Türkiyəyə ilk beynəlxalq yardımı Azərbaycan göndərib

Türkiyəyə ilk beynəlxalq yardımı Azərbaycan göndəribTürkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ Azərbaycanda da dərin kədərlə qarşılandı. Bu faciəli hadisədən dərhal sonra qardaş ölkənin səsinə ilk səs verən məhz Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülür.
Dövlət başçısının göstərişinə əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 725 nəfərdən ibarət çevik xilasetmə qüvvələri fevralın 6-da qardaş ölkəyə yola düşüb. Həmin qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyətləri daxildir. Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələr qardaş ölkəyə çatdırılıb.
Artıq ötən gün səhər saatlarından FHN-nin xilasediciləri Türkiyənin zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həmçinin hərbi tibb personalımız da kömək üçün Türkiyədə yollanıb.
Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-in yardımlarından ibarət növbəti iki təyyarə isə fevralın 7-də qardaş ölkəyə yola düşüb. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Hospital 4 funksional bölmədən - qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarətdir. Mobil səhra hospitalı ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. FHN-in peşəkar tibbi heyətinin xidmət göstərəcəyi hospital bütün lazımi dərman və preparatlarla təchiz edilib. İkinci təyyarə ilə isə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınıb.
Növbəti gün axşam saatlarında FHN-in yardımlardan ibarət növbəti təyyarəsi qardaş ölkəyə göndərilib. Bu təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, adyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner göndərilib. Həmçinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da ötən gün Türkiyəyə yola düşüb.
Azərbaycan xalqı fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini dərin hüznlə yad edir. Zəlzələdə ölənlərin xatirəsini anmaq məqsədilə insanlar Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında yaradılan xatirə guşəsinin önünə gül dəstələri düzürlər.
Bəli, Azərbaycan xalqı, dövləti xoş günündə olduğu kimi, bu dar günündə də Türkiyənin yanındadır və qardaşlarının kədərini bölüşür.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 718   Tarix: 11 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tokayev, Rəhmon və Mirziyoyevdən Paşinyana təbrik mesajı

Qazaxıstan, Tacikistan və Özbəkistan prezidentləri Qasım-Jomart Tokayev, Emoməli Rəhmon və Şavkat Mirziyoyev Ermənistanın Baş naziri Nikol Paşinyanı yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik ediblər. xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidməti - Aqorda "Telegram"

11:11 141
.

Doğuş Xoşqədəmin qısqanclığından danışdı

Müğənni Doğuş həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızının qısqanclığı ilə bağlı zarafat edib. Axşam.az xəbər verir ki, sənətçi canlı yayım zamanı bu barədə danışıb. Doğuş bildirib ki, Xoşqədəm ona tez-tez görüntülü zəng edir:. "Yatıram, yatıram, birdən görüntülü zəng edib deyir ki, "Mən

04.08.2026 377
.

Araz Ağalarovun xanımının milyonluq zinət əşyaları gündəm oldu

Rusiya mətbuatı iş adamı Araz Ağalarovun həyat yoldaşı Alyona Ağalarovanın bahalı zinət əşyalarından yazıb. Axşam.az xəbər verir ki, xarici KİV-də yer alan məlumata görə, Alyona Ağalarovanın taxdığı məşhur brendlərə məxsus zinət əşyalarının qiyməti diqqət çəkib. Belə ki, onun "Cartier" brendin

04.08.2026 719
.

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Bir vaxtlar uşaqlardan "Böyüyəndə nə olacaqsan?" deyə soruşanda müəllim, həkim, polis, pilot kimi cavablar eşidilirdi. Bu gün isə eyni sualı verəndə "bloqer", "influenser", "kontent yaradıcı" kimi cavablar getdikcə daha çox səslənir. Maraqlıdır, cəmi 10-15 il ərzind

04.08.2026 273
.

Danimarka Şahzadəsi 11 ay hərbi xidmət keçəcək

Danimarka Şahzadəsi İzabella orduda hərbi xidmətə başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Danimarkanın "BT" qəzeti məlumat yayıb. Məlumata görə, Şahzadə İzabella Slagelsedəki Antvorskov kazarmasına gəlib və o, 11 ay müddətində alayda hərbi xidmət keçəcək. Nəşr əlavə edi

04.08.2026 334
.

19 yaşlı hokkeyçi sevgilisi ilə görüş zamanı öldü

19 yaşlı rusiyalı hokkeyçi Amir Xanov Ufada görüş zamanı vəfat edib. -ın xarici mediaya istinadən məlumatına görə, gənc idmançı sevgilisi ilə birlikdə qatıldığı modelləşdirmə seminarı zamanı huşunu itirib. O, daha sonra dünyasını dəyişib. Ölümün dəqiq səbəbi hələlik açıqlanmayıb. Xanov 2017-ci ildə

04.08.2026 371
.

Oğlundan ayrılan bloqeri canlı yayımda öldürdü: dəstə başçısı TUTULDU

Meksikada xüsusi təyinatlılar "Xalisko Yeni Nəsil" narkokartelinin yüksək vəzifəli üzvlərindən biri hesab olunan "R1" ləqəbli Ramon Anxel Alvares Ayalanı saxlayıblar. xarici mediaya istinadla xəbər verir ki, o, Xalisko ştatının Atotonilko-el-Alto şəhərində keçirilən əməliyyat zaman

04.08.2026 390
.

Saakaşvili: "Beş ildir qeyri-insani şəraitdə saxlanılıram"

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili saxlanıldığı həbsxanadakı şəraitdən şikayətlənərək, bunun qeyri-insani olduğunu və beynəlxalq standartlara əsasən işgəncəyə bərabər sayıldığını iddia edib. xəbər verir ki, o, bununla bağlı açıqlamasını "Facebook" hesabında paylaşıb. Saakaşvilini

11:23 189
.

Efesdə 1000 ildən çox gizli qalan körpə məzarı tapıldı - Sirri nədir?

Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Arxeologiya İnstitutunun tədqiqatçıları qədim Efes şəhərində, dünyanın yeddi möcüzəsindən biri hesab edilən Artemida məbədinin yaxınlığında diqqətçəkən arxeoloji tapıntıya imza atıblar. Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Childhood i

04.08.2026 318
.

TOP MP3