün meyxana deyənlər etiraf ediblər. Saat 4-ə, 5-ə qədər çəkən toyda qadının qalmağı düzgün deyil".

Gəncliyində böyük bir sevgi yaşayan Orxanın bu məhəbbətinin nakam olduğu dildən dilə gəzir. Ancaq meyxanaçı özü bu haqda heç zaman danışmır.

2006-cı ildə o, Abbasova Səbinə ilə ailə qurub. Onun bu evlilikdən 2 övladı dünyaya gəlib. Ancaq bu evlilik 2010-cu ilədək davam edir. 2-ci ailə həyatı 2011-ci ildə Bağırova Kəmalə ilə olur, bu evlilikdən 1 övladı dünyaya gəlib və evlilik hələ də davam edir.

Bir neçə il əvvəl meyxanaçının model Aysu Bədəlzadə ilə eşq yaşadığı ilə bağlı xəbərlər mətbuatda yayılmağa başladı. Ancaq tanınmış meyxanaçı sözügedən xəbərin yalan olduğunu bildirərək, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirir.

***

Meyxanaçı dostu Rəşad Dağlı bugünkü meyxana aləminin tacı hesab edir. Ancaq dostları ilə münasibətlərində o, birmənalı qarşılanmayıb. Belə ki, meyxana aləmində, hətta Orxanın lap yaxın çevrəsində yaxın dostu Vüqar Biləcərinin ölümündə, daha doğrusu, onun pis vərdişlərə mübtəla olmasında Orxanı günahlandırıblar. Bu barədə meyxanaçı müsahibələrinin birində deyir:

"Biz Vüqarla ailəvi yaxın olmuşuq. Boş söhbətlərdir. Digər tərəfdən, Vüqarın ölümünə səbəb kimi hamı narkotiki göstərir. Amma belə deyil. Vüqar anasına çox bağlı insan idi. O, anası ilə nəfəs alırdı. Beş-altı il əvvəl Vüqarın anası Mətanət xanım 50 illiyində paralic oldu. Ondan sonra Vüqarın yaşamağa həvəsi qalmadı. Meyxanaya olan həvəsi də itmişdi. Onun ağır xəstəliyi vardı. Hər şey kənardan görsəndiyi kimi deyil. Bizim içimiz özümüzü, çölümüz özgəni yandırır. Aydın öləndən sonra hərə bir söz danışdı. Biri dedi, Aydını filankəs narkotikaya oturdub, digəri dedi, Aydının evini filankəs yıxdı və s. Bilirsiniz, heç kim heç kimə nəyisə məcbur elətdirə bilməz. Mən Vüqarı neçə illərdi tanıyırdım. O, elə düşüncənin, ağılın, imanın sahibi deyildi ki, kimsə nəyəsə məcbur etsin. Cəsarətli oğlan idi. Heç kim istəməzdi Vüqar ölsün. Mən bu barədə pis danışan insanlara demək istəyirəm ki, Vüqarın dünyadan getməsi mənim qanadımın birinin qırılması demək idi. Mən bu cür sözlər danışan adamlara insafdan, vicdandan bixəbər olanlar deyirəm. Çünki hər şeydən əvvəl mən bir dost itirmişəm. Meyxananı da bir kənara qoyuram. Dərdim, problemim olanda atamla yox, Vüqarla məsləhətləşmişəm. İndi Vüqarın ölməyi sizcə mənə sərf edər? Görün nə qədər amansız insanlar var. Bu söhbətlər mənim özümə də gəlib çatıb. Tək mənim yox, bir neçə meyxanaçının adı hallanıb bu söhbətlərdə. Amma inanın, hamısı boş söhbətlərdir".(moderator.az)


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 11849   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.