Türkiyə mallarının qiymətləri bahalaşacaq? - ARAŞDIRMA

Türkiyə mallarının qiymətləri bahalaşacaq? - ARAŞDIRMATürkiyə-Azərbaycan iqtisadi münasibətləri, ticarət dövriyyəsi ölkəmiz üçün kifayət qədər vacibdir. Amma "əsrin fəlakəti"nin coğrafiyasına və Türkiyəyə ixracatımızın strukturuna diqqət yetirsək, görərik ki, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək".

Türkiyədə baş verən zəlzələnin ölkəyə vurduğu maddi ziyan milyardlara bərabərdir. Təbii fəlakətin iqtisadi nəticələri ilə yanaşı, Azərbaycanla ticarət dövriyyəsinə təsirləri də müzakirə olunur.

Maraqlıdır, böyük itkilərə səbəb olan "əsrin fəlakəti" Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə necə təsir göstərəcək?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır

Millət vəkili Vüqar Bayramov deyir ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı, xarici ticarətdə ikinci ən böyük tərəfdaşıdır:

"2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşmışdı. Azərbaycanın həm ümumi ticarətində, həm qeyri-neft ixracatında Türkiyənin xüsusi pay var. Bu baxımdan təbii ki, Türkiyə-Azərbaycan iqtisadi münasibətləri, ticarət dövriyyəsi ölkəmiz üçün kifayət qədər vacibdir. Amma "əsrin fəlakəti"nin coğrafiyasına və Türkiyəyə ixracatımızın strukturuna diqqət yetirsək, görərik ki, zəlzələ iki ölkə arasındakı iqtisadi əlaqələrə xüsusi neqativ təsir göstərməyəcək".

"Qiymət artımları proqnozlaşdırılmır"

Ekspert vurğulayır ki, Türkiyə ölkəmizin qeyri-neft ixracatında da ikinci əsas tərəfdaşıdır:

"3 milyard dollarlıq enerjidən kənar ixracatımızın təxminən üçdə biri Türkiyənin payına düşür. Son illər qardaş ölkəyə ixrac etdiyimiz qeyri-neft məhsullarının dəyərində artım qeydə alınır. Bununla yanaşı, hələ də Türkiyə ilə ticarət dövriyyəmizdə enerji məhsulları əsas paya malik olmaqdadır. Təbii ki, Türkiyədən ərzaq və qeyri-ərzaq məhsullarının idxalı həyata keçirilir. Hazırda Türkiyədə bu məhsullarının istehsalında və ixracatında hər hansı çətinliklər yoxdur. Ona görə də zəlzələnin Azərbaycan bazarına neqativ təsiri və qiymət artımları proqnozlaşdırılmır".

Şirkətlər hazırda öz yaralarını sarımaqla məşğuldurlar

İqtisadçı ekspert Xalid Kərimli də zəlzələnin Azərbaycan iqtisadiyyatına neqativ təsirinin olmayacağı qənaətindədir. Mütəxəssis bildirir ki, zəlzələnin baş verdiyi ərazilərdə ciddi iqtisadi ticarət əlaqələrimiz yoxdur:

"Türkiyə iqtisadiyyatının təqribən 10 faizi, 20 milyard dolları zəlzələnin olduğu bölgədən gəlirdi. Amma Azərbaycanın bu bölgədə işləyən şirkətlər ilə böyük iqtisadi əlaqələri yoxdur. Təbii ki, Türkiyə şokdadır. Şirkətlər və əhali hazırda öz yaralarını sarımaqla məşğuldur və bunun bizə də təsiri olacaq. Amma bu, qısamüddətli təsirdir. Ciddi şəkildə nə iqtisadi ticarət əlaqələrinə təsir edəcək, nə də ölkələrarası iqtisadi problemə çevriləcək".

İqtisadiyyatı çox çevik, sahibkarı ağıllıdır

Mütəxəssis vurğulayır ki, Türkiyə güclü dövlətdir və bu zərərin də altından qalxacaq:

"Zəlzələnin Türkiyəyə vurduğu iqtisadi zərər təxminən 100 milyard dollar dəyərindədir. Bu da Türkiyə ümumdaxili məhsulunun təxminən 10-12 faizini əhatə edir. Türkiyə güclü ölkədir. İqtisadiyyatı çox çevik, sahibkarı ağıllıdır. Hökumət borclanma imkanına malikdir. Hazırda borcun ümumdaxili məhsula nisbəti 30-35 faiz arasındadır. Bu da onu deməyə imkan verir ki, hələ xarici institutlardan rahat, risksiz şəkildə borc da götürə bilər".

Əgər tələb təklifdən üstün olarsa...

İqtisadçı ekspert Rauf Qarayev deyir ki, zəlzələ ilə əlaqədar Türkiyədən idxal olunan parfümeriya və yeyinti məhsullarının qiymətlərində cüzi artım ola bilər:

"Bazarda məhz bununla bağlı ciddi qiymət artımlarının olmasını gözləmirəm. Çünki bizim yerli istehsallar da var və bazarı təmin edir. Bundan əlavə, əgər tələb təklifdən üstün olarsa, digər bazarlara da üz tutmaq olar. Azərbaycanın həmin bölgələrdən idxal etdiyi məhsullar alternativlə əvəz edilə biləcək. Müəyyən sahələr var ki, müəssisələr açılmalı və asılılığımız aradan qaldırılmalıdır. Daxili istehsalın çeşidi artırıldıqda qonşu ölkələrdə baş verən hadisələrin bizə təsirləri olmayacaq".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 916   Tarix: 18 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.