"Binalar 10 ballıq zəlzələyə davamlı formada tikilir"
"Vətəndaşlar daha çox yenitikili binalarda yaşamağa qorxu stres keçirirlər. Ancaq biz Türkiyədə baş verənlərə nəzər salsaq görərik ki, zəlzələ və ondan çökmüş binaları Türkiyənin tikinti sektoru, xüsusilə də həmin ərazilərdə tikilmiş binaların keyfiyyət dərəcəsi çox aşağı olub. Və bu, açıq şəkildə görsənir ki, binaların keyfiyyətinin aşağı olması səbəbindən orada fəlaktin həcmi bu qədər böyük oldu".
Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Türkiyənin 10 şəhərində baş verən güclü zəlzələ nəticəsində dağılan binalarla bağlı danışarkən deyib.
O bildirib ki, Azərbaycanda Türkiyə ilə müqayisədə binalar daha keyfiyyətlidir və standartlara uyğun tikilib:
"Azərbaycanda yenitikili binalarda, binalara tikintiyə, tam standarta cavab verən bir formada tikilib. Düşünürəm ki, bununla bağlı hər hansısa bir zəlzələ yaxud təbii fəlakət baş verərsə uçqun Türkiyədəki qədər ola bilməz. Yəni bizdə binalar daha keyfiyyətlidir. Xüsusilə söhbət yenitikili binalardan gedir. Amma köhnətikili binaların sayı çoxdur və onların əksəriyyətinin istismar müddəti bitir. Nəzərə almalıyıq ki, Bakı və Abşeronda istismar müddətini bitirmiş köhnə çoxmənzilli və qəzalı kimi qeydə alınmış yaşayış binaları var. Həmin binalarda artıq ən qısa zamanda təmir-bərpa işləri aparılmalıdır ki, o binalar zamanla sökülüb yenitikili binalarla əvəzlənsin. Amma söküləcəyi müddətə qədər onların hər birinin sökülməsi üçün artıq uzun illər olacaq. Artıq mütləq şəkildə təmir-bərpa işləri görülməlidir.
Belə bir fikir formalaşıb ki, köhnə binalar daha keyfiyyətlidir. Çünki 2000-ci il zəlzələsini görüblər. Amma nəzərə almalıyıq ki, 2000-ci ildən bu günə artıq 23 il keçib. Yəni bu illər ərzində bu binalar istismar müddətini bitirmiş sayılırlar. Bu müddət ərzində onların bəziləri artıq sıradan çıxmış yaxud qəzalı kimi qeydə alınıb.
Binalar inşa olunan zaman təbii ki, zəlzələnin gücü nəzərə alınır. Yəni 8, 9, 10 ballıq zəlzələyə davamlı formada tikilir. Zəlzələnin gücünə və həcminə baxır. Yəni zəlzələnin nə qədər uzunmüddət olmağından da asılıdır. Dəqiqələr çox olarsa təbii ki, o zaman fəlakət böyük olar. Bizdə yenitikili binalara baxsaq görərik ki, əksər ərazilərdə binalara sıx şəkildə tikilib. Türkiyədə də sıx şəkildə tikilən binalara nəzər salanda açıq şəkildə görsənir ki, orada sağlam binaların arasında bir neçə problemli, keyfiyyətsiz bina olduqda keyfiyyətsiz binanın uçması həm də bütün sağlam binalara da fəsad verə bilir. Bu cür məsələlər də var".
Qeyd edək ki, fevralın 6-sı Türkiyənin cənub-şərqində 7.7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 10 şəhər dağıntılar altında qalıb. Son statistik məlumata görə, ölənlərin sayı 18 342, yaralıların isə 74 242 nəfərdir.
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1503 Tarix: 10 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto
"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey
07.11.2026 183 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır
07.11.2026 186 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175 Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
00:25 88 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
07.11.2026 180 Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
07.11.2026 223 Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video
Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri
00:07 100 Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
00:09 117 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159