Üzərimdə kimsə var, məni boğurlar, hərəkət edə bilmirəm - Yuxu iflici nədir?

Üzərimdə kimsə var, məni boğurlar, hərəkət edə bilmirəm - Yuxu iflici nədir?Yuxu iflici dünya əhalisinin 10% də görülən yuxu zamanı baş verən qəribə, mistik görünən, əslində elmi izahı olan bir haldır.

"Medicina" xəbər verir ki, pandemiyadan sonra artan bu halda xüsusən gənclər və qadınlar gecəyarı yuxudan qəfil oyanıb, sanki yarıyuxulu olduqlarını, bu zaman çarpayıda kiminsə olduğunu, sinələri üstündə qəribə ağırlıq çökdüyünü, nəyinsə onu boğduğunu və hərəkət, qışqırmaq istədikdə əl-ayaqlarının iflic olduğunu deyir.
Yuxu iflici əslində beynin oyanma və yuxuya dalma zaman aralığında baş verir.

İnsan sanki yuxu ilə oyanma arasındakı həmin 1-2 dəqiqəlik sərhədi hiss edir.

- Baxmayaraq ki, bədəni hələ yuxudadır, yəni iflic haldadır, huşu qayıdır, beyin reallığa qayıdır, göz açılır, amma beyin hələ tam oyanmadığı üçün danışmaq, hərəkət etmək olmur

- Otaqda kölgə, nəsə yad kimsə olduğu hiss edilir
- Bədən sinə hissədən sanki ağırlaşır, sanki daş var
- Güclü qorxu keçirir

Statistikaya görə, depressiya, panik atak, yuxu pozulması olan insanların 70%-i yuxu iflici keçirir.

Yuxu iflici keçirənlər hallüsinasiyalar gördüklərini və nə hiss etdiklərini açıqlayıb.

- Çağırılmamış qonaq, otaqda addımlar, çarpayıda kimsə oturub, kölgə, nəfəs, təhlükə
- Cin, iblis, ruh effekti
- Seksual hiss, hərəkət, boğma, ölüm qorxusu
- Qəribə bədən hissiyatları, bədəndən çıxma, uçma, otaqda hərlənmə və s.

Niyə bunlar yaşanır?

Bədən yuxuda olarkən iflic vəziyyətdə olmaq normaldır təbii haldır. Yuxugörmə, dərin yuxu fazasında beyin tədricən əzələləri iflic edir ki, insan yuxuda hərəkət edərək özünə xətər toxundurmasın.

Bəzən bu fazaya keçəndə beynin işində qapanma olur, yuxugörmə reallıqla qarışır, insanın yarı beyni burda, yarısı yuxuda, bədəni isə yuxu halında olur. Ona görə insan bu halından qorxur.

Hipnaqoqik iflic həm yuxuya gedəndə, həm yuxudan ayılan anında baş verə bilər.

Səbəbləri müxtəlifdir:

- Növbəli iş, gecə yatmayıb, gündüz yatmaq səbəbindən tuxu tsikllərinin pozulması
- Kürəyi üstə düz uzanmaq
- Müəyyən dərmanların qəbulu

- İçki, tütün, kofe təsiri
- İrsi səbəblər

- İnsanın təşvişli, nevroz, panik ataklı olması
- Stress faktoru

Əgər bu səbəblər yoxdursa, sağlam adamda yuxu iflici pozuntu və xəstəlik kimi qəbul edilmir, həyati təhlükəsi yoxdur.
Yuxuda apnoe – burunda problem səbəbindən tənəffüsü ani dayanıb sonra bərpa olanlarda da baş verir.

Əgər belə hal tez-tez baş verirsə o zaman nevroloqa müraciət etmək lazımdır.

İlk növbədə təşviş, stress azaldılmalı, yuxu gigiyenasına əməl etməli, hər gün eyni vaxtda yuxuya getmək, yataq otağının rahat, qaranlıq, sərin olmasına fikir vermək lazımdır.

Mümkün qədər sağ, sol böyrü üstə uzanın.
Yuxudam əvvəl içki, kofe, siqaret və telefona baxmağı tərgidin.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1530   Tarix: 10 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

07.11.2026 180
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 117
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.