Dağıntılar altından meyiti tapılan Gündüzün atası oğlu ilə son dialoqundan DANIŞDI

Dağıntılar altından meyiti tapılan Gündüzün atası oğlu ilə son dialoqundan DANIŞDITürkiyənin Malatya şəhərində baş vermiş dəhşətli zəlzələnin azərbaycanlı qurbanı - İnönü Universitetində tibb üzrə təhsil alan Gündüz Nəzərzadənin ölümü onu tanıyan hər kəsə üzüntü yaşadıb.

Azxeber.com xəbər verir ki, Gündüz Nəzərzadəyə dərs demiş Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva keçmiş tələbəsinin ölümündən sarsılıb.

Müəllim bu gün başlamış tədris ilinin yaz semestrində Gündüzü bir daha xatırladığını və onun ölümü ilə barışa bilmədiyini bildirib:

"Bu gün fevralın 16-da 2022-2023-cü il tədris ilinin yaz semestrinin ilk dərs gününə başladıq. İlk dərs günüm əczaçılıq fakültəsinin 1-ci kurs tələbələriylə idi. Sözün açığı bütün müəllim kollektivimizin, təhsil dalınca qardaş Türkiyəyə gedib, zəlzələ nəticəsində həlak olan və dünən gecə vətənə cənazələri dönən gənclərimizin acı faciəsinin təsiri altında olması, məni də hədsiz kədərləndirdiyindən, ilk dərs üçün auditoriyaya daxil olanda baxışlarım düz 3 il bundan əvvəl mərhum tələbəmiz Gündüz Nəzərzadənin oturduğu yerə dikildi. Dərsimizə Gündüzün və bu faciədə həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladıq və onlara Allahdan rəhmət dilədik. Amma bütün dərs boyu nakam gəncimizin surəti gözlərimin önündən çəkilmədi. Dərsdən sonra Gündüzün tələbə yoldaşlarıyla əlaqə saxladım və Sumqayıta gedib, mərhumun doğmalarına baş sağlığı verməyi özümə borc bildim.

Mərhumun yas yerinə çatanda ilk olaraq atası Mübariz bəylə görüşdüm. Fiziki görünüş baxımından cüssəli və qamətli şəxs olan ata, bu ağır dərdin ağırlığından sanki bükülmüş, gözləri isə ağlamaqdan qızararaq "qan çanağı"na dönmüşdü. Özümü təqdim etdikdə göz yaşlarını saxlaya bilməyən ata: "Müəllimə, Allah sizdən razı olsun, sizi görüncə bir daha anladım ki, deməli Gündüz hər kəs kimi müəllimlərinin də sevimlisi olub".

Gündüzün atası gizli qalan bəzi məqamları müəllimə ilə bölüşüb:

"Gündüzgil 4 azərbaycanlı olaraq, bir mənzildə yaşayırdılar. Binanın yaşayış üçün yararsız olması barədə deyilənlər doğru deyil. Gündüz zəlzələ baş verən zaman yuxuda olub, heç oyanmayıb, elə yuxudaykən həlak olub. Yaxşı ki, elə yuxuda olub, o fəlakətin qorxusunu yaşamayıb. Bir gün əvvəl 1000 manat yarımillik təhsil haqqını göndərmişdim. Gündüz pulu aldıqdan sonra mənə zəng edərək təşəkkür etdi və ilk dəfə olaraq bu kəlməni işlətdi "ata, haqqını halal elə və mənə halallıq ver". Mən bu sözü eşidəndə bir anlıq düşündüm ki, bu uşaq niyə birdən-birə mənə belə söz dedi… Anasına çox bağlı idi, gün ərzində anasıyla bir neçə dəfə telefonla danışardılar. Fevral ayının 5-i mənim doğum günüm idi. Sonuncu dəfə bu münasibətlə danışdıq. 6-na kecən gecənin bir aləmi Gündüzün bir dostu anasına zəng edərək, bu acı xəbəri, zəlzələ baş verdiyini ona deyib. Onların yaşadığı binada xeyli ailə yaşayırmış. Zəlzələnin ilk anında yalnız bir neçə nəfər bayıra qaçıb xilas ola bilib".

Aidə Bəndəliyeva Gündüzün anasının hazırki vəziyyətindən də danışıb:

"Mübariz bəylə söhbət zamanı ATV kanalının çəkiliş qrupu orada idi. Mərhumun atası müsahibə verməkdən qəti imtina edərək, "Qoy oğlum haqqında müəlliməsi danışsın. Bu, bizim üçün bir təsəllidir" dedi. Mən tələbəm haqqında xatirələrimi danışdıqdan sonra, Gündüzün yaşadığı mənzilə, qadınların yanına getdim. Məni qarşılayan Gündüzün nənəsi Jenya xanım və xalası Şəfa xanım mənə sarılaraq acı göz yaşları axıtdılar. Mən çəkinə-çəkinə anası Vəfa xanımı soruşdum. Nənəsi dedi ki, qızıma sakitləşdirici vurulub hazırda onun təsiri altındadır. Yaşlı nənə göz yaşları içərisində Gündüzün ona zəng vuraraq zarafatla "Nənə gələndə sənə rəqs müəlliməsi tutacam ki, sən rəqs etməyi öyrətsin, toyumda oynayasan" deyə ağladı. Nəvəsinin bizimlə olan tələbəlik illərinin şəkilini onlara göndərməyimi xahiş etdi. Bunu da özü üçün kiçik bir təsəlli olduğunu deyib, boynuma sarılıb, hönkürdü… Mənsə təsəlli üçün yalnız bir cümlə deyə bildim "Allah səbir versin!"

Qeyd edək ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalaraq həlak olublar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2319   Tarix: 16 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.