Xoşqədəm yığılan müalicə pulunu mənimsəməsi iddiasından danışdı
Övladının müalicəsi üçün "Səni axtarıram" proqramına müraciət edən vətəndaş yığılan pulun ona verilmədiyini idda edir.
Axşam.az xəbər verir ki, Reportyor.info-ya danışan Ramiz Şıxəliyev övladı Ceyhunun xəstəliyi ilə bağlı ötən ilin mayında aparıcı Xoşqədəm Hidayətqızının verilişinə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, özlərinə aid bank kartında təxmini 14 min vəsait olub:
"Amma Xoşqədəm xanımın paylaşdığı bank kartında ayrıca vəsait yığılıb. Orada daha çox məbləğ var. Biz efirə çıxdıqdan sonra Ankarada Gülhanə xəstəxanasına getdik, amma uşaq normal müalicə edilmədi, narazı qaldıq. Adını qoydular ki, gecikib. Bizim şəxsi kartda olan 10 200 dollarla Türkiyəyə getmişdik. Yəni efirdə yığılan puldan bizə verilməmişdi. Xoşqədəm xanım Türkiyədə normal şəraitdə qalacağımıza söz vermişdi, onu da etmədilər, bərbad bir yerdə öz hesabımıza qaldıq. Bakıya qayıdandan sonra Xoşqədəm xanımdan pulu istədik. O da mənə dedi ki, uşaq sağalmayacaq. Sonra dedi ki, çıx efirə və çağırış elə ki, həmin pul xəstə uşaqlara sərf edilsin, onda verəcəyəm. Mən də efirdə çağırış elədim, ondan sonra Xoşqədəm xanım yenə pulu vermədi, məni "blok" etdi. Hətta Azərbaycanda pulsuz loqoped vəd vermişdi, onu da etmədi. Bizi aldatdılar, Ceyhun üçün yığılan pulu vermədilər".
R. Şıxəliyev bildirib ki, bununla bağlı Daxili İşlər Naziri Vilayət Eyvazova və Baş Prokurorluğa müraciət edib:
"Mən övladımın xəstəliyi üçün yığılan vəsaiti istəyirəm. Çox xahiş edirəm ki, dövlət bu məsələni araşdırsın".
X.Hidayətqızı isə məsələyə öz proqramında reaksiya verib. Adıçəkilən ailənin efirə dəvət olunmasından və onlara necə köməklik göstərilməsindən danışan aparıcı bildirib ki, ailənin övladının müalicəsi üçün ayrılan pul vaxtilə Ankaraya müalicə üçün göndərilən, amma vəfat edən uşaq üçün toplanan vəsait olub:
"O ailə özü də əvvəlcədən bizə müəyyən qədər pul vermişdi. Uşaq ora gedəndən sonra babası gəlib dedi ki, biz istəmirik orada qalsın, çünki yanında bir neçə nəfər olmalıdır. Bunu hoca ilə danışıb yoluna qoyduq. Daha sonra baba yenidən bura gəldi və dedi ki, uşaqda ikinci bir xəstəlik də var, biz istəmirik orada qalsın. Mən də bildirdim ki, axı uşaq ora göndərilib, qoyun qalsın. Necə yalvarırdım... Dedim ki, qoy müalicəsini alsın. Amma baba dedi ki, "istəmirik, onsuz da müalicəsi yoxdur". Müalicəni istəməyəndə öz verdikləri pulu geri istədilər. Bundan əlavə, bildirdilər ki, digər pul başqa uşaqların müalicəsinə xərclənsin. Sənəd imzaladı, pulunu götürdü. Mən dünən bilirəm ki, bir ay öncə uşağın atası bizə zəng edir və deyir ki, "Almaniyaya müraciət etmişəm, uşağı orada müalicə etdirəcəyəm. Bunun üçün pul yığaq".
X.Hidayətqızının sözlərinə görə, vətəndaş o vaxt övladının müalicəsi üçün ayrılan pulu istəyir:
"Həmin pul vəfat edən Amin üçün yığılmışdı. Daha sonra bu uşaq üçün ayırdıq. Özlərinin istəyi ilə də başqa uşaqların müalicəsinə ayrıldı. Özü də deyir ki, "Mən studiyada oturduğum günlərdə pul elə bizim uşağa görə göndərilib. Başa düşmürlər ki, hər şey banklarla olur və tarixlər var".
Aparıcı daha sonra həmin valideynin səsyazısını da yayımlayıb. Səsyazısında da valideyn yığılan puldan bir qəpik istəmədiyini bildirib. X.Hidayətqızı artıq hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1663 Tarix: 16 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870