Əli Həsənov Bakıda fantastik məbləğə torpaq sahəsi satdı (YENİLƏNİB)

Əli Həsənov Bakıda fantastik məbləğə torpaq sahəsi satdı (YENİLƏNİB)Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsini satıb.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, artıq alqı-satqı baş tutub və Əli Həsənov torpağın satışından 12 milyon manat əldə edib.

Belə ki, Təchizatçı ASC-nin adına olan torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3097-ci məhəllə, 14B ünvanında yerləşir.

Torpaq sahəsinin ölçüsü təxminən 1.7 hektara yaxındır.

Ərazi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışda torpaq sahəsi əmlak kompleksi müəssisəsi kimi göstərilib.

Təchizatçı ASC ərazini tam pay sahibi kimi 2016-cı ildə qeydiyyatdan keçirib.

Qeyd edək ki, Təchizatçı ASC-nin qanuni təmsilçisi Azər Kalam oğlu Vəliyevdir. Əli Həsənov və onun xanımı Sona Vəliyevanın yaxın qohumu olan Azər və Fərmayıl Vəliyevlər PA-nın sabiq şöbə müdirinin biznes imperiyasını idarə edirlər.

"Təchizatçı" adı ilə ünvanı Heydər Əliyev-181 və Ziya Bünyadov-15 olmaqla, onlarla qurum qeydiyyatdan keçib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1224   Tarix: 14 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pakistanda ardıcıl partlayışlar: Yeddi nəfər öldü

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində partlayışlar zamanı ən azı yeddi nəfər ölüb. xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadla "Al Arabiya" nəşri məlumat yayıb. İlk partlayışda məsafədən idarə edilən, kustar üsulla hazırlanmış bomba ilə fərdi pika

20.06.2026 128
.

Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub

Belarus Müdafiə Nazirliyinin Qoşun Xidməti İdarəsinin rəisi polkovnik Dmitri Jukovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Belarus Respublikas

20.06.2026 168
.

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

Çoxmənzilli binalarda yaşayan vətəndaşlardan müxtəlif adlarla ödənişlərin tələb olunması tez-tez suallar doğurur. Xüsusilə JEK-ə edilən ödənişlərlə yanaşı bələdiyyə tərəfindən əlavə vergi tələbi mübahisə yaradır. Bu halda əsas məsələ həmin ödənişlərin hüquqi əsasının olub-olmamasıdır. Bina evində yaşaya

00:07 112
.

Azərbaycanda məktəblər sürətlə bağlanır! SƏBƏB BƏLLİ OLDU...

"Son illərdə Azərbaycanda ümumi təhsil müəssisələrin sayı sürətlə azalır. Rəsmi statistikaya görə, 2023-cü ildə ölkədə 4422 məktəb fəaliyyət göstərdiyi halda, hazırda bu rəqəm 4194-ə enib. Başqa sözlə, son üç il ərzində 226 məktəb fəaliyyətini dayandırıb. Təkcə 2024-2025-ci tədris ili ərzində məktəbləri

00:17 112
.

ABŞ Milli Kəşfiyyatının rəhbəri vəzifədən ayrılmazdan əvvəl COVID-19-la bağlı sensasion açıqlamalar verdi

ABŞ Milli Kəşfiyyatının sabiq direktoru Talsi Qabbard COVID-19-un mənşəyi ilə bağlı materiallar yayımlayıb və ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru Entoni Fauçini Uhan Virusologiya İnstitutunda koronaviruslarla bağlı tədqiqatların maliyyələşdirilməsini gizlətməyə çalışmaqd

20.06.2026 137
.

Azərbaycanda QANDONDURAN HADİSƏ! Ana evdən qaçdı, qardaş qardaşını QƏTLƏ YETİRDİ

Yevlax rayonunda 35 yaşlı kişi ögey qardaşını qətlə yetirib. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Əzizov anası Tamella və ögey qardaşı Orxan Səmədovla bir ünvanda yaşayıb. Orxan Səmədov və qardaşı Süleyman spirtli içki təsiri altında bir-biris

20.06.2026 372
.

Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI

Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -ın məlumatına görə, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkd

20.06.2026 148
.

Sumqayıtda yaşayış binasında PARTLAYIŞ OLUB - FOTO

Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb. BİG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə 42-cı məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib. İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadaları

20.06.2026 143
.

Fransa isti hava dalğasının təsiri altındadır: Əhaliyə xəbərdarlıq edilib

Fransada temperaturun 40 dərəcəyə çatması ilə bağlı verilən xəbərdarlıq dövlət ərazisinin üçdə iki hissəsinə şamil edilib və əhalinin 50 faizindən çoxuna aiddir. 60 departament istiyə görə hava təhlükəsinin narıncı rejiminə uyğun çalışır. xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. "Meteo France"ı

20.06.2026 123
.

TOP MP3