Bakıdan İstanbula 1 kiloqrama yaxın qızıl aparmaq istəyən şirkət direktoru və nişanlısı kimdir?

Bakıdan İstanbula 1 kiloqrama yaxın qızıl aparmaq istəyən şirkət direktoru və nişanlısı kimdir?İstanbula külli miqdarda qızıl aparmaq istəyən "NF Model" şirkətinin direktoru və onun nişanlısına hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, Nürəddin və nişanlısı Yevgeniya ümumi dəyəri 144 min 347 manat təşkil edən 825,01 qram çəkidə olan qızıl-zinət əşyalarını Bakı-İstanbul aviareysi ilə Türkiyəyə aparmaq istəyiblər.

Onlar 2 fevral 2022-ci il tarixdə, saat 20 radələrində TK335 saylı Bakı-İstanbul aviareysi ilə Azərbaycandan Türkiyəyə gedərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ‘Terminal-1" gömrük postunda həmin malları bəyannamədə qeyd etməyiblər. Beləliklə, istintaq qərara gəlib ki, adıçəkilən şəxslər qızıl-zinət əşyalarını qəsdən qaçaqmalçılıq yolu ilə keçiriblər.

1990-cı ildə Bakıda anadan olan təqsirləndirilən şəxs Nürəddin Hüseyn ifadəsində bildirib ki, "NF Model" şirkətinin direktoru və təsisçisidir. Vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətində qeydiyyatdan keçib və adına VÖEN açılıb. Həmin şirkət müxtəlif məhsulların dizayn edilməsi ilə məşğul olub. Həm də fərdi qaydada bəzi idmançılara ödənişsiz dərslər keçib. Ötən il onlar İstanbul şəhərinə gəzmək və fotosessiya etmək məqsədilə Bakı-İstanbul aviareysinə bilet alıblar.

İstanbula getmək istəyərkən hava limanında yoxlama keçirilib və ona məxsus əl çantasından, baqaja verdiyi çemodandan protokolda göstərilən sayda və çəkidə qızıl-zinət əşyaları aşkar olunub. Həmçinin də nişanlısının həm üzərindən, həm də baqajından qızıl-zinət əşyaları aşkar edilib. Onun sözlərinə görə, qızıl-zinət əşyaları nənəsindən miras qalıb. Təqsirləndirilən şəxs deyib ki, həmin qızılları Türkiyədə yaşayan bibisinə vermək üçün aparırmış. Nürəddin Hüseyn həmçinin bildirib ki, nişanlısının üzərində aşkar olunan qızılları da özü hədiyyə edib. Bundan başqa, ailə üzvləri də ona qızıl zinət əşyaları hədiyyə ediblər.

1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş Yevgeniya da nişanlısının ifadəsini təsdiqləyib.

Məhkəmə Nürəddin və nişanlısı Yevgeniyanı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (Qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlara Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və barəsində 1 il 6 ay sınaq müddəti seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2404   Tarix: 11 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsind

07.11.2026 182
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 141
.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

07.11.2026 206
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

07.11.2026 133
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

07.11.2026 152
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

00:19 92
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

00:10 133
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.