Bakıda "Əngəlsiz Karyera" sərgisi keçirilib

Bakıda "Əngəlsiz Karyera" sərgisi keçirilibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Türk Dünyası Qadın Platforması ilə birgə fevralın 10-da "Əngəlsiz Karyera" sərgisi keçirib. Məqsəd əlilliyi olan gənclərin işlə təmin olunmalarına və cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.
Nəcib təşəbbüsə Berqa çayı və Coffee'NJoy markası Baş sponsor qismində dəstək verib. Sərgiyə 20-yə yaxın şirkət və 70-a yaxın gənc qatılıb. Asan Xidmət, Yelo Bank, Zəfəroğlu İnşaat, United Payment Azerbaijan, Medi-Art Psixi Sağlamlıq Mərkəzi, "Qızıl Əllər" MMC, "ABV "Araznet", Ersağ Ateşgah və digər qurumların vakansiyaları, təcrübə proqramları ilə maraqlanan gənclər CV-lərini yerində təqdim etmək, habelə şirkət təmsilçiləri ilə iş perspektivlərini müzakirə etmək imkanı qazanıblar.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev qeyd edib ki, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 15-29 yaşlı şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası uğurla həyata keçirilir. Burada kompüter bacarıqları, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, bərbərlik, aşbaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur. Hazırda 162 şəxsə peşə və sosial reabilitasiya xidmətləri göstərilir.
Millət vəkili Nigar Arpadarai tədbirin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, bu kimi təşəbbüslər əlilliyi müəyyən edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasında, eləcə də onlar üçün cəmiyyətin digər üzvləri ilə bərabər şəraitin yaradılması istiqamətində böyük rol oynayır.
TÜRKAP-ın təsisçisi İlhamə Novruzova, AysMed klinikasının icracı direktoru Firuzə Cəlilova, Azərbaycan Sahibkar Qadınlar İB-nin sədri Zemfira Ağayeva, layihənin təşkilatçı-prodüseri Sayqa Cahid də əlilliyi olan gənclərin işlə təminatına dair təkliflər irəli sürüblər.
Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzinin qazi yetirmələrinin və əlilliyi olan bir qrup gəncin əl işlərindən ibarət sərgi böyük marağa səbəb olub.

Bakıda "Əngəlsiz Karyera" sərgisi keçirilibBakıda "Əngəlsiz Karyera" sərgisi keçirilibBakıda "Əngəlsiz Karyera" sərgisi keçirilibBakıda "Əngəlsiz Karyera" sərgisi keçirilibBakıda "Əngəlsiz Karyera" sərgisi keçirilibBakıda "Əngəlsiz Karyera" sərgisi keçirilibBakıda "Əngəlsiz Karyera" sərgisi keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 826   Tarix: 10 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?

Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovun səsinin yer aldığı iddia olunan audioyazı yayılıb. "Qafqazinfo" Bakupost-a istinadla xəbər verir ki, audioyazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edildiy

04.08.2026 341
.

Beynəlxalq Kosmik Stansiyanın gələcəyi ilə bağlı yeni açıqlama

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) Beynəlxalq Kosmik Stansiyanın (BKS) istismar müddətinin texniki baxımdan uzadıla biləcəyini açıqlayıb. xəbər verir ki, bu barədə NASA-nın Yerin aşağı orbit proqramına rəhbərlik edən Dana Vayqel TASS agentliyinə müsahibəsində danışıb

12:47 139
.

Seuta böhranı: Miqrasiya dalğasının arxasında geosiyasi hesablar

İspaniyanın Şimali Afrikadakı anklavı Seuta son günlər Mərakeşdən gələn qanunsuz miqrant axını səbəbindən ciddi humanitar və təhlükəsizlik böhranı ilə üzləşib. Kütləvi miqrasiya dalğasından sonra şəhərdə faktiki olaraq miqrasiya böhranı yaşanır". Seuta rəhbəri Xuan Xesus Vivas bildirib ki, qəbu

14:52 87
.

Qarpız və yemiş yeyəndən sonra niyə qarnınız ağrıyır? - SƏBƏBİ

Yay mövsümünün ən sevilən meyvələrindən olan qarpız və yemiş bəzi insanlarda qarında köp, sancı və ya ishala səbəb ola bilir. Mütəxəssislər bildirirlər ki, bunun səbəbi çox vaxt meyvənin xarab olması deyil, orqanizmin fruktozanı tam mənimsəyə bilməməsidir. xarici mediaya istinadən xəbər verir ki, fruktoz

04.08.2026 288
.

Peşə yoxsa YouTube? Gənclərin qarşısındakı vacib seçim

"Son illər bir çox gənc karyerasını yalnız YouTube, TikTok, Instagram və digər sosial media platformaları üzərində qurmaq istəyir. "Video çəkim, məşhur olum və pul qazanım" düşüncəsi cəlbedici görünsə də, bu yanaşma kifayət qədər risklidir və əksər hallarda uzunmüddətli uğur vəd etmir"

15:23 34
.

Avtomobil yanğınlarının SƏBƏBLƏRİ: sürücülər nəyə diqqət etməlidir?

Azərbaycanda da tez-tez oxuduğumuz xəbərlərdən biri avtomobillərin yanmasıdır. Xüsusən Bakıda intensiv yollarda nəqliyyat vasitələrinin yanması barədə xəbər yayılır ki, bu da həmin yolda tıxaca, ağır hallarda isə ölüm yaxud xəsarətə səbəb olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, minik avtomobillərind

04.08.2026 270
.

"Dream Fest" festivalına qanunsuz girən həbs olundu

"Dream Fest 2026" festivalına qanunsuz daxil olmaq istəyən həbs edilib. -ın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "See Breeze" istirahət mərkəzində baş verib. 20 yaşlı Murad Abdinov (şərti adla) həmin ərazidə keçirilən "Dream Fest"

04.08.2026 292
.

55 saat dayanmadan üzüb tarix yazdı - Video

Polşalı üzgüçü Bartlomey Kubkovski inanılmaz uğura imza ataraq Baltik dənizini tam şəkildə üzərək keçən ilk insan kimi tarixə düşüb. "Qafqazinfo" xəbər verir ki, Kubkovski təxminən 160 kilometrlik məsafəni qət edərək İsveçin Koseberqa şəhərindən Polşanın Djnuv sahilinə çatıb. O, bu çətin səyahət

04.08.2026 364
.

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

2026-cı ildə köçmək üçün dünyanın ən əlverişli ölkələrinin reytinqi açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, Qlobal Köçmə İndeksinə əsasən, siyahıya Baltikyanı ölkə olan Estoniya başçılıq edir. "Rumavi" tərəfindən hazırlanan Qlobal Köçmə İndeksi 192 ölkəni 24 fərqli meyar üzrə qiymətləndirib

04.08.2026 421
.

TOP MP3