Tbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLAR

Tbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARForum Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutur. Tədbir Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İctimai Birliyinin sədri, "Diaspor" İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili Forum iştirakçılarını hər iki Qarabağ müharibəsində Şəhid olan, eyni zamanda, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirənlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırdı. Daha sonra T.Allahverdili Forumun bütün dünyada keçirilməsinin vacibliyindən qeyd edib: "Mən öz növbəmdə Gənclər Fonduna, Gürcüstandakı səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə dəstəkdən dolayı təkkür edirəm"
"Azərbaycanlı və gürcü gənclərin sülh çağırışına digər ölkələrin də gənclərinin qoşulacağına inanırıq", – deyə T.Allahverdili vurğulayıb.
Sonra layihə rəhbəri, ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov çıxış edərək Azərbaycan tarixində ilk dəfə baş tutacaq Forumun Gürcüstanda keçirilməsinin təsadüfi olmadığını deyib. S.Abbasov bu istiqamətdə beynəlxalq layihələrin keçirilməsinin vacibliyindən danışıb: "Bu gün "Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu"nda gürcüstanlı gənclər, QHT və Gənclər Təşkilatı rəhbərləri, media təmsilçiləri, rəsmilər və millət vəkilləri iştirak edir. "Heydər Əliyev 100" ili çərçivəsində baş tutan Forumun əsas məqasədi Qarabağ həqiqətlərini Gürcüstanda yaymaq, eyni zamanda, regionda sülh prosesinin əhəmiyyətini gənclərə çatdırmaqdan ibarətdir. Bu Forum Azərbaycan tarixində ilk dəfədir keçirilir. Fürsətdən istifadə edib Gənclər Fonduna təşəkkür etmək istəyirəm. Bu Fondun dəstəyi ilə reallaşdırdığımız 3-cü beynəlxalq layihədir. Eyni zamanda, Gürcüstandakı səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə, Alyans Gənclər Mərkəzinə, bütövlükdə mənəvi dəstək olan hər kəsə təşəkkür edirəm. Qarabağ adı olan yerdə Dəmir Yumruq kimi birləşmək borcumuzdur."
Daha sonra S.Abbasov çıxışda bildirib ki, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki Qələbəsindən sonra regionda yeni siyasi reallıqlar yaranıb. Azərbaycanlı gənclər bu reallıqlardan çıxış edərək gürcü həmyaşıdlıları ilə birlikdə regionda davamlı sülhün bərqərar olunması və dayanıqlı inkişafa nail olmaq üçün birgə fəaliyyət göstərməyi qərara alıblar. Tədbirin əsas məqsədi də gürcü gənclərlə birlikdə regionda davamlı sülh uğrunda mübarizənin əsasını qoymaqdır.
Daha sonra Azərbaycan Respublikasının Gürcüstandakı Fövqaladə Səfirliyinin rəsmisi Eldar Bayramov çıxış edərək Forumun Gürcüstanda keçirilməsinin vacibliyindən danışıb. Daha sonra çıxışında E.Bayramov bildirib ki, tədbirin Ulu Öndərin 100 illik yubileyi ərəfəsində Tbilisidə təşkili də mühüm əhəmiyyət kəsb edir. Ümummilli Liderə Gürcüstanda da böyük sevgi var və onun irsi qonşu ölkədə də öyrənilir.
E.Bayramov son günlər regionda və dünyada baş verən hadisələrdən danışıb. Bildirib ki, bu gün Azərbaycan bir sıra məsələlərdə regionda əsas rol oynayan dövlətə çevrilib. Bu gün Azərbaycanın təşəbbüsü və Türkiyə ilə Gürcüstanın birgə iştirakı ilə reallaşan irimiqyaslı layihələr dünyanın diqqət mərkəzindədir. Bu üç dövlət qərblə şərq arasında əsas körpü rolunu oynayırlar. Lakin bizim möhkəmlənməyimizi, birliyimizi istəməyən qüvvələr də var. Onlar bütün vasitələrdən istifadə edərək Azərbaycana və digər ölkələrə maneə olmaq istəyirlər.
Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumu və erməni separatçılarının digər qanunsuz əməlləri buna sübutdur.
Diplomat regionda davamlı sülhə nail olmaq üçün azərbaycanlı gənclərin təşəbbüsü ilə belə bir forumun təşkil olunmasını və gürcü gənclərin də bu tədbirdə iştirakını yüksək qiymətləndirib.
Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Əliyeva çıxış edərək rəhbərlik etdiyi qurumun Gürcüstandakı fəaliyyətindən danışıb və hər zaman Mərkəzin bu kimi layihələrə önəm verdiyini deyib.
İş adamı, "Biotech" şirkətinin rəhbəri Orxan Mahmudov isə çıxış edərək bu kimi Forumların investisiya mühitinə mühüm təsir etdiyini dedi.
Daha sonra layihə çərçivəsində hazırlanan 5 dəqiqəlik videoçarx gənclərə təqdim olundu.
Sonda gənclərin sualları cavablandırılıb, müzakirələr aparılıb, təkliflərin qeydiyyatı həyata keçirilib, digər çıxış edənlər isə tədbirin əhəmiyyətindən danışıb, gənclərin təşəbbüsü ilə sülh platformasının daha da genişlənməsinin vacibliyini vurğulayıblar.
3 günlük forumun yekununda layihə çərçivəsində iştirak edən 25 gəncə Sertifikat, papaq, geyim və suvenirlər təqdim olunub.
Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi tərəfindən keçirilir.

Tbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLARTbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 727   Tarix: 10 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 117
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.