Azərbaycanlı tələbələrin meyitləri tibbi ekspertizadan sonra təhvil veriləcək

Azərbaycanlı tələbələrin meyitləri tibbi ekspertizadan sonra təhvil veriləcəkTürkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrin meyitləri tibbi ekspertizadan sonra ailələrinə təhvil veriləcək.

BiG.AZ xəbər verir ki, bu barədə "Report"un Ankara bürosuna Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib.

O, qeyd edib ki, hazırda gənclərin nəşi Malatya Prokurorluğunun nəzarəti altında tibbi ekspertizaya aparılıb. Proses bir neçə gün davam edəcək.

Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

Zəlzələlər həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 819   Tarix: 15 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rəqəmsal iqtisadiyyat yeni imkanlar və çağırışlar yaradır

"Rəqəmsallaşma və rəqəmsal mühitin genişlənməsi müasir iqtisadiyyatın və cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Rəqəmsal texnologiyaların tətbiqi istehsalın səmərəliliyini artırır, məhsul və xidmətlərin keyfiyyətini yüksəldir, müəssisələrin rəqabət qabiliyyətini gücləndirir

04.08.2026 209
.

Kobaxidze: "Gürcüstan müxalifəti xarici qüvvələrin göstərişi ilə hərəkət edir"

Gürcüstan müxalifəti xarici qüvvələrin göstərişi ilə Rusiyaya qarşı mənfi münasibət formalaşdırıb. xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze özünün "Facebook" hesabında paylaşım edib. Baş nazir bildirib ki, "vətəni olmayan" bəzi Gürcüstan vətəndaşlarının ürəy

10:49 37
.

Regionun ən böyük kitab festivalı qayıdır

Regionun ən böyük kitab festivalı - 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu il 21-27 oktyabr tarixində Bakı Ekspo Mərkəzində kitabsevərlərin görüşünə gələcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, sərgi "Azərbaycan Mədəniyyəti-2040"

04.08.2026 229
.

Qarpız və yemiş yeyəndən sonra niyə qarnınız ağrıyır? - SƏBƏBİ

Yay mövsümünün ən sevilən meyvələrindən olan qarpız və yemiş bəzi insanlarda qarında köp, sancı və ya ishala səbəb ola bilir. Mütəxəssislər bildirirlər ki, bunun səbəbi çox vaxt meyvənin xarab olması deyil, orqanizmin fruktozanı tam mənimsəyə bilməməsidir. xarici mediaya istinadən xəbər verir ki, fruktoz

04.08.2026 278
.

Saakaşvili: "Beş ildir qeyri-insani şəraitdə saxlanılıram"

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili saxlanıldığı həbsxanadakı şəraitdən şikayətlənərək, bunun qeyri-insani olduğunu və beynəlxalq standartlara əsasən işgəncəyə bərabər sayıldığını iddia edib. xəbər verir ki, o, bununla bağlı açıqlamasını "Facebook" hesabında paylaşıb. Saakaşvilini

11:23 0
.

"İkinci Yer"in izləri tapıldı

Alimlər Yerdən təxminən 49 işıq ili uzaqlıqda yerləşən ekzoplanetdə atmosferin mövcudluğuna dair mühüm dəlillər əldə ediblər. Tədqiqatçılar hesab edirlər ki, LHS 1140b adlı planet həyat üçün əlverişli şəraitə malik ola biləcək ən maraqlı namizədlərdən biridir. "Qafqazinfo" xəbər verir ki, "Supe

04.08.2026 289
.

Cərimələrin icra edilməməsi hansı hallarda həbsə səbəb olur?

"İnzibati cərimə və ya ictimai işlər növündə inzibati tənbehin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi ilə məsuliyyət yaradır". Bunu BİG.Az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, qanunvericiliyə əsasən, inzibati cərimə növünd

04.08.2026 297
.

Boğazlarında qida qalan körpə və 74 yaşlı qadın öldü

Biləsuvarda və Bakının Sabunçu rayonunda iki oxşar bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, Biləsuvarın Xırmandalı kənd sakini 2026-cı il təvəllüdlü Raul Vüqar oğlu Abdullazadə nəfəs borusunda qida qalması səbəbindən xəstəxanaya aparılarkən yolda vəfat edib. Sabunçu rayonund

04.08.2026 371
.

Avqustun 15-dən qatarlar "Nizami"-"28 May" arasında işləməyəcək - Video

Avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start verilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, 10-11 aylıq tikinti müddətində qatarlar "Nizami"28 May" arasında fəaliyyə

04.08.2026 342
.

TOP MP3