Əli Səlim Əsəd: "Bəziləri yalın əllə qazılıb çıxarılır, çünki peşəkar xilasedicilər yoxdur" - Suriyadan ŞƏRH
Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan zəlzələ suriyalı qaçqınlar üçün də sarsıdıcı zərbə olub. Burada ikiqat faciə baş verib, çünki suriyalı qaçqınların əksəriyyəti Türkiyədə, özü də fəlakətin baş verdiyi vilayətlərdə, ilk növbədə Qaziantepdə yaşayıb. Onlar müharibədən qaçsalar da, təbii fəlakətin qurbanına çevrildilər.
Suriyanın "Milli Birlik Hərəkatı" rəhbərliyinin üzvü, siyasi-ictimai xadim Əli Səlim Əsəd ölkəsində zəlzələdən sonra baş verənləri Oxu.Az-a şərh edib:
O, nəinki Qaziantepdə, Hatay vilayətində də qaçqınların çox olduğunu və artıq xeyli ölüm barədə xəbər aldığını bildirib.
"Bundan əlavə bizim Türkiyə ilə həmsərhəd bölgələrimizdə də qaçqınlar var. Əvvəllər 10 min nəfərin yaşadığı şəhərlərin əhalisi yüz minlərlə artıb, indi isə onlar yer üzündən silindilər. Bu, bir milyondan çox qaçqının olduğu Harim şəhərinin başına gəldi. Afrin və elə İdlib vilayətindəki bütün yaşayış məntəqələri də çox zərər çəkib. Fəlakətin miqyasını təsəvvür etmək, sadəcə mümkün deyil. Daha cənubda yerləşən doğma şəhərim Laziqiyyədə zəlzələ 300-dən çox binanı dağıdıbsa, nə danışa bilərəm?.. Vəziyyəti daha faciəvi edən bilirsiniz nədir? İlk güclü təkandan bir neçə saat sonra ikincisi baş verdi. Halbuki həmin vaxt insanlar öz evlərinə qayıtmışdılar, çünki hazırda hava çox sərtdir, soyuqdur və çöldə qalmaq mümkün deyil. Binalar fəlakətin ikinci zərbəsinə tab gətirə bilmədi və dağıldı..."
Onun sözlərinə görə Suriyada nəqliyyat, hətta xilasetmə maşınları üçün belə yanacaq yoxdur.
"Eyni zamanda, amerikalılar neft yataqlarını ələ keçirib və faktiki olaraq Suriya xalqını qarət edirlər", - deyə politoloq əlavə edib.
Siyasətçi zəlzələdən az sonra Ümumdünya Səhiyyə Təşkilatının Türkiyə və Suriyada ölənlərin sayının 20 mini keçə biləcəyi barədə proqnozunun həddən artıq "nikbin" çıxdığını bildirib:
"Bu, ilkin rəqəm idi. Həqiqətdə nə baş verir, biz bilmirik. Bizim Suriyada dağıdılmış şəhər və qəsəbələrə, xüsusən İdlib əyalətinə çıxışımız yoxdur. Eyni zamanda məlumdur ki, zəlzələdən əvvəl 4 milyona qədər insan olub, onların əksəriyyəti qaçqın idi. Orada hansı şəraitdə, hansı binalarda yaşayırdılar?.."
Ekspert döyüşlər zamanı mərmilərin partlaması, raketlərin düşməsinə görə bütün binaların dayanıqlığının azaldığını, böhranın isə hələlik binaların və yolların təmirinə imkan vermədiyini vurğulayıb.
"İnsanlar hələ də dağıntılar altında xəsarətlərdən, aclıqdan və soyuqdan ölürlər. Bəziləri yalın əllə qazılıb çıxarılır, çünki peşəkar xilasedicilər yoxdur", - deyə Əli Səlim Əsəd təəssüflə bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 673 Tarix: 11 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind
07.11.2026 182 Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
07.11.2026 141 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı
Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə
07.11.2026 206 "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
07.11.2026 133 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
07.11.2026 152 PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
00:19 92 Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
00:10 133 Qızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
07.11.2026 181 Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
00:27 99